Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
7-08-2023, 22:31
XİN-dən Azərbaycanla bağlı qərəzli bəyanatlara reaksiya


XİN-dən Azərbaycanla bağlı qərəzli bəyanatlara reaksiya

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil ekspertinin guya Azərbaycan tərəfindən “Laçın dəhlizinin” blokadada saxlandığı və “Dağlıq-Qarabağ” bölgəsində “gərgin humanitar vəziyyət” yarandığı iddiası ilə çıxış etməsi təəssüf doğurur və BMT orqanlarının siyasi manipulyasiya alətinə çevrilməsi cəhdlərindən xəbər verir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"30 il ərzində Azərbaycan ərazilərinin işğalına, 1 milyona yaxın qaçqın və məcburi köçkünün insan hüquqlarının pozulmasına, son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına maneçilik törədilməsinə göz yuman BMT xüsusi məruzəçilərinin və ekspertlərinin Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verməsi narahatlıq doğurur. Bununla yanaşı, sözügedən şəxslərin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyərək bəyanatda “Dağlıq-Qarabağ” kimi ifadələr işlətməsi, ölkəmizin daxili işlərinə qarışması və ikili yanaşmalar tətbiq etməsi qəbuledilməzdir.
Bir daha xatırlatmaq istərdik ki, Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmamaqla yanaşı, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub. Bütün bunlar BMT və digər beynəlxalq təşkilatlar tərəfindən susqunluqla qarşılanıb.
Azərbaycan məhz öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə, özünün suveren ərazilərində Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.
Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Laçın sərhəd buraxılış məntəqəsinə qarşı təxribatlardan çəkinilməsi və təhlükəsiz keçidə zəmamət verilməsinə dair çağırışlara baxmayaraq Ermənistan tərəfi yenə də təxribatlarını davam etdirib.
Bütün bu təxribatlara baxmayaraq, Azərbaycan tərəfi BQXK tərəfindən erməni sakinlərin keçidinə şərait yaradır.
Azərbaycanın suveten ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə gəldikdə isə, bunun üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.
Azərbaycan, hal-hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürüb. Bu səyləri dəstəkləmək əvəzinə qərəzli bəyanatlar verilməsi prosesə müsbət təsir etməyəcək", - XİN-dən bildirilib.
7-08-2023, 21:03
Laçın şəhərinin böyük qismi günəş şüalarıyla əhatə olunur


Laçın şəhərinin böyük qismi günəş şüalarıyla əhatə olunur

Laçında həyata keçirilən layihələr, aparılan tikinti-quruculuq işləri bu şəhərin Azərbaycan iqtisadiyyatında mühüm yer tutacağından xəbər verir.
Laçın şəhəri amfiteatr formasında yerləşdiyi üçün şəhərin böyük bir qismi günəş şüaları ilə əhatə olunur. Bunu nəzərə alaraq Laçın şəhərində evlərin dam örtüklərində günəş panelləri quraşdırılıb.
Bu panellər şəhərin daha çox günəş tutan evlərində quraşdırılıb.
7-08-2023, 20:34
Polşa Belarus sərhədinə əlavə qoşun topladı


Polşa Belarus sərhədinə əlavə qoşun topladı

Polşa Belarus sərhədinə əlavə qoşun toplayıb.
Bu barədə PaP agentliyi məlumat yayıb.
Polşa daxili işlər nazirinin müavini Macey Vasik bildirib ki, sərhəddəki hadisələrdən sonra Polşa Sərhəd Mühafizəsini gücləndirib. Sərhədə əlavə 1000 hərbçi cəlb edilib.
Vasik Belarus sərhədində Polşa əsgərlərini hədəf alan təcavüzün səviyyəsinin artdığını qeyd edib.
Qeyd edək ki, Polşa hakimiyyəti son həftələr sərhəd təhlükəsizliyinin artırılması ilə bağlı tədbirləri gücləndirib.
7-08-2023, 20:19
Erməni terroru-1967-ci il, Xankəndi şəhəri


Erməni terroru-1967-ci il, Xankəndi şəhəri

Acı reallıqdır ki, sovet dönəmində Dağlıq Qarabağda yaşayan ermənilər Moskvadan himayə olunaraq azərbaycanlı ziyalılara qarşı təxribat və qətllər törədiblər. Bu proses yalnız 1937-ci ildə deyil, sonrakı dönəmlərdə də davam edib. Həmin qanlı hadisələr uzun müddət ictimaiyyətdən gizlədilmişdi.
Biz araşdırmalarımız və Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində daha bir maraqlı faktla rastlaşdıq. Əslən Xocalı sakini, Azərbaycan Tibb Universitetinin professoru Mübariz Qasım oğlu Allahverdiyevin şahidi olduğu hadisəni diqqətinizə çatdırırıq.
Mən Mübariz Allahverdiyev 1966-cı ildə N. Nərimanov adına Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öz istəyimlə Dağlıq Qarabağa təyinat aldım. O zaman DQMV-nin səhiyyə şöbəsinin müdiri olan Atayan soyadlı erməni məni ərazidə yerləşən tibb ocaqlarından heç birinə işə götürmədi. Müxtəlif bəhanələr gətirərək bildirdilər ki, yerimiz yoxdu. Sonradan mən öyrəndim Xankəndi Səhiyyə şöbəsinin müdiri olan həmin erməni Atayan Azərbaycan Səhiyyə Nazirliyinə deyil, birbaşa Ermənistanın Səhiyyə nazirliyi ilə əməkdaşlıq edir. O, yaxın çevrəsinə bildirib ki, səhiyyə sahəsindəki bu yerlər ermənilər üçündür.
Mən çox çətinliklə Dağlıq Qarabağdakı Əsgəran rayonu Naxçıvanik kəndində 1966-cı ildə həkim kimi fəaliyyətə başladım. O zaman Moskvadan və İrəvandan təlimatlar alan ermənilər separatizmi qızışdırırdılar. Demək olar ki, istəklərinə nail oldular. Bir faktı demək istərdim. 1967-ci ilin iyul ayının əvvəllərində Xankəndində ermənilərin törətdiyi qanlı terror aktını yaxşı xatırlayıram. Xocavənd rayonunun Qarakənd məktəbinin direktoru Ərşad Daşdəmir oğlu Məmmədov və Ələmşah Xanlar oğlu Məmmədov Xankəndində erməni təzyiqləri və təhdidləri nəticəsində ölüm cəzasına məhkum edilmişdilər.
Sonradan məhkəmə zalından çıxarılan məktəbin direktoru Ərşad Daşdəmir oğlu Məmmədov və Şuşa həbsxanasının iki əməkdaşı küçədə qəflətən erməni hücumuna məruz qalırlar. Hər üç şəxs diri-diri yandırılaraq öldürülüb. Ermənilər əsas səbəb kimi onu bildirirdilər ki, erməni uşağını məktəbin direktoru Ərşad müəllim öldürüb. O zaman erməni təxribatına çox görkəmli bir azərbaycanlı ziyalı qurban gedib. Çox acınacaqlı məqamdır ki, orada yaşayan, dövlət strukturlarında çalışan azərbaycanlılar bu qətlin qarşısını ala bilmədilər.
Sonradan mən Xankəndinə gedib azərbaycanlı dostlarımla birlikdə hadisə yerinə baş çəkdik və eşitdik ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsindən bir qrup nümayəndə heyəti faciənin səbəblərini araşdırmaq üçün Qarabağa gəlib. Öyrəndik ki, nümayəndə heyətinə adını ilk dəfə eşitdiyimiz general Heydər Əliyev rəhbərlik edir. Qısa zamanda DQMV-yə yayıldı ki, Heydər Əliyev araşdırma apararaq tam sübuta yetirib ki, erməni uşağını azərbaycanlı Ərşad müəllim yox, uşağın atasının yaxın dostu, erməni millətindən olan, orta məktəb müəllimi milli zəmində ixtişaş yaratmaq və DQMV-ni Ermənistana birləşdirmək məqsədilə bu qətlı törədib. Uşağın atası bunu bildikdən sonra erməni millətinə nifrətini gizlətmədi.
Tibb Universitetinin professoru Mübariz Allahverdiyev onu da bildirdi ki, məhz Ulu öndər Heydər Əliyev ondan sonra Azərbaycana rəhbərliyi dövründə Dağlıq Qarabağdakı erməni separatizminə son qoyuldu. Yalnız 1988-ci ildə keçmiş SSRİ miqyasında baş verən hadisələrin və erməni separatizminə böyük dəstək nəticəsində vəziyyət yenidən gərginləşdi.

Araşdırma qrupu
7-08-2023, 20:14
“ XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi hədəfimizdir”


“ XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi hədəfimizdir”

Vacib bir məqamı qeyd etmək istərdik ki, XX əsrdə, xüsusilə, totalitar sovet rejimi dövründə çox tanınmış və yaxud tanınmayanAzərbaycan ziyalılarının təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar çox zəifdir.
Təkzibolunmaz faktlar var ki, Azərbaycanın bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin mənəvi sərvətləri məhz ermənilər tərəfdən təcavüzə məruz qalıb. Bu vaxta qədər bəzi alimlərimiz tərəfindən həmin şəxsiyyətlərin yaradıcılığı, həyata öyrənilib. Ancaq onların ermənilər tərəfdən təcavüzə məruz qalan intellektual mülkiyyətləri ilə bağlı geniş elmi araşdırmalar yetərli deyil. Biz QHT və media təmsilçisi olaraq bu missiyanıyerinə yetirmək istəyirik.
Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində 3 ay ( 01.07.2023-cü il 30.09.2023-cü il) müddətində bu tədqiqatları aparmağı planlaşdırırıq. Azərbaycanmöhtəşəm Zəfərini qazansa da, postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin görəcəyi işlər yetərincədir.
İnformasiya müharibəsində düşmən tərəfinin fəallaşması, saxta xəbərlərin artması onu deməyə əsas verir ki, Azərbaycanda QHT və media sektoru öz intellektual potensialını ortaya qoyaraq bir addım öndə olmalıdır. Çünki saxta erməni təbliğatı və təxribatı dünyada Azərbaycanla bağlı təhrif olunmuş fikirlər formalaşdırır. Bu baxımdan hədəfimiz ondan ibarətdir ki, XX əsr Azərbaycanın intellektual mülkiyyətinə dəyən zərərin öyrənilməsi sahəsində elmi tədqiqatları davam etdirək. Biz QHT və media təmsilçisi olaraq bu missiyanı yerinə yetirmək istəyirik.
Onu da qeyd etmək istərdik ki, bu tədqiqatların nəticəsində toplanmış yazıların “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” kitabını növbəti ildə çap etdirməyi planlaşdırırıq.

Əkrəm Bəydəmirli
7-08-2023, 20:09
Ələkli  “Şəhidlər” məscidi tikilir


Şərur rayonunun Ələkli kəndində “Şəhidlər” məscidi tikilir – Prezident anım yürüşündə bu kəndin şəhidinin fotosunu daşımışdır.

İkinci Qarabağ Müharibəsində Azərbaycanın ən çox şəhid verən kəndlərindən birində - Şərur rayonunun Ələkli kəndində yerli sakinlərin təşəbbüsü və vəsaiti hesabına “Şəhidlər” məscidi tikilir. Avqustun 5-də bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbirdə Milli Məclisin deputatı Sadiq Qurbanov, Bakıda fəaliyyət göstərən Ələkli Kənd Cəmiyyətinin üzvləri və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov iştirak ediblər. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində Muxtar Respublikanın hər yerindən olduğu kimi, Ələkli kəndinin də mərd oğulları iştirak edib, şücaət göstəriblər. Mayor İlkin Rzayev, baş leytenant Adil İbrahimli, leytenant Elton Qənbərli, leytenant Rauf Qurbanov, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sərxan Salahov zəfərimiz uğrunda mətnliklə döyüşüb, ən ali zirvəyə - şəhidlik zirvəsinə ucalıblar. Bu gün onların xatirəsi əziz tutulur, igid vətən oğullarının keçdiyi döyüş yolu gənc nəslə təbliğ edilir.

Tədbirdə şəhid valideynləri və ziyalılar da 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib, öz xatirələrini bölüşüblər.
Sonra Qurani Kərimdən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib. Ardınca şəhid valideynlərinin iştirakı ilə “Şəhidlər” məscidinin təməli qoyulub.
Qeyd edək ki, məscidin ümumi sahəsi 170 kvadrat metrdir. Burada kişilər üçün 70, qadınlar üçün 30 nəfərlik zallar nəzərdə tutulub.
Məscidin tikintisi üçün ilkin mərhələdə 50 min manat vəsait ayrılıb.



7-08-2023, 18:28
Ermənistan səfiri hindistanlı həmkarıyla Qarabağı müzakirə etdi


Ermənistan səfiri hindistanlı həmkarıyla Qarabağı müzakirə etdi

Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vağarşak Harutyunyan Hindistan səfiri Pavan Kapurla görüşüb.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Görüş zamanı İrəvan və Yeni Dehli arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub.
Bundan əlavə, səfirlər Qarabağ məsələsinə də toxunublar.
7-08-2023, 17:52
Kocaeli limanında partlayış - 13 nəfər yaralı


Kocaeli limanında partlayış - 13 nəfər yaralı

Türkiyənin Kocaeli şəhərinin Derince limanında baş vermiş partlayış zamanı yaralananların sayı 13-ə çatıb.
Bu barədə TRT məlumat yayıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
7-08-2023, 17:39
Xaçaturyan BQXK nümayəndələri vasitəsilə ailəsinə məktub göndərdi


Xaçaturyan BQXK nümayəndələri vasitəsilə ailəsinə məktub göndərdi

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 7-də Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyana baş çəkiblər.
Bu barədə Xaçaturyanın qızı "news.am"a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaqif Xaçaturyan BQXK nümayəndələri vasitəsilə ailəsinə məktub göndərib. Məktubda Xaçaturyan özünü yaxşı hiss etdiyini və müalicə üçün dərman qəbul etdiyini bildirib.
Qeyd edək ki, Vaqif Xaçaturyan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb.
Kütləvi qırğınla əlaqədar aparılan cinayət işi üzrə Vaqif Çerkezoviç Xaçatryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.
O, iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
7-08-2023, 17:24
Sərhəddə tutulan erməniyə baş çəkildi


Sərhəddə tutulan erməniyə baş çəkildi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən növbəti başçəkmə keçirilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Başçəkmə çərçivəsində istintaq təcridxanasında saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, yeməkxanasına, kitabxanasına, gəzinti yerinə baxış keçirilib.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərin də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması məqsədilə saxlanılan şəxslərlə konfidensial olaraq görüşülüb.
Müəssisədə digər şəxslərlə yanaşı, 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunmuş Ermənistan vətəndaşı R.Beqlaryan da konfidensial qaydada qəbul edilib. Milli Preventiv Qrupun üzvləri tərəfindən ona öz dilində qanunvericilik aktları təqdim olunub. Aparılan söhbət zamanı həbs edilmiş bu şəxsə münasibətdə də hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnətdarlığını bildirib.
Başçəkmə zamanı qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri izah olunub, eləcə də milli qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!