Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
17-07-2023, 22:26
Ceyhun Bayramov Azərbaycana yeni təyin olunan rus səfirini qəbul etdi


Ceyhun Bayramov Azərbaucana yeni təyin olunan rus səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Yevdokimovu qəbul edib. Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Görüşdə səfir Mixail Yevdokimov etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzulayıb. Səfir Yevdokimov Azərbaycanda fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş zamanı, Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.
Daha sonra, 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq, iki ölkənin öz münasibətlərini, müstəqillik, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə sadiqlik əsasında qurduqları diqqətə çatdırılıb. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin Ermənistan tərəfinin mövqeyinə istinadən şərtləndirilməsinin qeyd olunan çərçivəyə uyğun olmadığı bildirilib.
Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar bölgədə “gərgin humanitar vəziyyət” yarandığı barədə iddiaların reallığı təhrif etdiyi vurğulanıb. Uzun müddət ərzində Rusiyanın da tərəf olduğu üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyət, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınması faktları xatırlanıb. Azərbaycan tərəfinin Laçın sərhəd buraxılış məntəqəsi yaratmasının suveren hüququ olduğu, qanuna zidd fəaliyyətlərin qarşısının alınması, habelə şəffaflığın təmin olunması məqsədi daşıdığı bildirilib. Buna baxmayaraq, Ermənistan tərəfinin məntəqəyə qarşı 15 iyun və iyul ayının əvvəlində təxribatlardan əl çəkmədiyi qeyd olunub. Azərbaycan tərəfi isə yenə də, erməni sakinlərin bu məntəqədən keçidi üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycanın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırılıb.
Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsinə gəldikdə, bu məsələnin Azərbaycanın milli qanunvericilik çərçivəsində həll olunacağı və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsünün mövcudluğu qeyd edilib.
Tərəflər daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələləri müzakirə ediblər.


17-07-2023, 21:43
Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi


Ərdoğan Səudiyyə Ərəbistanına səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Ərdoğan və xanımını daşıyan təyyarə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə enib. Hava limanında onu Səudiyyə Ərəbistanı xarici işlər naziri Faysal bin Ferhan Əl-Səud və digər rəsmilər qarşılayıb.
17-07-2023, 20:05
Prezident Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi


Prezident Fuad Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 17-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Fuat Oktay qəbula görə təşəkkürünü bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.
Ölkələrimiz arasında əlaqələrin çox böyük məmnunluq doğurduğunu vurğulayan Fuat Oktay münasibətlərimizin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyini dedi. O, Şuşa Bəyannaməsi ilə rəsmi olaraq müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinin həmin sənəddən irəli gələn məqsəd və məramlar əsasında daha da inkişaf etdirilməsinin önəmini vurğuladı. Ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın Türkiyənin yanında olmasının önəmini qeyd edən TBMM-in komitə sədri bu dəstəyə görə təşəkkürünü ifadə etdi.
İqtisadi-ticari əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən Fuat Oktay ölkələrimizin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığının genişlənməsi istiqamətində səyləri yüksək qiymətləndirdi.
O, eyni zamanda, Ermənistanda Nemesis terrorçularına abidənin qoyulması ilə əlaqədar Türkiyənin də ciddi narahatlığını bir daha diqqətə çatdırdı.
Fuat Oktay, həmçinin ölkələrimiz arasında enerji, təhsil, hərbi, hərbi-texniki, müdafiə və digər sahələrdə əməkdaşlıq məsələlərini qeyd etdi.
Türkiyədəki seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dövlət səfərinin önəmini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu səfər əsnasında da ikitərəfli əlaqələrin inkişafı ilə bağlı geniş müzakirələrin aparıldığını vurğuladı.
Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın inkişafına toxunan dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda olarkən Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışında iştirakının ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişafının növbəti nümunəsi olduğunu bildirdi. Şuşa Bəyannaməsi ilə müttəfiqlik prinsipi əsasında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, həmçinin bu əməkdaşlığın parlament səviyyəsində daha da inkişaf etdirilməsinin, parlamentlərin xarici əlaqələr komitələrinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyətinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı.
Dövlətimizin başçısı, öz növbəsində, Ermənistandakı Nemesis abidəsinin qoyulmasının qəbuledilməz hal olduğunu bir daha qeyd etdi.
Görüşdə, həmçinin Orta Dəhliz, enerji sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı, son dövrlərdə Türkiyə ilə Azərbaycan arasında Preferensial Ticarət Sazişindən irəli gələrək iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və ticarət dövriyyəsinin 6 milyard dollara çatması müsbət məqamlar kimi qeyd olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
17-07-2023, 18:44
Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb - Zelenski


Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb - Zelenski

Ukrayna taxıl sazişini davam etdirməyə hazırdır, lakin bunun üçün Türkiyə və BMT-dən cavab lazımdır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xarici KİV-ə müsahibəsində bildirib.
“Bizim iki razılaşmamız vardı: Ukrayna, Türkiyə, BMT; digər razılaşma isə Rusiya, Türkiyə, BMT-dir. Ona görə də Rusiya iştirakını dayandırdığını deyəndə, BMT-nin Baş katibi Quterreş və Prezident Ərdoğanla razılaşmalarını pozur, bizimlə yox. Rusiya ilə bizim heç bir razılaşmamız olmayıb”, - deyə Zelenski vurğulayıb.
Sazişlə bağlı BMT və Türkiyəyə Ukraynanın rəsmi mövqeyini çatdırmağı tapşırdığını bildirən Zelenski deyib: “Mən Rusiya Federasiyasının rəsmi mövqeyindən sonra Xarici İşlər Nazirliyimizə tapşırmışam ki, BMT-yə və Türkiyəyə bizim rəsmi mövqeyimizi hazırlasınlar. Ukraynanın taxıl sazişini davam etdirməyə hazır olduğuna dair cavab versinlər”.
Ukrayna Prezidentinin sözlərinə görə, Rusiyanın iştirakı olmadan belə, hər şey edilməlidir ki, Ukrayna Qara dəniz dəhlizindən istifadə edə bilsin.
17-07-2023, 18:01
Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi


Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh edib.
Bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Zelenski bildirib ki, Kiyev taxılın çatdırılması üçün Qara dəniz dəhlizindən istifadənin davam etdirilməsinin tərəfdarıdır.
O, həmçinin qeyd edib ki, Kiyev və Moskva müqavilə bağlamadığı üçün Rusiya BMT və Türkiyə ilə müqavilələrini ləğv edib, Ukrayna ilə yox.
“Rusiya Federasiyası olmadan belə hər şey edilməlidir ki, biz Qara dəniz dəhlizindən istifadə edə bilək. Qorxmuruq. Bizə gəmilərin sahibi olan şirkətlər müraciət etdilər. Onlar hazır olduqlarını söylədilər. Əgər Ukrayna buraxsa, Türkiyə də onları buraxsa, hamı taxıl tədarükünü davam etdirməyə hazırdır”, - deyə sözçü Zelenskidən sitat gətirib.
17-07-2023, 17:50
Şarl Mişel Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya bildirdi


Şarl Mişel Rusiyanın taxıl sazişindən çıxmasına reaksiya bildirdi

Rusiyanın Qara dəniz taxıl təşəbbüsündən çıxması qlobal miqyasda ərzaq təhlükəsizliyini təhdid edir. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib.
O, Rusiyanın taxıl sazişindən çıxmasına təəssüfləndiyini söyləyib.
“Qara Dəniz Taxıl Təşəbbüsü bütün dünyada milyonlarla insana fayda verib. Mən Rusiyanın bugünkü bəyanatından təəssüflənirəm. Bu, ərzaq təhlükəsizliyini və bütün dünyada insanların taxıl və gübrə təchizatına çıxışını təhlükə altına alacaq”, - Şarl Mişel sosial şəbəkə hesabında yazıb.
17-07-2023, 17:45
Özdağdan Kılıçdaroğluyla bağlı etiraf


Özdağdan Kılıçdaroğluyla bağlı etiraf

CHP lideri Kamal Kılıçdaroğlu Türkiyədə may ayında keçirilən prezident seçkilərindən əvvəl millətçi Zəfər Partiyasına 3 nazirlik veriləcəyini vəd edib.
Bu barədə Zəfər Partiyasının sədri Ümit Özdağ T24 nəşrinə açıqlamasında bildirib.
Özdağın sözlərinə görə, bu vəd yazılı razılaşma əsasında verilib.
Partiya sədir bunun gizli razılaşma olduğunu qeyd edib. Özdağ iddia edib ki, partiyası Milli Kəşfiyyat Təşkilatının başçısı vəzifəsinin onlara veriləcəyi barədə şifahi təminat alıb.
Zəfər Partiyasının lideri vurğulayıb ki, Kılıçdaroğlu seçkidə qalib gəlsəydi, o daxili işlər naziri olacaqdı.
Xatırladaq ki, seçkilərin ikinci turunda Zəfər Partiyası Kılıçdaroğlunun prezidentliyə namizədliyini müdafiə edib.
17-07-2023, 17:24
Sabiq prezidentin müavini həbsdə qaldı


Sabiq prezidentin müavini həbsdə qaldı

Ermənistanda Korrupsiyaya qarşı mübarizə üzrə Apellyasiya Məhkəməsi müxalif Respublikaçılar Partiyasının sədri, sabiq prezident Serj Sarkisyanın müavini Armen Aşotyanın həbsdə qalması barədə qərar çıxarıb. Bu barədə onun vəkili Tiqran Atanesyan sosial şəbəkələrdə bildirib.
Onun özlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Qeyd edək ki, Aşotyan təhsil naziri olarkən Tibb Universiteti üçün satınalma zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur. İyunun 16-da o, 2 ay müddətinə həbs edilib.
17-07-2023, 17:09
Gürcüstan və Özbəkistan əməkdaşlığın inkişafına dair plan imzaladı


Gürcüstan və Özbəkistan əməkdaşlığın inkişafına dair plan imzaladı

Gürcüstan və Özbəkistanın baş nazirləri 2023-2024-cü illər üçün ikitərəfli əməkdaşlığın inkişafına dair plan imzalayıblar.
İrakli Qaribaşvili və Abdulla Aripov islahatlar sahəsində gələcək təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.
Tərəflər Gürcüstanın tranzit potensialını və “Orta Dəhliz”in inkişafının və onun beynəlxalq formatda təşviqinin vacibliyini müzakirə ediblər.
Həmçinin geniş tərkibdə keçirilən görüşdə iki ölkənin ticarət və sənaye palataları arasında İşgüzar Şuranın yaradılması haqqında saziş imzalanıb.
17-07-2023, 16:47
Göygöl rayonunda bir nəfər göldə batdı


Göygöl rayonunda bir nəfər göldə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!