Putin Pezeşkiana başsağlığı verdi .....                        53 vətəndaşımız İrandan təxliyə edildi .....                        Çin vətəndaşları İrandan Azərbaycana təxliyə olunur .....                        İranda minlərlə hədəfi vuracağıq - Netanyahu .....                        Azərbaycan və İran XİN başçıları telefonla danışdı .....                        Xameneinin yerinə o təyin olundu .....                        Xamenei kim idi - DOSYE .....                        İran Hörmüz boğazını açdı .....                        Bu ölkələrin vətəndaşları Azərbaycana təxliyə olundular .....                       
Tarix : 17-09-2015, 13:35
“Kapital Bank”ın Nizamnaməsinə dəyişiklik edildi


“Kapital Bank” ASC-nin Səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Butov.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bankın baş ofisində keçirilən ümumi yığıncağın gündəliyində duran əsas məsələ “Kapital Bank” ASC-nin sənədli səhmlərinin formasının dəyişdirilməsi olub.

Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixdə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, investisiya qiymətli kağızları sənədsiz formada buraxılmalı, ötürülməli və mərkəzi depozitarda saxlanılmalıdır. Qanunun 91.1-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi tarixədək buraxılmış sənədli investisiya qiymətli kağızları ilə əqdlər, yalnız həmin investisiya qiymətli kağızlarının sənədsizləşdirilməsindən sonra bağlanıla bilər. Bununla əlaqədar olaraq qərara alındı ki, Qanunun 23.1-ci maddəsinə əsasən “Kapital Bank” ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi müvafiq qaydada təmin edilsin.

Bu baxımdan, “Kapital Bank” ASC-nin sənədli səhmlərinin sənədsiz səhmlər qiymətli kağız formasına keçirilməsi ilə əlaqədar “Kapital Bank” ASC-nin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi qərara alındı.

Bundan əlavə, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının Əsasnaməsinə müvafiq əlavə və dəyişikliklər edildi.


Butov.az


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!