Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 28-09-2015, 11:05
Keçmiş icra başçısı YAP-ın çağırışlarına məhəl qoymadı


Salyan rayonunun keçmiş icra başçısı Yusif Ələkbərov 59 saylı seçki dairəsindən deputatlığa namizəd kimi rəsmən qeydə alınıb.

Butov.az Modern.az saytına istinadən xəbər verir ki, Yusif Ələkbərov hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür və seçkilərə öz təşəbbüsü ilə qatılıb. Halbuki, YAP rəhbərliyi partiyanın üzvlərinə çağırış edərək, adları vahid namizədlər siyahısına düşməyənləri şəxsi təşəbbüslə seçkiyə qatılmaqdan çəkinməyi məsləhət görüb. Əks halda, onların cəzalandırılaraq, YAP sıralarından uzaqlaşdırılacağı xəbərdarlığı edilib.

Yusif Ələkbərov hazırda "Salyan çörək" Açıq Səhmdar Cəmiyyətinin direktoru vəzifəsində çalışır. O, 2001-2004-cü illərdə Salyan rayonunun icra başçısı işləyib.

YAP-ın 59 saylı Salyan seçki dairəsindən vahid namizədi Salyan Mərkəzi Xəstəxanasının həkimi İlqar Ağabəyovdur.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!