Tarix : 10-09-2015, 13:37
 
 Butov.az Axar.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkiyədə dolların məzənnəsi yenidən kəskin bahalaşıb və ölkə tarixində növbəti rekord qeydə alınıb.   Axar.az xəbər verir ki, 1 ABŞ dolları qardaş ölkədə artıq 3,06 lirəyə yüksəlib. 1 avro isə 3,44 lirə olub.   Qeyd edək ki, analitiklər türk lirəsinin dəyər itirməsinə səbəb kimi ölkədə terror hücumlarının artmasını göstərirlər. 
Butov.az
 
 Paylaş
  Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti