Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 1-12-2016, 17:58
Əmanətçilərə 712,5 milyon manat ödənildi

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Butov.az xəbər verir ki, Fonddan Axar.az-a verilən məlumata görə, Parabank ASC-nin qorunan əmanətçilərinə 42 milyon 870 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i), Zaminbank ASC-nin qorunan əmanətçilərinə 52 milyon 369 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), Kredobank ASC-nin qorunan əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i) və Dekabank ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 21 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96%-i) artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 mln. 452 min manatdan artıq kompensasiya verilib.

Atrabank ASC-nin qorunan əmanətçilərinə 14 milyon 226 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-dən artıq), Qafqaz İnkişaf Bankı ASC-nin qorunan əmanətçilərinə 1 milyon 928 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 92%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 154 min manatdan artıq kompensasiya ödənilib.

Bank of Azerbaijan ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97%-i), Gəncəbank ASC-nin qorunan əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94%-i), Texnikabank ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 99 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98%-i) kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 milyon 222 min manatdan artıq kompensasiya ödənilib.

Bank Standard QSC-nin qorunan əmanətçilərinə 425 milyon 669 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 712 mln. 497 min manatdan artıq kompensasiya ödənilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!