Canlı ifalar, rəngarəng anlar: .....                        Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                       
Tarix : 19-10-2013, 16:37
Mətbuat katibinin andiçməylə bağlı açıqlaması


Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımov APA-ya açıqlamasında Azərbaycan dövlət başçısının bugünkü inauqurasiya mərasimində xarici ölkələrdən qonaqlar iştirak etməməsi, ümumiyyətlə andiçmə mərasiminin sadə şəkildə təşkil olunması barədə suala cavabında deyib ki,Prezident İlham Əliyev dövlət səviyyəsində olan tədbirlərin və digər mərasimlərin həmişə işgüzar şəraitdə, təvazökar qaydada keçirilməsinin tərəfdarı olub: “Öz çıxış və bəyanatlarında dəfələrlə dövlət məmurlarının qarşısında müxtəlif tədbirlərin, o cümlədən ad günlərinin, yubileylərin və digər mərasimlərin təmtəraqdan, dəbdəbən uzaq, təvazökar və sadə şəkildə keçirilməsi tələbini qoyub. Dövlət başçısının daim sadə insanlarla təmasları, bölgələrə səfərləri zamanı sadə vətəndaşların qayğı və problemləri ilə yerindəcə tanış olması və digər faktlar Azərbaycan Respublikası Prezidentinin şəxsi timsalında sadəlik və təvazökarlıq nümunəsidir. Prezident İlham Əliyevin öz 50 illik yubileyi günü Ağcabədidə məcburi köçkünlərin yanında olması, ötən ilki ad günündə Sumqayıtda şəhid ailələri və müharibə əlilləri ilə görüşməsi faktları da bu sıradandır. Belə misalları çox gətirmək olar. Bugünkü inauqurasiya mərasiminin də sadə və təvazökar qaydada təşkil olunması bu fikirləri bir daha təsdiqləyir”.


Paylaş



Bölmə: Siyasət / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!