Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-07-2023, 22:25
Zelenski NATO-la bağlı hələ qərar verməyib


Zelenski NATO-la bağlı hələ qərar verməyib

Ukrayna prezidenti Volodimir Zelenski iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edib-etməmək barədə hələ qərar verməyib. Bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olha Stefanişina bildirib. “Hələlik yekun qərar verilməyib. Biz Vilnüsdəki bütün görüşlərin formatını tam başa düşmürük və fiziki olaraq masaya qoyulacaq qərarları tam başa düşmürük”, - Stefanişina “European Pravda”ya deyib. Onun sözlərinə görə, NATO sammitində müzakirə olunacaq yekun sənədlər üzərində iş hələ də davam edir. “Yəni, biz vəziyyəti simulyasiya edirik: Ukrayna-NATO Şurasının iclası var, sammitin özündə prezidentin çıxışı var. Liderlərin qarşısındakı masada sammitin yekunlarına əsasən qəbul edilməsi təklif olunan yekun sənədlər var. İndi biz bu sənədlərdə nələrin olacağını bilmirik”, - Stefanişina bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin sammit çərçivəsində keçiriləcək Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcəyini bildirib
9-07-2023, 22:09
NATO raketləri ilə hücum etsə, Rusiya Avropadakı nüvə obyektlərinə zərbələr endirəcək


NATO raketləri ilə hücum etsə, Rusiya Avropadakı nüvə obyektlərinə zərbələr endirəcək

Smolensk AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiya Şərqi Avropadakı nüvə obyektlərinə zərbələr endirə bilər. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün teleqram kanalında bildirib. “Əgər Smolensk (Desnoqorsk) AES-ə NATO raketləri ilə hücum cəhdi təsdiqlənərsə, Rusiyanın Cənubi Ukrayna, Rivne və Xmelnitski AES-lərə, eləcə də Şərqi Avropadakı nüvə obyektlərin eyni vaxtda zərbə endirmək ssenarisini nəzərdən keçirmək lazımdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, bəzi teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Smolensk vilayətindəki Desnoqorsk nüvə zavoduna raketlərlə hücum etməyə çalışdığını iddia edib.
9-07-2023, 21:41
Ərdoğan amerikalı həmkarıyla telefon danışığı apardı


Ərdoğan amerikalı həmkarıyla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Bayden ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Ukraynanın NATO-dakı mövqeyi, İsveçin NATO-ya üzvlüyü, F-16-ların təhvil verilməsi və Türkiyənin Avropa Birliyinə (AB) tam üzvlük prosesi müzakirə edilib. Ərdoğan deyib ki, Türkiyənin “F-16” tələbini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirmək düzgün deyil. Türkiyə lideri vurğulayıb ki, İsveçdə terror təşkilatı olan PKK/PYD/YPG tərəfdarlarının sərbəst şəkildə terroru dəstəkləyən nümayişlər keçirməsi ölkənin NATO-ya üzv olması ilə bağlı atılan addımlarını puça çıxarır.
9-07-2023, 19:47
Özbəkistanda prezident seçkiləriylə bağlı səsvermə başa çatdı


Özbəkistanda prezident seçkiləriylə bağlı səsvermə başa çatdı

Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb. Bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Yerli vaxtla saat 20.00-a ölkə ərazisindəki bütün seçki məntəqələri bağlanıb. ABŞ istisna ilə, Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində açılan seçki məntəqələri də bağlanıb.
Qeyd edək ki, saat 17.00-a seçici fəallığı 69,85 faiz olub.
9-07-2023, 19:18
Sudan və İran səfirliklərin açılması barədə razılığa gəldi


Sudan və İran səfirliklərin açılması barədə razılığa gəldi

Sudan və İran yaxın gələcəkdə diplomatik münasibətlərin bərpası və səfirliklərin açılması barədə razılığa gəliblər. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Əlcəzairdə keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, bu barədə qərar Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı çərçivəsində sudanlı həmkarı Əli Əl-Sadiq Əli ilə aparılan danışıqlarda qəbul edilib. Münasibətlərin bərpası Ər-Riyad və Tehran arasında normallaşma fonunda baş verir. Sudan 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumdan sonra İranla diplomatik əlaqələri kəsib. Bu ilin martında Səudiyyə Ərəbistanı və İran Çinin vasitəçiliyi ilə əldə olunan razılaşmanın bir hissəsi olaraq mart ayında münasibətləri bərpa etmək barədə razılığa gəliblər.
9-07-2023, 18:05
N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildi


N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirildi

İyulun 9-da N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Tədbirdə Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbi hissənin şəxsi heyəti, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikləri şəxsi heyətə çatdırılıb. Çıxış edənlər hərbi hissənin yaranma tarixindən, keçdiyi döyüş yolu, o cümlədən Vətən müharibəsi və son əməliyyatlarda iştirakından, eləcə də qarşısında duran vəzifələrdən danışıblar. Hərbi hissənin qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldiyi xüsusi qeyd olunub. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasəti uğurla davam etdirdiyi vurğulanıb. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində şəxsi heyətin döyüş hazırlığı və sosial-məişət şəraiti daim yüksək səviyyədə saxlanılıb. Sonra komandoların nümunəvi çıxışları izlənilib, incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı təqdim olunub. Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.
9-07-2023, 17:37
XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdı


XİN əməkdaşları “Heydər Zirvəsi”nə qalxdı

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları peşə bayramı günü qürurla 3 751 metrlik "Heydər zirvəsi"nə qalxıblar. Bu barədə XİN-dən bildirilib. Qeyd edilir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” münasibətilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin əməkdaşları 9 iyul peşə bayramı günü qürurla "Heydər zirvəsi"nə (3 751 metr) qalxıb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, 9 iyul - diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür. Xarici İşlər Nazirliyinin yaradılmasından 104 il ötür.
9-07-2023, 16:46
Fransada 6 minə yaxın insan küçələrə axışdı


Fransada 6 minə yaxın insan küçələrə axışdı

Fransanın bir çox şəhərində polis zorakılığına qarşı etiraz aksiyası keçirmək üçün 6 minə yaxın insan küçələrə çıxıb. Bu barədə bazar günü Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. Hakimiyyət orqanlarının məlumatına görə, respublikada 30-a yaxın nümayiş təşkil olunub. Polis prefekturasının qadağasına baxmayaraq, ən böyük aksiya Parisdə baş tutub. Etirazlarda 2 minə yaxın insan iştirak edib. Marseldə 750, Nantda 640, Strasburqda 400, Bordoda 200 nəfər nümayişə gedib. Etirazlar Anqulme, Venisyo, Dijon və ölkənin digər şəhərlərində də keçirilib. Lilldə yerli hakimiyyət nümayişi qadağan edib. Parisdə 2016-cı ildə jandarmlar tərəfindən saxlanıldıqdan sonra dünyasını dəyişən 24 yaşlı qaradərili Adama Traorenin bacısı Assa Traorenin çağırışı ilə Respublika meydanında mitinq keçirilib. Aksiya başlamazdan əvvəl prefektura nümayişə qadağa qoyub. İştirakçılar meydana toplaşmağa başlayanda polis hərəkətə keçib, icazəsiz nümayişdə iştirak etdiklərinə görə bir neçə nəfəri cərimələyib.
Qeyd edək ki, Fransada kütləvi etirazlar polis əməkdaşlarının iyunun 17-də əlcəzairəsilli 17 yaşlı yeniyetməni odlu silahla qətlə yetisməsindən sonra başlayıb. Ölkədə digər xalqların nümayəndələrinə qarşı bu cür zorakılıq ilk dəfə deyil ki, baş verir.
9-07-2023, 16:01
G7 ölkələri Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəldi


G7 ölkələri Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəldi

“Böyük Yeddilik” qrupunun (G7) şəhərsalma üzrə nazirləri Yaponiyanın qərbindəki Takamatsu şəhərində başa çatan danışıqlar zamanı Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəliblər. Nazirlər, həmçinin istixana qazı emissiyalarının azaldılacağı şəhər mühitinin formalaşmasına töhfə verməyə razılaşıblar.
Qeyd edək ki, mayın 20-də G7 liderlərinin Xirosima sammitinin yekunlarına dair birgə bəyanatında 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına ehtiyac vurğulanır.
9-07-2023, 15:03
Fransa Ukraynaya yardımı artırır


Fransa Ukraynaya yardımı artırır

Fransa Ukraynaya yardımı artıracaq. Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna deyib. O, qeyd edib ki, heç kim Fransanın lazım olduğu qədər Ukraynanı dəstəkləmək əzminə şübhə etməməlidir. Yeni hərbi yardımın çatdırılmasına hazırlıq görülür. "Fransa dəfələrlə təsdiqləyib ki, o, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qanuni müdafiəsini təmin etmək üçün lazım olduğu müddətdə Kiyevə dəstək verəcək. Bu öhdəliyi yerinə yetirmək əzmimizə heç kim şübhə etməməlidir", - nazir vurğulayıb. Ketrin Kolonnanın sözlərinə görə, Fransa tərəfindən göstərilən yardım Kiyev tərəfindən formalaşdırılan ehtiyacların ödənilməsinə yönəlib. Söhbət ilk növbədə hava hücumundan müdafiə və artilleriyaya yönəldərək Ukraynaya Rusiyanın təcavüzündən özünü müdafiə etməkdə kömək etməkdən gedir. "Bu dəstək davam edəcək və intensivləşəcək. Ukraynanın ifadə etdiyi təcili ehtiyaclar nəzərə alınmaqla yeni hərbi yardım göndərişləri hazırlanır", - nazir bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!