Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 20-02-2017, 19:13
Azərbaycan XİN rəhbəri ukraynalı deputatları qəbul edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kuryaçiy Maksim Pavloviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Butov.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bu il Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyi vurğulanıb və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından məmnunluq ifadə edilib,
Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycana son səfəri və iki ölkə başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir, daim bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə həmçinin nəqliyyat, energetika, investisiya, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolu xüsusi qeyd edilib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!