Ermənistanda poliqonda partlayış: hərbçi öldü .....                        Gəncədə 41 yaşlı kişi bıçaqlandı .....                        Kərəclə Tehranı birləşdirən körpünü vuruldu - 8 ölü, 95 yaralı .....                        Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq müzakirə olunub .....                        Elvin Cəfərquliyev "FIFA Series - 2026"in oyunçularından biri seçildi .....                        Salyanda dördotaqlı ev kül oldu .....                        Hörmüzdən keçiddə rüsum ideyasını 40-dan çox ölkə rədd etdi .....                        Tramp onu vəzifəsindən azad etdi .....                        İran və Rusiyanın baş diplomatları nə danışdılar? .....                       
Tarix : 9-06-2017, 19:43
Banklardan nağdsız hesablaşmalarla bağlı təkliflər istənildi

Azərbaycan Banklar Assosiasiyası (ABA) banklara növbəti məktubunu göndərib.
Butov.az “Marja”ya istinadən xəbər verir ki, məktubda “Nağdsız hesablaşmalar haqqında” qanun layihəsinə dəyişikliklər edilməsi məqsədilə banklardan təkliflərin göndərilməsi istənilir. Digər bir məlumata görə, qanuna dair təkliflər 12 iyunda Milli Məclisdə müzakirə olunacaq.

Məktubda deyilir:

Məlumat üçün nəzərinizə çatdırırıq ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun (Qanun) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) aidiyyəti tələblərinin icrası ilə bağlı Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplayns üzrə Ekspert Qrupu”nun nümayəndələrindən, Palata və Maliyyə Monitorinq Xidmətinin (MMX) əməkdaşlarından ibarət müvəqqəti İşçi Qrup yaradılıb.

Həyata keçirilmiş intensiv fəaliyyət nəticəsində, İşçi Qrup tərəfindən vergi ödəyicilərinin hesablarından fiziki şəxslərə köçürmələr, dövlət şirkətlərindən və dövlət müəssisələrindən vergi ödəyicilərinin hesablarına daxilolmaların istifadəsi, habelə Qanunun 3.5-ci maddəsinin tətbiqi üçün nəzarət prosesi üzrə tövsiyyələr hazırlanıb. Sözügedən sənədin hazırlanmasında ABA üzvü olan banklar, Palatanın və MMX-nın nümayəndələri yaxından iştirak edib və sənəddə Qanunun ümumi mahiyyəti, bank praktikasından yaranan məqamlar, habelə vergi ödəyicilərinin mövqeləri nəzərə alınıb. ABA-nın məqsədi, sənəddə qeyd edilən nəzarət prosesinin tətbiqi nəticəsində Qanunun icrası ilə bağlı meydana çıxan məsələlərin aydınlaşdırılmasına şəraitin yaradılması və bunun vergi ödəyicilərinin mövzu üzrə şikayətlərinin azalması ilə nəticələnməsidir”.

Hazırda “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əlavə və dəyişikliklər layihəsinin müvafiq orqanlarda müzakirəsi aparılır.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!