Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 1-06-2017, 19:45
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Niderlandın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Onno Kervers ilə görüşüb.
Butov.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Niderland Krallığının ölkəmizdəki səfirlərinin 2012-ci ildən etibarən muxtar respublikaya mütəmadi səfər etdiklərini və bunun nəticəsi olaraq Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Niderland Krallığı arasında iqtisadi-ticarət əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Hazırda iqtisadi-ticarət əlaqələrinin davam etdirildiyini bildirən Ali Məclisin Sədri kənd təsərrüfatı texnikalarının, tibbi avadanlıqların və dərman vasitələrinin alınması sahəsindəki əməkdaşlıqdan danışıb.

Söhbət zamanı Ali Məclisin Sədri ali təhsil müəssisələri arasında, eləcə də kənd təsərrüfatı sahəsində əlaqələrin yaradılmasının əhəmiyyətini vurğulayıb, səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Onno Kervers Nuhun vətəni qədim Naxçıvana ilk dəfə səfər etdiyini və burada olmaqdan məmnunluğunu ifadə edib. Niderland Krallığının Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini və mövcud əməkdaşlığın səmərəli olduğunu diqqətə çatdıran səfir ikitərəfli münasibətlərin inkişafında səylərini artıracağını qeyd edib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!