İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 15-06-2017, 11:21
Suda boğulmaq istəmirsinizsə, bunlara əməl edin!

Bu gündən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə çimərlik mövsümü başlayır. Yaşından asılı olmayaraq sağlamlığı imkan verən hər kəs dənizlə təmasda olmaq üçün çimərliklərə üz tutur. Lakin çimərliklərə getməmişdən öncə bilməli olduğumuz bəzi vacib məqamlar var.

Butov.az Azvision.az-a istinadən xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirdiyi monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılır.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidməti çimərlik mövsümündə suda boğulma hallarının qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib.

Fövqəladə hallar Nazirliyi suda ehtiyatlı olmaq, davranış qaydalarına əməl etməklə bağlı təhlükəsizlik təlimatlarını yayıb.

Təlimatlarda qeyd edilir ki, qanunvericiliyin tələblərinə görə çimərlikdə aşağıda göstərilən hallar qadağan edilir:

- Çimmək üçün ayrılmamış yerlərdə çimmək;
- Çimmə zonasının işarələnmiş sərhədlərindən kənarda çimmək;
- Su axınlarından sahildən 20 m-dən artıq məsafəyə üzmək (uzaqlaşmaq)
- Müxtəlif növ gəmi, qayıq, sal, barja, körpü və debarkaderlərə, digər texniki qurğulara üzüb yanaşmaq;
- Texniki qurğuların, xəbərdarlıq nişanlarının, üzgəc və bakenlərin üstünə çıxmaq;
- Körpü, sal, bərə, kater, qayıq və digər qurğu və vasitələrdən suya tullanmaq;
- Xüsusi təyinatlı vasitələrə (hava ilə doldurulan jilet və döşəkləri) aid edilməyən üzən cisimlərdən istifadə etmək;
- Gəmiçiliyə yararlı su axını və su tutarlarına üzüb keçmək;
- Spirtli içkilər gətirib içmək, sərxoş halda çimərlikdə gəzmək və çimmək;
- Suda kobud hərəkətlərə yol vermək
- Sahil sahəsini və suyun dibini müxtəlif cisimlərlə (şüşə və konserv bankaları, plastik kütlə və ərzaq tullantıları və s.) zibilləmək;
- Çimmə zonasında balıq ovlamaq;
- Gecələmək, həmçinin fırtınanın yaxınlaşması, küləyin 5 bala qədər, dalğalanmanın isə 3 bala artması xəbərdarlığından sonra çimərlikdə qalmaq.

Çimərliyə daxil olan hər bir vətəndaşın orada fəaliyyət göstərən FHN xilasedicilərin tələblərinə sözsüz əməl etməsi çimərlikdə təhlükəsizlik üçün vacib şərtlərdəndir. Unutmaq olmaz ki, istirahət hüququ, heç kimə başqalarının həyatı üçün təhlükə yaratmağa imkan vermir.

Bir sözlə, suda ehtiyatlı olmaq, təlimatlara, davranış qaydalarına əməl etmək təhlükəsizliyin etibarlı rəhnidir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!