Sabah Azərbaycan Ermənistana neft göndərəcək .....                        Kadırov da həbs edilsin! - Zelenskidən təklif .....                        Ərdoğan qalmaqallı xəbəri təkzib etdi .....                        Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI .....                        Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı .....                        Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir .....                        DİN sürücülərə çağırış etdi .....                        Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi .....                        Prezident bu şəxsləri təltif etdi - SİYAHI .....                       
Tarix : 19-05-2016, 13:35
MSK ixtisaslaşdırılmış kurs keçəcək



90 saylı Ağdaş seçki dairəsi üzrə 2016-cı il iyunun 18-nə təyin edilmiş Milli Məclisə təkrar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə mayın 20-də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək.


Butov.az xəbər verir ki, MSK-dan Trend-ə verilən məlumata görə, dairə seçki komissiyasının inzibati binasında baş tutacaq tədbir 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.

İxtisaslaşdırılmış kursların gündəliyinə Milli Məclisə təkrar seçkilərə hazırlıq, seçici siyahıları ilə işin aparılması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının təmin olunması, seçkilərin keçirilməsində müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin rol və vəzifələri, seçki günü prosedurları, səslərin hesablanması və səsvermənin yekunlarına dair nəticələrin rəsmiləşdirilməsi, eləcə də bir sıra digər aktual mövzular daxildir.

Tədris planında nəzərdə tutulduğu kimi, kurs ərzində Mərkəzi Seçki Komissiyasının təmsilçisi, dairə seçki komissiyasının sədri və Seçki Məcəlləsinin tələbinə uyğun seçkilərin keçirilməsində vəzifələri olan rayon icra hakimiyyətinin nümayəndəsi tərəfindən mühazirələr oxunacaq, çıxışlar dinləniləcək və iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!