İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 9-06-2017, 18:10
Türkmən həmkarı İlham Əliyevə məktub göndərdi

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktub ünvanlayıb.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Türkmənistan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümü münasibətilə Sizə və ölkənizin bütün dost xalqına Türkmənistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasından keçən 25 il ərzində hüquq bərabərliyi, qarşılıqlı fayda və hörmət prinsiplərinə əsaslanan ikitərəfli dostluq əlaqələri və qarşılıqlı faydalı tərəfdaşlıq fəal inkişaf edib və yüksələn xətt üzrə durmadan genişlənməkdə davam edir.

Hazırda ölkələrimiz həm ikitərəfli formatda, həm də beynəlxalq qurumlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülən qlobal təşəbbüslərin və təkliflərin qarşılıqlı dəstəklənməsi buna sübutdur.

Türkmənistan-Azərbaycan ticari-iqtisadi münasibətləri dinamik inkişaf edir. Ticari-iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Azərbaycan Hökumətlərarası Komissiyanın fəaliyyəti bu inkişafa çox kömək edir.

İki dövlətin xalqlarının yaxınlaşmasının, onların arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinin mühüm amili olan mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq uğurla genişlənir.

Türkmənistan ölkələrimiz arasında zamanın sınağından çıxmış siyasi, iqtisadi, mənəvi-mədəni əlaqələri bundan sonra da genişləndirmək niyyətindədir. Əminəm ki, Türkmənistan-Azərbaycan münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulamaq istəyirəm".


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!