Tbilisidə baş verənlərə görə o məsuliyyət daşıyır .....                        Misirdə Qəzza planı müzakirə ediləcək .....                        "Qalatasaray " - "Beşiktaş" oyununda qalib müəyyənləşmədi .....                        Yadigar Muradovun vəziyyəti ağırlaşdı .....                        Marneuli şəhəri meri məlum oldu .....                        İstanbulda terror əməliyyatı: yeniyetmələr tutuldu .....                        Kaxa Kaladze qalib gəldi .....                        Azərbaycanda bu şəxslərə ev veriləcək .....                        İsmayıllıda ağır qəza - 2 ölü, 4 yaralı .....                       
Tarix : 2-11-2016, 18:15
Bakı Neft Emalı Zavodunun modernizasiyasına indiyədək 80 mln. manat xərclənib


Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernizasiya layihəsinin icrası üçün indiyədək 80 mln. manat həcmində vəsait xərclənib.
Butov.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) stateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində əsas vəsait avadanlıqlar alındıqdan sonra xərclənəcək.
“Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi üçün 1,3 mlrd. manat ayrılması (Beynəlxalq Bankdan - "Report") nəzərdə tutulurdu. Devalvasiyadan sonra bu məbləğ təxminən 800 mln. dollara düşüb. Amma layihə üçün nəzərdə tutulduğundan bir qədər çox vəsait lazım olacaq. Avqust ayında Zavodda təmir işləri ilə əlaqədar istehsal dayananda xarici şirkətlər dəvətimizlə tədqiqat apardı və avadanlıqları yoxladı. Bu qurğular on illərlə fəaliyyət göstərən qurğulardır və daha çox sərmayə qoymaq lazımdır. Dəqiq rəqəmi hələlik demək çətindir. Bir neçə aydan sonra dəqiq rəqəm ortaya çıxacaq. Fikrimcə, təxminən 1,5-1,7 mlrd. dollar lazım olacaq” - vitse-prezident söyləyib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!