Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 9-03-2017, 10:53
“Elektron imza” sertifikatının sayı açıqlanıb

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən bu ilin martın 1-dək dövlət qurumları üzrə 67 min 42, fiziki şəxslər üzrə 17 min 304, hüquqi şəxslər üzrə isə 17 min 384 olmaqla, ümumilikdə 101 min 730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Butov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk 2 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının ümumi sayı 1 514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 “elektron imza” sertifikatı düşüb.

Bundan əlavə, “elektron imza” vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15 mln. 858 min 892, hüquqi və fiziki şəxslər üzrə 3 mln. 560 min 581 olmaqla ümumilikdə 19 mln. 419 min 473 autentifikasiya və “elektron imza” əməliyyatı aparılıb.

Cari ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1 mln. 584 min 680 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9% deməkdir. Beləliklə, dövlət qurumlarının payına ümumilikdə 1 mln. 62 min 498, hüquqi və fiziki şəxslərin payına isə 504 min 82 autentifikasiya və “elektron imza” əməliyyatı düşüb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!