Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
9-08-2023, 23:10
BƏƏ prezidenti Rusiya və Ukrayna liderlərini görüşdürməyi planlaşdırır


BƏƏ prezidenti Rusiya və Ukrayna liderlərini görüşdürməyi planlaşdırır

BƏƏ prezidenti Məhəmməd bin Zayed Rusiya və Ukrayna liderləri arasında görüş təşkil etməyi planlaşdırır.
Bu barədə "L'Orient-Le Jour" nəşri məlumat yayıb.
Bildirilir ki, görüşün COP28 - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı zamanı keçirilməsi təklif olunur.
Konfransın 2023-cü il noyabrın 30-da Dubayda keçirilməsi nəzərdə tutulur.
Nəşrin məlumatına görə, görüşün təşkili təşəbbüsü Roma Papası Fransiskin xahişi ilə baş tutub.
9-08-2023, 22:27
Rusiya Zaporojyeyə raket zərbələri endirdi


Rusiya Zaporojyeyə raket zərbələri endirdi

Rusiya Ukraynanın Zaporojye şəhərinə raket zərbələri endirib.
Bu barədə yerli rəsmilər məlumat yayıb.
Məlumata görə, raket yaşayış məntəqəsinə düşüb.
Zərbədən əvvəl Ukrayna Hərbi Hava Qüvvələri Zaporojyeyə raket təhlükəsi olduğunu elan edib və bundan dərhal sonra teleqram kanalları şəhərdə güclü partlayış baş verdiyini bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski yazıb ki, ilkin məlumata görə, raket hücumu nəticəsində 3 nəfər həlak olub.
9-08-2023, 21:43
Hava limanı işçilərini daşıyan avtobus aşdı - 29 nəfər yaralandı


Hava limanı işçilərini daşıyan avtobus aşdı - 29 nəfər yaralandı

İstanbul hava limanında işləyən şəxsləri daşıyan avtobus aşıb.
Qəza nəticəsində 29 nəfər yaralanıb.
Bildirilir ki, sürücü naməlum səbəbdən idarəetməni itirib və avtobus təxminən 6 metr hündürlükdən boş sahəyə düşüb.
Bölgəyə polis, xilasetmə və tibb qrupları cəlb edilib.
9-08-2023, 21:15
Mirzoyan Blinkenin köməkçisiylə telefon danışığı apardı


Mirzoyan Blinkenin köməkçisiylə telefon danışığı apardı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Qarabağ mövzusu müzakirə olunub.
Mirzoyan erməni tərəfinin mövqeyini təqdim edib.
9-08-2023, 19:44
Ərdoğan XİN Başçısını təltif etdi


Ərdoğan XİN Başçısını təltif etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Hakan Fidanı “Dövlətdə üstün xidmət medalı” ilə təltif edib.
Bu barədə “TRT Haber” məlumat yayıb.
O, Türkiyə Milli Kəşfiyyat Təşkilatındakı (MİT) 13 illik xidmətlərinə görə təltif olunub. Medalı Rəcəb Tayyib Ərdoğan təqdim edib.
“Mənimlə birlikdə xidmət edərkən Liviyada, Qarabağda, Suriyada, İraqda sizin əmrlərinizi yerinə yetirmək üçün şəhid olmuş dostlarımın adından bu medalı alıram”, - deyə Hakan Fidan qeyd edib.
9-08-2023, 18:52
İdmançımız Avropa çempionatını gümüş medalla başa vurdu


İdmançımız Avropa çempionatını gümüş medalla başa vurdu

Azərbaycan paracüdosu İlham Zəkiyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında gümüş medal qazanıb.
O, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edib.
2 qat paralimpiya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.
9-08-2023, 18:24
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər davam etdirilir


Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda işlər davam etdirilir

Prezident İlham Əliyevin tapşırığına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihənin 16-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.
Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq. Əlavə olaraq 561.2 m, 626.9 m, 480 m və 947.90 m uzunluğunda 4 tunelin tikintisi də həyata keçirilir
Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 699.6 metr, Sağ hissəsi isə 11 678.7 metr (ümumi uzunluğu 23 378.3 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 5780 metr qazma və püskürtmə işləri, 2 937 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 5 990 metr qazma və püskürtmə işləri, 896 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 18 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yolların inşası istiqamətində işlər davam etdirilir.
561.2 m uzunluğunda olan Tunel №1-də, 626.9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 480 m təşkil edən Tunel №4-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 947.9 metr olan Tunel №5-də isə qazma və püskürtmə betonu işləri tamamlanıb, kəmər betonu işləri isə davam etdirilir.
Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin 2 zolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə 1-ci texniki dərəcəyə uyğun 4 hərəkət zolağının inşası planlaşdırılır. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14.2, II dərəcəli yolun ümumi uzunluğu 34.8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir.
Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan 6 qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolun tikintisi də nəzərdə tutulub.
Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin süni qurğuların tikintisi işləri davam edir. Qazma və dolğu işləri 56% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.
Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.
Layihə çərçivəsində 164 (3 437 m) dairəvi borunun, 118 (3 541 m) düzbucaqlı borunun, 1 (28 m) heyvan keçidinin, 18 (6 229 m) U tipli və düzbucaqlı suötürücü qurğunun, 2 433 m trapez kanalın, 64 534 m2 Geoerme divarın, 5 363 m istinad divarının, 36 346 m daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.
Sadalanan işlər üzrə artıq 50 dairəvi, 47 düzbucaqlı borunun, 1 heyvan keçidinin, 9 U tipli və düzbucaqlı suötürücü qurğunun, 9 561 m daş divarın və 4 854 m istinad divarının, 1057 m trapez kanalın və 43 581 m2 Geoerme divarın tikintisi yekunlaşıb.
Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 41% təşkil edir.
Qeyd edək ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə Agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.
9-08-2023, 18:07
Restoranın həyətində ağac kəsmə faktı müəyyən oldu


Restoranın həyətində ağac kəsmə faktı müəyyən oldu

Bakı şəhəri, Səbail rayonu, Rafiq İskəndərov küçəsində fəaliyyət göstərən “Pokrovka” restoranının həyətyanı sahəsində ağac kəsintisi faktı müəyyən olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı ağacın sözügedən restoran tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.
“Yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”, - o bildirib.
9-08-2023, 17:39
Kiyevə yardımın ümumi məbləği 160 milyard dolları ötüb - Şoyqu


Kiyevə yardımın ümumi məbləği 160 milyard dolları ötüb - Şoyqu

NATO ölkələri, Aİ və onların müttəfiqlərinin Kiyevə yardımının ümumi məbləği 160 milyard dolları ötüb.
Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
Şoyqu qeyd edib ki, may ayında Britaniyanın “Fırtına kölgəsi” uzaqmənzilli idarə olunan raketləri Ukraynaya ötürülüb.
Onun sözlərinə görə, NATO ölkələri F-16 taktiki qırıcılarının Kiyevə təhvil verilməsi məsələsi üzərində fəal işləyirlər.
9-08-2023, 17:10
Almaniya Ukraynaya 25 ədəd “Leopard” tankı göndərəcək


Almaniya Ukraynaya 25 ədəd “Leopard” tankı göndərəcək

Almaniya Ukraynaya 25 ədəd "Leopard 1A5" tankı tədarük edəcək.
Bu barədə Almaniya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tanklar əvvəllər elan edilmiş hərbi texnika tədarükünə əlavə olaraq Kiyevə göndəriləcək.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!