Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 2-11-2016, 18:32
Devalvasiya Qocalar evinə düşənlərin sayını artırıb


Butov.az Modern.az-a istinadən xəbər verir ki, 2015-ci il ərzində ölkədə milli valyutanın iki dəfə devalvasiyaya uğraması bütün sahələrə təsirlərini davam etdirir. Problemlər yağışdan sonra çıxan göbələklər kimi hər yerdə cücərməyə, hətta kök atmağa başlayıb. O dərəcədə ki, ahıl yaşlı ata-analarımıza, sağlamlığı məhdud balalarımızı sosial xidmət müəssisələrinə atmaq məcburiyyətində qalırıq...

Məhz statistik göstəricilər devalvasiyadan sonra bu müəssisələrə atılanların sayında artım oldğunu deməyə əsas verir.

Hazırda Azərbaycanda ahıllar və əlillər üçün sosial xidmət müəssisələrinin sayı 7-dir. Qeyd edək ki, müəssisələrin sayı 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 7 olub.

Onlarda olan yerlərin sayı 2006 və 2011-ci ildə 1012, 2012 və 2013-cü illərdə 812, 2014-cü ildə 962, 2015 və 2016-cı illərdə 1162 olub.

Hazırda ahıllar və sosial xidmət sahələrində yaşayan qocaların sayı 898 nəfərdir:

“2006-cı ildə yaşayanlar 797 nəfər, 2011-ci ildə 816 nəfər, 2012-ci ildə 732 nəfər, 2013-cü ildə 740 nəfər, 2015-ci ildə 817 nəfər ahıl qocalar evində məskunlaşıb”.

Göstəricilərə əsasən bildiririk ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı da 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 2 olub.

Sosial xidmət sahələrindəki yerlərin sayı 2006 və 2011-ci illərdə 605, 2012-ci ildən etibarən azalaraq 370 olub. Sosial xidmət müəssisələrində yerlərin sayının azalmasnın təmir və yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilib.

Hazırda sosial xidmət sahələrində yaşayan uşaqların sayı 320 nəfərdir:

“2006-cı ildə 298 nəfər, 2011-ci ildə 267 nəfər, 2012-ci ildə 300 nəfər, 2013-cü ildə 310 nəfər, 2014-cü ildə 297 nəfər, 2015-ci ildə 314 nəfər uşaq xidmət müəssisələrində məskunlaşıb”. (Modern.az)


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!