Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
18-09-2023, 22:26
Beynəlxalq təşkilat erməni təxribatını insanlığa sığmayan vəhşilik adlandırdı


Beynəlxalq təşkilat erməni təxribatını insanlığa sığmayan vəhşilik adlandırdı

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlılarının itlərdən terror aktı üçün istifadəsini pisləyib.
Təşkilat bunu insanlığa sığmayan vəhşilik adlandırıb.
“Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq”, - Ümumdünya Heyvanların Mühafizəsinin yaydığı məlumatda deyilir.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisinə müraciət ünvanlayıb. Müraciətdə təşkilatdan erməni silahlılarının Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərinə reaksiya verilməsi istənilib.
Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.
18-09-2023, 21:53
Azərbaycan və Türkiyə səfirləri Parisdə görüşdü


Azərbaycan və Türkiyə səfirləri Parisdə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirer ilə görüşüb.
Bu barədə L.Abdullayeva “X” səhifəsində paylaşıb.
“Qardaş Türkiyənin Fransadakı yeni səfiri cənab Yunus Demireri Azərbaycan Mədəniyyət Mərkəzində salamlamaqdan məmnun olduq. Yunus bəyə diplomatik fəaliyyətində uğurlar arzulayırıq”, - azərbaycanlı səfir qeyd edib.
18-09-2023, 21:35
İrəvan istənilən ssenaridə Zəngəzur dəhlizini açacaq - Rus ekspert


İrəvan istənilən ssenaridə Zəngəzur dəhlizini açacaq - Rus ekspert

İrəvan istənilən ssenaridə Zəngəzur dəhlizini
açmalı olacaq.
Bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxan Ermənistan Azərbaycanla Türkiyə arasında məngənədə sıxılmış qoza bənzəyəcək: bir az daha təsir göstərdikdə partlayacaq. Ermənistan NATO-ya qəbul edilməyəcək, Türkiyə bloka salacaq. İstənilən ssenaridə İrəvan Zəngəzur dəhlizini açmalı olacaq”, - rusiyalı ekspert yazıb.
18-09-2023, 21:20
İdmançımız Belqradda keçirilən dünya çempionatında gümüş medal qazandı


İdmançımız Belqradda keçirilən dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
92 kq çəki dərəcəsində yer alan idmançı finalda qazaxıstanlı Rizabek Aytmuxanla üz-üzə gəlib.
Rəqibinə uduzan Nurmaqomedov yarışı ikinci pillədə bitirib.
18-09-2023, 21:05
Mücahid- İsmayıl bəy kimdir?


Mücahid- İsmayıl bəy kimdir?

1918-1920-ci illərdə Şərur-Dərləyəz qəzasında Andranikin qoşunlarına qarşı təşkil olunmuş Çivə taborunun əsas fəallarından biri olan İsmayıl bəy Vəkilov 1900-cü ildə Şərur-Dərələyəz qəzasının Çivə kəndində doğulub. Xalq qəhrəmanı Balo bəy Vəkilovun qardaşı olan Vəkilov ilk təhsilini Çivə kəndində Şah Abbas Mədrəsəsində alıb. Kiçik yaşlarından 1905/1907-ci illər qırğının şahidi olub. 1918-ci ildə Andarnikin qoşunları Naxçıvan-İrəvan ərazilərində qırğınlar törədərkən Xalq Qəhrəmanı Balo bəy Vəkilovun başçılığı ilə yaradılan Çivə taborunun əsas fəallarından olub. Ermənilərlə döyüşdə Balo bəy Vəkilovun ən yaxın silahdaşlarından biri kimi iştirak edib.
1918/1920-ci illərdə müvəqqəti olaraq Balo bəy Vəkilovun dəstəsi ilə birlikdə İrana keçmək məcburiyyətində qalıb. Tarixçi alim Əli Əliyev bu hadisələrin canlı şahidi olmuş özünün “Biz əzablı bir ömür yaşadıq” və “Əlincə yaddaşı” kitablarında Çivə müdafiəçilərinin İrana keçməklərini təsvir edib. İranda ağır məhrumiyyətlər yaşayıblar. Çivə müdafiəçiləri geri qayıtdıqdan sonra Balo bəy Vəkilovun qızı mərhum Küşvər xanım Vəkilovanın atasına istinadən söylədiklərinə görə Balo bəy Vəkilov Azərbaycan Milli Hökumətinin başçısı Məmmədəmin Rəsulzadə ilə görüşüb, Rəsulzadə yenidən geriyə öz kəndlərinə qayıtmağı məsləhət görüb. Bundan sonra Çivə əhalisi yenidən öz yurd-yuvalarına qayıdıb.
Sovet Hakimiyyəti qurulduqdan sonra Balo bəy və qardaşı İsmayıl bəy Vəkilov kəndi tərk etmək məcburiyyətində qalıblar. Sonra Naxçıvan ətrafında bir müddət Cəhri kəndində yaşayıblar. İsmayıl bəy Vəkilov bir müddət Cəhri kəndində müəllimlliklə məşğul olub. Sonra hər iki qardaş Naxçıvan şəhərinə məskunlaşıblar. İsmayıl bəy Vəkilov Əliabad kəndində uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olub. Qardaşı Balo bəy ermənilər tərəfindən şərlənərək tutulub. Ailəsi azyaşlı uşaqları Tofiq bəy və Küşvər xanım bir müddət əmiləri İsmayıl bəyin himayəsində qalıb. İsmayıl bəyin müəllimlik fəaliyyəti Qırmızı Əmək bayrağı ordeni ilə mukafatlandırılıb.
İsmayıl bəy Vəkilov 1980-ci ildə Naxçıvan şəhərində dünyasını dəyişib və şəhər qəbiristanlığında dəfn edilib.

Səməd Vəkilov
18-09-2023, 20:24
"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi


"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verildi

"Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.
Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.
18-09-2023, 19:51
Rusiya və Çinin XİN Başçıları görüşdü


Rusiya və Çinin XİN Başçıları görüşdü

Rusiya xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van Yi ilə görüşüb.
Görüş Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində keçirilir.
Görüş zamanı regional və qlobal proseslər müzakirə ediləcək.
18-09-2023, 19:19
Müdafiə naziri İsrail rəsmisiylə görüşdü


Müdafiə naziri İsrail rəsmisiylə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin Müdafiə Nazirliyinin Baş direktoru cənab Eyal Zamirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Azərbaycan-İsrail münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluğunu ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən cənab E.Zamir mövcud əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında müdafiə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
18-09-2023, 18:48
Ronaldoya İran xalçası hədiyyə olundu


Ronaldoya İran xalçası hədiyyə olundu

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun portuqaliyalı oyunçusu Kriştiano Ronaldo İrana gedib.
Bu barədə ISNA agentliyi məlumat yayıb.
Ronaldo Tehranda izdihamla qarşılanıb.
Futbolçu ilə keçirilən görüş zamanı futbolçuya əllə toxunmuş İran xalçası hədiyyə edilib. Xalçanın dəyərinin 3 milyard tüməndən (təxminən 120 min manatdan) çox olduğu bildirilib.
18-09-2023, 18:16
Çinin ticarət şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə ayıracaq


Çinin ticarət şirkəti Türkiyəyə 2 milyard dollar sərmayə ayıracaq

Çinin "Alibaba Group" elektron ticarət şirkəti yaxın gələcəkdə Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Bu barədə şirkətin prezidenti Maykl Evans Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşü zamanı bildirib.
Evans "Alibaba"nın Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyduğunu xatırladıb.
Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-dadır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!