Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                        Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı .....                        Tramp Avropa avtomobil sənayesinə zərbə vurdu .....                        Azərbaycanda milli geyim standartları hazırlanıb .....                        "Niva" ilə 40 yaşlı kişini vurub öldürdü .....                        İranda internet bərpa olunur .....                        İran Ermənistana uçuşları ləğv etdi .....                        Axtarışda olan 3 şəxs ölkəmizə gətirildi .....                       
Tarix : 17-03-2017, 19:51
O ailələrin maddi imkanı yoxdur ki... - Deputat

Millət vəkili Qənirə Paşayeva parlamentin bugünkü iclasında hökumətin 2016-cı hesabatının müzakirəsi zamanı bir daha tələbə yataqxanalarının vəziyyətinə toxunub.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, deputat belə yataqxanalardakı tələbələrin əksəriyyətinin maddi cəhətdən nisbətən imkansız ailələrin övladları olduğunu və onların yüksək qiymətli kirayə evlərində yaşamaqda çətinlik çəkdiklərini bildirib:

“Bir dövlətin və millətin inkişafı təhsildən keçir. Bölgələrimizdə, kəndlərimizdə böyüyən gənclərimizin savadlı olması, ali təhsil arxasınca getməsi çox önəmlidir. Amma rayonları təmsil edən millət vəkillərinin hamısı bu problemin şahididir ki, bölgələrimizdən, kəndlərimizdən ali təhsil almaq üçün gələn tələbələrimiz və onların ailələri ciddi problemlə üzləşirlər. Çünki universitetlərimizin bir çoxunun yataqxana sistemi demək olar ki, yox səviyyəsindədir. Məsələn, bu iclasda iştirak edən millət vəkillərinin və hökumət üzvlərinin bir hissəsi BDU-nun məzunlarıdır. Bu gün 20 minə yaxın tələbəsi olan BDU-da bir dənə də tələbə yataqxanası yoxdur. Sovet dövründə təxminən 7 yataqxanası var idi. Bildiyim qədər, universitetin yataqxanalarının layihəsi də var. Hökumətimizi bu məsələyə xüsusi diqqət yetirməyə, yataqxanalar probleminin həlli istiqamətində sürətli addımlar atmağa çağırırıq. Çünki bu gün ali təhsil müəssisələrimizdə təhsil alan tələbələrin təxminən yarısı ödənişli təhsil alır və təbii ki, bölgələrdən, kəndlərdən olan ailələrimiz üçün övladının təhsil, yemək və geyimlə bərabər, baha kirayə xərclərini ödəmək çox ağırdır. Çünki Bakıda evlərin kirayə haqları çox bahadır. Belə halda çətinliklə üzləşən ailələrin bəziləri ali təhsil alma imkanı qazansa da, övladlarını ali məktəblərə göndərmirlər. Ona görə də ali təhsil müəssisələrinin yataqxanalarla bağlı problemi çox ciddi məsələdir və qısa zamanda öz həllini tapmalıdır.".

Q.Paşayeva çıxışında həmçinin, ictimai nəqliyyata nəzarətin gücləndirilməsi məsələsinə toxunub. O, bu günlərdə 6 tələbənin faciəli ölümü və xeyli sayda tələbənin yaralanması ilə nəticələnən Bakı-Sumqayıt yolunda baş verən məlum qəzanı xatırladıb:

“Mən bilirəm ki, hörmətli nazirimiz Ramin Quluzadə ictimai nəqliyyata nəzarətin gücləndirilməsi məslələsinə xüsusi diqqət göstərir. Hesab edirəm ki, ictimai nəqliyyata nəzarət məsələsi çox gücləndirilməlidir. Bu günlərdə Bakı-Sumqayıt yolunda baş vermiş faciəli qəza bunu bir daha aktual və zəruri edir. Biz yaralı tələbələrə xəstəxanada baş çəkdiyimiz zaman onların danışdıqları insanı dəhşətə gətirirdi. İctimai nəqliyyatda qanunsuz, nəzarətdən kənar fəaliyyətə icazə verilməməlidir və onun keyfiyyəti daha da artırılmalıdır”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!