Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
31-08-2023, 18:08
Ermənilər Livandakı səfirliyimizə hücum etdi


Ermənilər Livandakı səfirliyimizə hücum etdi

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.
Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.
Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.
31-08-2023, 16:58
Sabiq prezident də müxalifətin mitinqinə qoşulacaq


Sabiq prezident də müxalifətin mitinqinə qoşulacaq

Ermənistanın eks-prezidenti Robert Köçəryan müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək.
Bunu yerli jurnalistlərə müsahibəsində Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan deyib.
Bundan əvvəl mitinqin təşəbbüskarı olan “Daşnaksütyun” partiyasının üzvü, parlamentin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan Ermənistan və Qarabağ separatçılarının taleyindən narahat olan bütün vətəndaşları aksiyada iştirak etməyə çağırıb.
2 sentyabrda Xankəndidə də mitinq keçirləməsi qərara alınıb.
31-08-2023, 16:30
Ali təhsil müəssisələrinə boş qalan yerlərin sayı açıqlandı


Ali təhsil müəssisələrinə boş qalan yerlərin sayı açıqlandı

Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.
31-08-2023, 16:21
Rusiya və Türkiyə XİN Başçılarının görüşü başladı


Rusiya və Türkiyə XİN Başçılarının görüşü başladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında görüş başlayıb.
Bu barədə "Sputnik Türkiye" məlumat yayıb.
31-08-2023, 15:53
Ermənistan müxalifəti bu tarixdə mitinqə çağırdı


Ermənistan müxalifəti bu tarixdə mitinqə çağırdı

Ermənistan müxalifəti sentyabrın 2-ə mitinq çağırıb.
Bu barədə "News.am" məlumat yayıb.
Mitinq İrəvanın "Azatutyun" meydanında keçiriləcək. Məlumata görə, mitinqində ölkənin ikinci prezidenti Robert Köçəryan da iştirak edəcək. Bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.
Mitinq Paşinyan hakimiyyətinin Qarabağ siyasətinə etiraz xarakteri daşıyacaq. Daşnaksütyun Partiyasının funksioneri, müxalif "Hayastan" blokunun deputatı İşxan Saqatelyan "Ermənistanın və Qarabağın taleyindən narahat olan bütün vətəndaşları" aksiyada iştirak etməyə çağırıb.
31-08-2023, 15:51
Müharibədə itkin düşmüş hərbiçilərin valideynləri nazir müavinini döydülər


Müharibədə itkin düşmüş hərbiçilərin valideynləri nazir müavinini döydülər

Ermənistanda İkinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri müdafiə nazirinin müavini Arman Sarkisyanı döyüblər.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, valideynlərə may ayının 2-dən etibarən müdafiə naziri Suren Papikyanla görüş vəd edilib: “Lakin görüş hər dəfə müxtəlif bəhanələrlə təxirə salınıb”.
Valideynlərdən biri qeyd edib ki, uzun müzakirələrdən sonra nəhayət onlara nazirlik binasına daxil olmağa imkan yaradılıb: “İçəri girəndən sonra nazirin gəlməyini gözlədik. O da müavini göndərdi. Xeyli danışdı və bizi qəzəbləndirdi. Övladlarımızın harada olduğunu bilmədiyini söylədi. Nazir müavinin danışıq tərzi bizi özümüzdün çıxardı. Əlbəyaxa dava düşdü”.
31-08-2023, 15:35
Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" istefa verdi


Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" istefa verdi

Qarabağdakı qondarma rejimin "dövlət nazirinin müşaviri" Artak Beqlaryan "istefa verib".
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
O, separatçıların "ombudsman"ı kimi məşhurlaşmışdı.
Qeyd edək ki, bu gün separatçı rejimin başçısı Arayik Arutyunyan "dövlət naziri" postundan Qurgen Nersisyanı çıxarıb yerinə "təhlükəsizlik şurasının katibi" Samvel Şahramanyanı gətirdikdən sonra özü də "istefa verib".
31-08-2023, 15:10
Ombudsman səfirliyimizə qarşı törədilən təxribatla bağlı bəyanat yaydı


Ombudsman səfirliyimizə qarşı törədilən təxribatla bağlı bəyanat yaydı

Azərbacyan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycan səfirliyinə qarşı erməni əsilli şəxslər tərəfindən törədilən təxribatla bağlı bəyanat yayıb.
Bu barədə Ombudsmandan məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfindən tarix boyu Azərbaycan-türk diplomatlarına qarşı terror siyasəti həyata keçirilmiş, cari ildə həmin siyasətin bu gün də dəstəklənməsinin rəmzi olaraq “Nemezis” terror əməliyyatına həsr olunan abidənin açılışı keçirilmişdir.
Bu siyasətin nəticələrindən biri kimi çıxış edən növbəti hal Livanda baş vermiş, 50-yə yaxın erməni əsilli şəxs Azərbaycan Respublikasının Livan Respublikasındakı səfirliyinin inzibati binası qarşısında toplaşaraq boya ilə doldurulmuş, partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atmış, hasarlara zərbə vurmuş və müxtəlif şüarlar səsləndirmişdir.
Səfirliyin heyəti arasında xəsarət alan olmasa da, bu kimi hallar azərbaycanlı diplomatların həyat və sağlamlığına zərər vurulması məqsədilə törədilən təxribat kimi qiymətləndirilməlidir. Eyni zamanda, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldiyi zaman təxribatı törətmiş şəxslərin oranı tərk etməsi onlar barədə müvafiq məsuliyyət tədbirlərinin görülməsinin qarşısını almamalıdır.
Məlumdur ki, beynəlxalq hüquqa əsasən səfirlik binaları toxunulmazdır və hər hansı, müdaxilədən, zərər vurulmasından mühafizə edilməlidir. Hər bir dövlət diplomatik xidmət orqanlarının təhlükəsizliyinin təmini ilə bağlı zəruri tədbirləri görməlidir.
Təəssüf ki, bundan öncə də bir neçə dəfə Azərbaycanın xarici ölkələrdə yerləşən diplomatik nümayəndəliklərinə ermənilər tərəfindən hücumlar edilmiş, müxtəlif vandalizm aktları törədilmişdir. Livandakı səfirliyimizin önündə də ötən il bu cür insident yaşanmışdır. Bu səbəbdən ermənilərin aksiya keçirmək adı ilə radikal hücumlarını davam etdirməsi və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirən, ittihamyönümlü əsassız şüarlar səsləndirməklə zorakı əməllər törətməsi ciddi narahatlıq doğurur.
Bildirmək istərdim ki, Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət təbliğatının daha kəskin hal alması ilə bağlı dəfələrlə açıq müraciətlərimiz olmuşdur. Belə ki, bu Azərbaycanofobiya siyasətinin davam etdirilməsi Ermənistanla yanaşı, onun hüdudlarından kənarda da ermənilər tərəfindən müxtəlif formalarda Azərbaycanı hədəfə alan əməllərin törədilməsinə gətirib çıxarır.
Bu baxımdan, bütün xarici dövlətləri “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməyə, diplomatik nümayəndəliklərin hədəfə alınması hallarını qəti şəkildə pisləməyə, zəruri məsuliyyət tədbirlərinin görülməsinə dəstək verməyə çağırıram.
31-08-2023, 14:55
İranın XİN Başçısı Suriya Prezidentiylə görüşdü


İranın XİN Başçısı Suriya Prezidentiylə görüşdü

İranın Dəməşqdə səfərdə olan XİN başçısı Hüseyn Əmir Abdullahiyan Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət, suriyalı qaçqınların ölkələrinə qayıtması məsələsi, eləcə də Türkiyə-Suriya normallaşması müzakirə olunub.
Həmçinin İranın ərəb ölkələri ilə əlaqələri barədə fikir mübadiləsi aparılıb. Görüşdə Abdullahiyanın başçılıq etdiyi nümayəndə heyəti, eyni zamanda Suriyanın XİN başçısı Faysal Mikdad da iştirak edib.


31-08-2023, 14:41
Ukrayna və Litva XİN Başçılarının görüşü keçirildi


Ukrayna və Litva XİN Başçılarının görüşü keçirildi

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Litvanın XİN başçısı Qabrielius Landsberqislə görüşüb.
Bu barədə X-də paylaşım ediblər.
Görüş İspaniyanın Toledo şəhərində keçirilən XİN başçıları toplantısı çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli əlaqələri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!