Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
5-07-2023, 21:09
Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski


Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski

"Vaqner"in üsyanı zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib. O, qiyamdan sonra Vladimir Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, Kreml vəziyyəti təhlil edib, "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb və onlar hakimiyyətin adekvatlığına ciddi şübhə etməyə başlayıblar.
5-07-2023, 21:09
Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski


Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski

"Vaqner"in üsyanı zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib. O, qiyamdan sonra Vladimir Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, Kreml vəziyyəti təhlil edib, "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb və onlar hakimiyyətin adekvatlığına ciddi şübhə etməyə başlayıblar.
5-07-2023, 21:09
Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski


Üsyan zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib - Zelenski

"Vaqner"in üsyanı zamanı Rusiya əhalisinin yarısı Yevgeni Priqojini dəstəkləyib. Bunu Ukrayna prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib. O, qiyamdan sonra Vladimir Putinin ölkədə hakimiyyətini möhkəmləndirmək üçün hər şeyi edəcəyini bildirib. Zelenskinin sözlərinə görə, Kreml vəziyyəti təhlil edib, "Vaqner" rəhbərini Rusiyanın əhəmiyyətli bir hissəsi dəstəklədiyini görüb və onlar hakimiyyətin adekvatlığına ciddi şübhə etməyə başlayıblar.
5-07-2023, 20:19
XİN Başçısı malayziyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi


XİN Başçısı malayziyalı həmkarıyla bir sıra məsələləri müzakirə etdi

5 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Malayziyanın xarici işlər naziri Zambri Abd Kadir ilə görüşüb. Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, görüşdə Ceyhun Bayramov Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi barədə qarşı tərəfə məlumat verib və hər iki ölkənin təşkilat çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu bildirib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə ediblər. Nazirlər Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də sıx əməkdaşlığın vacibliyini vurğulayıblar. Görüş zamanı iki ölkə arasında qarşılıqlı təmasların genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
5-07-2023, 19:34
Ceyhun Bayramov özbəkistanlı həmkarıyla görüşdü


Ceyhun Bayramov özbəkistanlı həmkarıyla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. Görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib. Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb. Bu gün ölkəmizdə keçirilən bu mötəbər tədbirə dəvətə görə təşəkkür edən Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Görüş zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
5-07-2023, 18:04
Prezident Fələstinin XİN Başçısını qəbul etdi


Prezident Fələstinin XİN Başçısını qəbul etdi

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Malikini qəbul edib. Riad Əl-Maliki Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılması ilə bağlı təşəkkürünü bildirdi. O, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərinin önəmini vurğuladı, bu addımların Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verəcəyinə əminliyini ifadə etdi. Fələstinin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, Azərbaycanın Fələstinə göstərdiyi daimi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Riad Əl-Maliki Azərbaycanı öz torpaqlarını işğaldan azad etməsi münasibətilə təbrik etdi. Azərbaycan Prezidenti Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyeh ilə görüşünü məmnunluqla xatırladı. Dövlətimizin başçısı bu görüş əsnasında Fələstində Azərbaycan tərəfindən məktəbin tikilməsi layihəsi barədə müraciətin olduğunu qeyd edərək, buna müsbət münasibətin bildirildiyini və tezliklə bu layihənin icra olunacağını dedi. Dövlətimizin başçısı Azərbaycanın Fələstində diplomatik nümayəndəliyinin açılmasını müsbət addım kimi dəyərləndirdi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
5-07-2023, 17:02
Azərbaycan İran üçün qardaş ölkə hesab olunur - Abdullahiyan


Azərbaycan İran üçün qardaş ölkə hesab olunur - Abdullahiyan

Azərbaycan İran üçün yaxşı qonşu, qardaş ölkə hesab olunur. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iyulun 5-də Bakıda jurnalistlərə açıqlamasında deyib. O, bu gün Prezident İlham Əliyevlə görüş keçirdiyini xatırladıb: “Prezident İlham Əliyevlə uğurlu danışığımız oldu. Görüşümüz 90 dəqiqə çəkdi. Azərbaycanın milli təhlükəsizliyini İranın və regionun təhlükəsizliyi hesab edirik. Prezident İlham Əliyevlə görüşdə Azərbaycanın Tehrandakı səfirliyində baş verən hadisəni geniş müzakirə etdik. Biz tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz, həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”. "İran və Azərbaycan xalqları regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müştərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”, - İranın XİN başçısı vurğulayıb.
5-07-2023, 16:13
Regionun böyük tranzit potensialına malik olduğuna inanırıq - İran XİN


Regionun böyük tranzit potensialına malik olduğuna inanırıq - İran XİN

Azərbaycan regionda nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsinin tərəfdarıdır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında deyib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün keçirilən görüşdə müzakirə olunub. "Biz regionun böyük tranzit potensialına malik olduğuna inanırıq", - İranın XİN başçısı deyib. Nazir qeyd edib ki, əsas məqsəd bütün dünyada ədaləti və qanunun aliliyini təşviq etmək olmalıdır. İranın terrorla mübarizədə özünü mühüm tərəfdaş kimi sübut etdiyini bildirən XİN rəhbəri regional problemlərin yalnız regional əməkdaşlıq yolu ilə həll oluna biləcəyini vurğulayıb.
5-07-2023, 15:35
ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşdü


ANAMA əməkdaşları Füzulidə yol qəzasına düşdü

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.

5-07-2023, 15:06
Rusiyaya hərbi dəstək göstərən ölkələr İran, Belarus və Şimali Koreyadır


Rusiyaya hərbi dəstək göstərən ölkələr İran, Belarus və Şimali Koreyadır

Rusiya Federasiyasına hərbi dəstək göstərən ölkələr İran, Belarus və Şimali Koreyadır. Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksey Qromov bildirib. Onun sözlərinə görə, postsovet ölkələrinin bəziləri Rusiyaya yardım edir. "İran, Belarus və Şimali Koreya kimi ölkələr Rusiya Federasiyasına yardımda lider olaraq qalırlar. Bundan əlavə, postsovet məkanının bəzi ölkələri müasir silah və hərbi texnikanın istehsalı üçün yüksək texnologiyalı komponentlərin idxalına töhfə verirlər”,- deyə general vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!