Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
14-09-2023, 23:53
Düşənbədə prezidentlərin şərəfinə rəsmi qəbul verildi


Düşənbədə prezidentlərin şərəfinə rəsmi qəbul verildi

Sentyabrın 14-də Düşənbədə Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun adından Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlərin şərəfinə rəsmi qəbul verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sonra dövlət başçıları çay süfrəsi arxasında söhbət ediblər.
14-09-2023, 22:58
İlham Əliyev Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış oldu


İlham Əliyev Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış oldu

Sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən digər prezidentlər Düşənbədəki “EKSPO Mərkəzi Asiya 2023” sərgisi ilə tanış olublar.
Tacikistan hökumətinin dəstəyi ilə təşkil olunan sərgidə aparıcı şirkətlər öz məhsullarını təqdim edirlər.
Sərgidən məqsəd istehsalat müəssisələrinin məhsullarının təqdimatı və Mərkəzi Asiya ölkələri arasında ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.
Mərkəzi Asiya ölkələrinin salonlarında geniş çeşiddə yüngül sənaye və baramaçılıq məhsulları, hidroenergetika və innovasiya avadanlıqları, məişət texnikası, həmçinin ət və süd məhsulları, meyvə quruları, konservlər, sərinləşdirici içkilər və digər məhsullar təqdim olunur.
Açıq meydanda Mərkəzi Asiya ölkələrinin minik, sərnişin və yük avtomobilləri, hərbi-müdafiə nəqliyyat vasitələri, eləcə də kənd təsərrüfatı texnikası sərgilənir.
Sərgidə, həmçinin Aralı Xilasetmə Beynəlxalq Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinin nəticələri və nailiyyətləri təqdim olunur.
Ekspozisiyada qədim zamanlarda İpək yolu vasitəsilə ticarət və müxtəlif dövrlərdə tacik sənətkarların fəaliyyəti barədə də ətraflı məlumat verilir.
Ayrıca sahədə Tacikistanın hidroenergetika resursları təqdim edilir.
Sonra dövlət başçıları Özbəkistan, Qazaxıstan və Türkmənistanın sənaye məhsulları sərgisində olublar.
Qeyd edilib ki, belə böyük regional sərginin təşkili ticarət əməkdaşlığının genişləndirilməsinə, ölkələrdə istehsalat sahələrinin və müəssisələrinin fəaliyyətinin inkişafına, sənaye məhsullarının çeşidinin və həcminin artırılmasına kömək edir.
14-09-2023, 22:40
Almaniya Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır


Almaniya Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır

Almaniya Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımadığını açıqlayıb.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Almaniya hökuməti Qarabağın müstəqilliyini və keçirilən seçkiləri tanımır. Almaniya Avropa İttifaqı ilə birlikdə Ermənistan və Azərbaycan arasındakı münaqişənin daimi həlli üçün səylər göstərir", - bəyanatda deyilir.
Bəyanatda Almaniya hökumətinin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qəbul etdiyi bildirilib.
14-09-2023, 21:53
Sahibə Qafarova Macarıstan Prezidentiylə görüşdü


Sahibə Qafarova Macarıstan Prezidentiylə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Katalin Novak, ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Katalin Novak, qarşılıqlı səfərlərin bu əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb.
O, ölkələrimizin müxtəlif istiqamətlərdə uğurlu əməkdaşlığını qeyd edib.
Prezident Katalin Novak xalqımızın zəngin milli-mənəvi dəyərlərə malik olduğunu vurğulayaraq, qeyd edib ki, Azərbaycan xalqı da macar xalqı kimi, ailə dəyərlərinə çox böyük önəm verir.
Milli Məclisin sədri Sahibə Qafarova göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Macarıstan Prezidentinə çatdırıb.
5-ci Budapeşt Demoqrafik Sammitinin çox mühüm beynəlxalq forum olduğunu bildirən spiker Sahibə Qafarova əlavə edib ki, Azərbaycan Macarıstanın cəmiyyətin əsas vahidi kimi ailələri qorumaq və dəstəkləmək səylərini yüksək qiymətləndirir.
Sammit haqqında təəssüratlarını bölüşən Sahibə Qafarova həm dövlət başçısının, həm də Baş nazir Viktor Orbanın ailə dəyərləri haqqında fikirlərinə toxunaraq, bildirib ki, Azərbaycan və Macarıstanın bu mövzuda mövqeləri üst-üstə düşür və bu məsələlərdə birlikdə fəaliyyət göstərmək vacibdir. Ailə dəyərləri Azərbaycan cəmiyyəti üçün çox önəmlidir və dövlətin himayəsindədir.
Azərbaycan və Macarıstanın dövlət başçıları arasında ailə dəyərlərinin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıldığı da xatırlanıb. Görüşdə diqqətə çatdırılıb ki, Azərbaycan və macar xalqları oxşar ailə dəyərlərini bölüşür. Bu gün həm Macarıstan Prezideti və Baş nazirinin, həm də Azərbaycan Milli Məclis sədrinin çıxışlarında iki ölkənin eyni ailə dəyərlərinə malik olması vurğulanıb.
Görüşdə həmçinin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin kifayət qədər zəngin olduğu ifadə olunub. Vurğulanıb ki, ölkələrimiz arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur.
Sahibə Qafarova ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq əlaqələrinin inkişaf etdiyini vurğulayıb. O, 2021-ci ildə Macarıstana baş tutmuş səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, parlamentlərimiz bir çox beynəlxalq parlament təşkilatları çərçivəsində yaxşı səviyyədə əməkdaşlıq edir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

14-09-2023, 20:39
Rusiyanın Baş prokuroru Azərbaycanda səfərdədir


Rusiyanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiyanın Baş prokuroru İqor Krasnov Azərbaycanda işgüzar səfərdədir.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Səfər Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvətilə baş tutub.
Qonaq Bakıda keçiriləcək MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak edəcək.
14-09-2023, 20:26
Ermənilər Gədəbəy və Ağdam istiqamətində təxribat törətdi


Ermənilər Gədəbəy və Ağdam istiqamətində təxribat törətdi

Sentyabrın 14-ü saat 19:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Zamanlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
14-09-2023, 20:21
Slovakiya XİN rus səfirini ölkədən çıxardığını açıqladı


Slovakiya XİN rus səfirini ölkədən çıxardığını açıqladı

Slovakiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin əməkdaşının ölkədən çıxarıldığını açıqlayıb.
Bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, diplomatın qovulmasına səbəb Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır. İşçinin adı və onun davranışının təfərrüatları məlum deyil.
Qeyd olunur ki, səfirin pozuntuları “Slovakiya Respublikasının səlahiyyətli orqanları tərəfindən diqqətlə sənədləşdirilib”. O, 48 saat ərzində ölkəni tərk etməlidir. Rusiya Xarici İşlər Nazirliyi diplomatın ölkədən çıxarılmasına cavab verəcəyini bildirib.
14-09-2023, 20:12
Şahmatçılarımız Avropa çemoionatını 4 qızıl medalla başa vurdu


Şahmatçılarımız Avropa çemoionatını 4 qızıl medalla başa vurdu

Rumıniyanın Mamaya şəhərində şahmat üzrə yeniyetmə oğlan və qızlar arasında Avropa çempionatına yekun vurulub.
Azərbaycan şahmatçıları mötəbər yarışda böyük uğur qazanıb.
Məhəmməd Kazımzadə, Mehriban Əhmədli (hər ikisi U-8), Əhməd Xaqan (U-12), Rüstəm Rüstəmov (U-14) bütün rəqibləri qabaqlayaraq öz yaş kateqoriyalarında qızıl medala layiq görülüb.
18 yaşlılar arasında çıxış edən Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş medal əldə edib.
12 yaşlı qızların mübarizəsində Səadət Bəşirli çempionatı bürünc medalla başa vurub.
Beləliklə Azərbaycan şahmatçıları Avropa çempionatından 4 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 7 medalla qayıdır.
Qeyd edək ki, ümumilikdə Avropa çempionatında 47 ölkədən 928 şahmatçı mübarizə aparıb.
14-09-2023, 19:48
Sahibə Qafarova Budapeşt Sammitində iştirakı zamanı Xocalı soyqırımından danışdı


Sahibə Qafarova Budapeşt Sammitində iştirakı zamanı Xocalı soyqırımından danışdı

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstanda keçirilən 5-ci Budapeşt Demoqrafik Sammitində çıxış edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, "Ailə təhlükəsizliyin açarıdır" mövzusunda keçirilən müzakirələrdə çıxışı zamanı spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan cəmiyyəti ənənəvi və ailə dəyərlərinə söykəndiyi üçün cəmiyyətimizin inkişafında ailənin əvəzsiz rolu var.
Ölkə Konstitusiyası ailənin mahiyyətini müəyyən edir, ailəni, nikahı və uşaqları dövlətin himayəsi altına alır. 1999-cu ildə qəbul edilmiş Ailə Məcəlləsi ailə üzvlərinin hüquq və vəzifələrini müəyyən edir. Digər qanunlar, o cümlədən gender bərabərliyi, uşaq hüquqları, məişət zorakılığının qarşısının alınması haqqında qanunlar ailə münasibətlərini tənzimləyir. Qanun layihələrinin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesi Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi ilə bu məsələlər üzrə məsul dövlət orqanı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında sıx əlaqələndirmə yolu ilə həyata keçirilir.
İşğal və müharibələrin ailələr üzərində ən çox qalıcı təsirə malik olduğunu deyən Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu mənada, erməni işğalı ailələrimizin mövcudluğuna dağıdıcı təsir göstərib. On iki mindən çox insan bu işğalın qurbanı olub. Ermənistanın 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı nəticəsində bütöv ailələr məhv edilib. Yüz əllidən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib, 613 mülki şəxs qətlə yetirilib. Həmçinin Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlı - iki yüz otuz mindən çox ailə öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Spikerin sözlərinə görə, bu bir milyon insanın evsiz, işsiz və yaşamaq üçün bütün vasitələrdən məhrum qalması yeni müstəqil ölkə üçün kifayət qədər ağır zərbə olub. Lakin işğalın ağır sosial-iqtisadi yükünə baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün ailələrinin ehtiyaclarını ödəmək üçün bütün lazımi tədbirləri görüb.
Azərbaycanın 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına həyata keçirdiyini, ərazi bütövlüyünü bərpa etdiyini xatırladan Milli Məclisin sədri Sahibə Qafarova bu kontekstdə tərəfdaşlarımıza və dostlarımıza, o cümlədən, Macarıstana Cənubi Qafqazda sabitləşmə və dövlətlərarası münasibətlərin qurulmasına davamlı, beynəlxalq hüquqa əsaslanan dəstəklərinə görə təşəkkürünü ifadə edib. Sahibə Qafarovanın sözlərinə görə, torpaqlarımızın azad edilməsi tarixi ədalətin təntənəsidir. Bu, həm də otuz il əvvəl uşaq ikən öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq, ata-baba torpaqlarını geri qaytarmaq üçün geri qayıdan gənc nəslin mənəvi və ailə dəyərlərinin qələbəsidir.

14-09-2023, 18:56
Erməni seperatçıların sabiq başçısı qara siyahıya salındı


Erməni seperatçıların sabiq başçısı qara siyahıya salındı

Ukrayna Qarabağdakı erməni separatçılarının sabiq başçısı Araik Harutyunyanın adını Rusiyanın təcavüzünə yardım edənlərin siyahısına salıb.
Onun adı “Mirotvorets” (Sülhməramlı) resursuna daxil edilib.
Onun Rusiya tərəfindən Ukraynanın bəzi regionlarının ilhaq olunmasını alqışladığı üçün bu siyahıya daxil edildiyi bildirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!