Ermənistan daha bir bölgədə delimitasiyaya başlayır .....                        Çanaqqala boğazı yanğına görə bağlandı .....                        NATO-nun yeni Baş katibi kim olacaq? .....                        Ermənistan daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır .....                        19 yaşlı gənc Araz çayında batdı .....                        Qarabağ Universitetinin tələbələrinə ikili diplom veriləcək? - AÇIQLAMA .....                        Məşhur müğənni həbs edildi .....                        Kürdəmirdə faciə: 3 nəfər öldü .....                        Rəsmi Bakıdan Ermənistana və Fransaya sərt mesaj .....                       
31-07-2023, 23:41
XİN Başçısı Ərdoğanın baş müşaviri ilə görüşdü


XİN Başçısı Ərdoğanın baş müşaviri ilə görüşdü

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə, iki ölkə arasında mövcud əməkdaşlıq, habelə regionda cari vəziyyət ətrafında müzakirələr aparılıb.
Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqlik əlaqələrinin və regional formatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində birgə səylərin daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Vətən müharibəsindən sonra yeni reallıqların yaranması və Azərbaycan tərəfindən sülh gündəliyinin irəli sürülməsi ilə bölgədə regional əməkdaşlıq üçün imkanların yarandığını diqqətə çatdırıb. Bununla yanaşı, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının zəruri olduğu vurğulanıb.
Nazir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə bə suverenliyinə zidd olaraq davam etdirdiyi hərbi-siyasi təxribatları barədə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin bərqərar olması üçün Ermənistanın ölkəmizin ərazisindən qanunsuz silahlı birləşmələrini çıxarmasının və təhrikçi addımlardan çəkinməsinin zəruri olduğunu bildirib.
Baş müşavir Akif Çağatay Kılıç, bugün Azərbaycan və Türkiyənin iki ölkə arasında qardaşlıq və dostluq əlaqələrinin fəlsəfəsinə uyğun olaraq uğurla əməkdaşlıq etməsinin hər iki ölkənin, o cümlədən regionun inkişafına və təhlükəsizliyinə töhfə verdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-07-2023, 21:36
Ukraynada “Bayraktar” PUA-larının təmiri üçün mərkəz açılacaq


Ukraynada “Bayraktar” PUA-larının təmiri üçün mərkəz açılacaq

Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) təmiri üçün xidmət mərkəzi açılacaq.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Makina” şirkəti arasında saziş imzalanıb.
Müqavilədə “Bayraktar” pilotsuz uçan aparatlarının təmiri və texniki xidmət üzrə mərkəzin tikintisi nəzərdə tutulub.
"Xidmət mərkəzinin yaradılması Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və qələbəmizi yaxınlaşdırmağa kömək edəcək", - Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşçenko bildirib.
31-07-2023, 20:02
Sürət Hüseynov vəfat etdi


Sürət Hüseynov vəfat etdi

Sabiq Baş nazir Surət Hüseynov vəfat edib. O, İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
31-07-2023, 19:39
Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmalı olduğunu bildirdi


Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmalı olduğunu bildirdi

Zəngəzur dəhlizi dərhal açılmalı və hərtərəfli sülh sazişi tezliklə həyata keçirilməlidir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən deyib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin də müzakirə olunduğu görüşdə Ərdoğan Zəngəzur dəhlizinin dərhal açılmasının və hərtərəfli sülh sazişinin tezliklə həyata keçirilməsinin bu proses üçün vacibliyini vurğulayıb.
O, Türkiyə-Azərbaycan ticarət həcmini 15 milyard dollara çatdırmaq üçün səylərin davam etdirilməsini bildirib.
31-07-2023, 19:07
İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı


İşğaldan azad edilmiş ərazilərdə daha 68 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (23.07.2023 - 29.07.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 61 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 160 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 516, 46 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
31-07-2023, 18:03
Ceyhun Bayramovla Ərdoğanın müzakirə mövzuları açıqlandı


Ceyhun Bayramovla Ərdoğanın müzakirə mövzuları açıqlandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
31-07-2023, 17:35
Qıyamçılar Fransaya qızıl ixracını dayandırma qərarına gəldi


Qıyamçılar Fransaya qızıl ixracını dayandırma qərarına gəldi

Nigerdə ​​hakimiyyəti ələ keçirən qiyamçılar Fransaya uran və qızıl ixracını dayandırmaq qərarına gəliblər.
Bu barədə xarici KİV hərbçilərin bəyanatına istinadən məlumat yayıb.
Qiyamçılar, həmçinin Fransanı devrilən prezident Məhəmməd Bazumun hakimiyyətini bərpa etmək üçün hərbi müdaxilə təşkil etməkdə ittiham ediblər.
“Bizim uranımız, almazımız, qızılımız, neftimiz var və biz qul kimi yaşayırıq? Təhlükəsizliyimiz üçün fransızlara ehtiyacımız yoxdur”, - qiyamçılardan biri deyib.
Xatırladaq ki, Niger dünyanın yeddinci ən böyük uran istehsalçısıdır. Müxtəlif hesablamalara görə, Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə olunan uranın 15%-17%-i Nigerin payına düşür.
31-07-2023, 16:39
Ordunun yeni təlim prosesi yüksək səviyyədə davam edir


Ordunun yeni təlim prosesi yüksək səviyyədə davam edir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlara, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin təlim-tədris prosesi davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib.
Keçirilən tədbirlərdə döyüş bayrağı sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Müdafiə nazirinin yeni tədris dövrünün başlanması ilə bağlı əmr və tələbləri şəxsi heyətə çatdırılıb. Yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığının, keçirilən təlim və məşqlərin keyfiyyətinin və intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Qeyd edək ki, yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrin döyüşə hazırolma vəziyyətinin yoxlanması üzrə tədbirlər həyata keçiriləcək. Bölmələr həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edərək təlim mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkət edəcəklər.
Keçiriləcək dərslərdə əsas diqqət komandirlərin çevik qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, qoşunlar arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, o cümlədən bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldiləcək.

31-07-2023, 16:20
Ərdoğan XİN Başçısını qəbul etdi


Ərdoğan XİN Başçısını qəbul etdi [/size]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir. Nazir həmkarı H.Fidan ilə təkbətək və geniş tərkibdə görüşüb. Nazirlər danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.
31-07-2023, 15:56
Bərdə-Ağdam avtomobil yolunun tikintisi başa çatır


Bərdə-Ağdam avtomobil yolunun tikintisi başa çatır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bərdə-Ağdam avtomobil yolunun tikintisini yekunlaşdırmaq üzrədir. Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, yol boyu torpaq işləri və yeni torpaq yatağının inşası, layihə üzrə nəzərdə tutulmuş qalınlıqda və lazımi materiallardan istifadə olunmaqla yol əsasının və asfalt-beton örtüyünün 2 layının tikintisi yekunlaşıb. Layihə üzrə süni qurğular, yol qovşaqları və körpülər üzrə tikinti işləri, həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə nəzərdə tutulan dairəvi suötürücü boru, düzbucaqlı su keçidi və zəruri olan yerlərdə yeraltı keçidlərin inşası da 100 % yerinə yetirilib.
Belə ki, Bərdə-Ağdam avtomobil yolunun 25 və 40-cı km-lik hissəsində 91.3 və 18.2 metr uzunluğa malik avtomobil körpülərin, yolun 14 və 42-ci km-lik hissəsində 66 və 43 metr uzunluğa malik yol qovşaqlarının və yolun 4, 14 və 16 km-lik hissələrində nəzərdə tutulan yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunaraq tamamlanıb.
Yol boyu Nyucersilərin (beton bardyor) və yaşayış məntəqələrində nəzərdə tutulan piyada səkilərinin inşası, səki və tamet daşlarının tikintisi də sona çatdırılıb.
Yolun 29-cu km-də də “Pit stop” (Dayan Dincəl) məntəqəsinin yerləşəcəyi ərazidə tikinti işləri isə davam edir.
Hazırda yol boyu aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) tikintisi, işıq dirəklərinin quraşdırılması istiqamətində işlər həyata keçirilir. Artıq avtomobil yolunun ilk 10 km-lik hissəsində aşınma qatının (asfalt-beton örtüyün 3-cü layının) döşənməsi işləri yekunlaşıb.
Ümumilikdə layihə üzrə nəzərdə tutulan işlərin 88 %-i icra olunub. Yaxın müddət ərzində yeni yolun tikintisinin başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, başlanğıcını Bərdə şəhərindən götürən Bərdə-Ağdam avtomobil yolunun uzunluğu 44,5 km təşkil edir. Bərdə-Ağdam avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla işğaldan azad edilmiş Ağdam şəhərinə qədər inşa edilir. Avtomobil yolunun ilk 14 km hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!