Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
28-08-2023, 21:20
“Neftçi” mövsümün ilk qələbəsini qazandı


“Neftçi” mövsümün ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında IV turunun növbəti oyunu “Neftçi Arena”da keçirilib.
“Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib.
“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.
Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.
28-08-2023, 17:36
Fransa Prezidenti İlham Əliyevə zəng etməyi düşünür


Fransa Prezidenti İlham Əliyevə zəng etməyi düşünür

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.
Bu barədə Yelisey sarayının Twitter-dəki rəsmi hesabında bildirilib.
“Bu həftə mən baş nazir (Ermənistan) Paşinyan və Prezident (Azərbaycan) Əliyevlə danışacağam”, - Makron səfirlər konfransı zamanı deyib.
O, konfrans zamanı “Laçın humanitar dəhlizi” ifadəsini səsləndirib. Fransa prezidentinin sözlərinə görə, o, “dəhliz”lə bağlı müqavilələrə tam əməl olunmasını tələb edəcək, eləcə də Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə artıq cavab verib.
A.Hacızadə bildirb ki, Makronun bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.
28-08-2023, 17:21
Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayıldı


Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayıldı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə xəbərlərin təkzib edilməsindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayılıb.
Qərb və Rusiya mənbələri Ərdoğanın səfər tarixi barədə müxtəlif məlumatlar yayıb.
"Bloomberg" agentliyi Türkiyə rəsmilərinə istinadən bildirib ki, Ərdoğan taxıl müqaviləsini müzakirə etmək üçün sentyabrın 8-də Rusiyada Putinlə görüşməyi planlaşdırır. Mənbə qeyd edib ki, Türkiyə lideri Rusiyaya Dehlidə “G-20” qrupunun 9-10 sentyabrdakı sammitindən əvvəl səfər etməyi düşünür.
Bundan əvvəl TASS informasiya agentliyi səfərin sentyabrın 4-də baş tutacağını yazıb. Agentliyin məlumatına görə, görüş Soçi şəhərində baş tutacaq.
Türkiyə mətbuatının yazıdığına görə, Putin və Ərdoğanın görüşündə Zəngəzur dəhlizi də müzakirə ediləcək. Eyni zamanda Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək mövzulardan biri olacaq. Eyni zamanda Qarabağ məsələsi ətrafında da müzakirə olacaq.
28-08-2023, 17:10
XİN Makrona xəbərdarlıq etdi


XİN Makrona xəbərdarlıq etdi

28 avqust tarixində Fransa Prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.
Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil.
Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir.
Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı.
Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.
28-08-2023, 16:58
Müdafiə naziri Metin Gürakla görüşdü


Müdafiə naziri Metin Gürakla görüşdü

Avqustun 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan müdafiə naziri ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
General-polkovnik Z.Həsənov “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı xəbərdən kədərləndiyini qeyd edərək Türkiyə tərəfinə başsağlığı verib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən uğurlu işlərdən danışıb və göstərilən dəstəyə görə qardaş ölkəyə təşəkkürünü bildirib.
Bu gün Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlərin görüldüyü qeyd edilib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu vardır.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Gürak Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daima yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hərbi əməkdaşlığımızın birliyimizi daha da gücləndirdiyini və gələcəkdə yeni imkanlar açdığını qeyd edib.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin tarix boyu mövcudluğu qeyd olunub və bundan sonra da daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

28-08-2023, 16:39
İranda neft kəməri partladı


İranda neft kəməri partladı

İranın Hörmüzqan vilayətində neft kəmərində partlayış baş verib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
İranın Gənc Jurnalistlər Klubunun məlumatına görə, vilayətin Bəndər Xəmir şəhərində neft kəmərindən yanacaq oğurlamaq məqsədilə iki şəxs deşik açmağa cəhd edib və bunun nəticəsində partlayış olub.
Partlayış nəticəsində 2 nəfər ölüb. Məlumata görə, partlayış yerində “Pride” markalı avtomobil də yanıb.
28-08-2023, 15:57
Bu il il Şahdəniz yatağı üçün daha bir əlamətdar ildir


Bu il il Şahdəniz yatağı üçün daha bir əlamətdar ildir

"BP-Azərbaycan"dan "APA-Economics"ə verilən məlumata görə, 200 milyardıncı kubmetr qaz 26 avqust 2023-cü il tarixində, yəni yataqdan ilk kommersiya qazının çıxarıldığını və Cənubi Qafqaz boru kəmərinin istismara verildiyini elan etməyimizdən 16 il yarım sonra əldə olunub.
15 dekabr 2006-cı il tarixində baş vermiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi. O vaxtdan bəri Şahdəniz mərhələ 1 qazı uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.
Şahdəniz yatağının işlənməsinin növbəti mühüm mərhələsi 2018-ci ildən, yəni Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya qaz həcmləri nəqlinin başlandığı və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz hasilatının əldə olunduğu ildən istismardadır.
Şahdəniz mərhələ 2 layihəsinin işə salınması Azərbaycana öz enerji tarixində ilk dəfə olaraq Avropanın əsas qaz təchizatçılarından birinə çevrilmək imkanı yaratdı. 2020-ci ilin dekabrından başlayaraq Şahdəniz qazı Avropa bazarlarına nəql olunur və Avropa üçün yeni enerji təchizatı mənbəyi kimi Avropanın enerji bazarını şaxələndirir və enerji təhlükəsizliyini artırır. Ümumilikdə, Şahdəniz mərhələ 2 çərçivəsində Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyə və Avropa bazarlarına ildə 16 milyard kubmetr qaz təchiz edilir.
2023-cü il Şahdəniz üçün daha bir əlamətdar ildir. Bu ilin dördüncü rübündə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə Şahdəniz 2 quyuları işə salınacaq.
Hazırda Şahdəniz Alfa (11 quyu) və Şahdəniz Bravo (14 quyu) - platformalarından ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov: “BP olaraq Şahdənizlə qürur duyuruq. Bu, dünya səviyyəli nəhəng bir yataqdır, lakin eyni zamanda istismar baxımından ən çətinlərdən biridir. Bununla belə, onun işlənməsi zamanı üzləşdiyimiz çətinliklərə baxmayaraq, ən mürəkkəb hövzələrdən birində ən çətin quyuları qazmağın və yatağı regional və qlobal bazarlarla birbaşa əlaqələndirmək üçün dünya səviyyəli infrastruktur qurmağın öhdəsindən gələ bildik.
“Xüsusilə qürur duyuruq ki, bütün bunlara təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və səmərəli şəkildə nail olmuşuq. Şahdəniz sıfır emissiya məqsədimizə doğru irəliləyərkən enerji keçidi istiqamətində həm bp-nin, həm də Azərbaycanın səylərinə töhfə verən dəyərli bir layihədir.
“İnanırıq ki, Şahdənizin böyük gələcəyi var. Hazırda biz Şahdənizdə mövcud məhsuldar layların altındakı “Pre-Fasila” layına yeni bir quyu qazırıq. Ümid edirik ki, həmin quyu Şahdənizin uzunmüddətli hasilat ömrünü təmin etmək planlarımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq”.
Məlumat üçün deyək ki, Şahdəniz ilk dəfə olaraq Xəzər ehtiyatlarını birbaşa Avropa qaz bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz yatağı bp-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yatağın sahəsi təxminən 860 kvadrat kilometrdir. Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib. İlkin hesablamalara görə bütövlükdə Şahdəniz yatağının 1 trilyon kubmetrdən çox qaz və 2 milyard bareldən çox kondensat ehtiyatı var. Əməliyyatlara başlayandan indiyədək Şahdəniz yatağından 42,4 milyon ton (342 milyon barel) kondensat hasil edilib. Şahdəniz 2 Xəzər dənizində ilk sualtı işlənmə layihəsidir və dünyada bp şirkətinin idarə etdiyi ən iri və ən mürəkkəb sualtı infrastrukturdur. Şahdəniz layihəsi texniki təhlükəsizlik üzrə çox yüksək göstəricilərə malikdir. Ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi Şahdəniz çərçivəsində 20 ətraf mühitə təsirin qiymətləndirilməsi və 54 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.
28-08-2023, 15:44
Prezident Sosial xidmətin inkişafına dair Dövlət Proqramını təsdiqlədi


Prezident Sosial xidmətin inkişafına dair Dövlət Proqramını təsdiqlədi

“Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında (bundan sonra – Dövlət Proqramı) nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
28-08-2023, 15:36
Vaqif Mustafayev “Əmək” ordeniylə təltif olundu


Vaqif Mustafayev “Əmək” ordeniylə təltif olundu

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
28-08-2023, 15:32
76 yaşlı sənətçi xəstəxanaya yerləşdirildi


76 yaşlı sənətçi xəstəxanaya yerləşdirildi

Britaniyalı müğənni, bəstəkar, pianoçu və aktyor Elton Con xəstəxanaya yerləşdirilib. 76 yaşlı sənətçi evində yıxılıb.
Ətraflı
Onun Monakoda xəstəxanaya yerləşdirildiyi bildirilir.
Elton Conun yüngül xəsarət aldığı qeyd olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!