Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
11-07-2023, 22:52
Yeni təyin olunmuş Türkiyə spiker Azərbaycana gəldi


Yeni təyin olunmuş Türkiyə spiker Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.
11-07-2023, 22:29
Ermənilərdən növbəti təxribat - Ordumuz cavab atəşi ilə susdurdu


Ermənilərdən növbəti təxribat - Ordumuz cavab atəşi ilə susdurdu

İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
11-07-2023, 21:43
NATO Belarus və İranla bağlı xəbərdarlığını bildirdi


NATO Belarus və İranla bağlı xəbərdarlığını bildirdi

NATO Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək qərarını pisləyib. Bu barədə alyansın çərşənbə axşamı Vilnüsdə keçirilən sammitinin yekunlarına dair bəyannamədə deyilir.
Qeyd olunur ki, NATO ölkələri İranın nüvə silahı yaratmasına icazə verməyəcək və onu beynəlxalq öhdəliklərə əməl etməyə çağıracaq.
11-07-2023, 20:53
Azərbaycana qarşı çıxışlar edən ictimai fəal saxlanıldı


Azərbaycana qarşı çıxışlar edən ictimai fəal saxlanıldı

İran mətbuatında mütəmadi olaraq Azərbaycana qarşı çıxışlar edən ictimai fəal Əliəkbər Rafeipur Səudiyyə Ərəbistanında saxlanılıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. İranın ali rəhbəri Əli Xameneinin qatı tərəfdarı olan Əliəkbər Rafeipurun saxlanılma səbəbi açıqlanmayıb. XİN rəsmisi bildirib ki, o, Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün getsə də, İrana qayıdarkən Ciddə hava limanında saxlanılıb.
Qeyd edək ki, Rafeipur İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə Azərbaycan əleyhinə təbliğat aparıb. O, ermənipərəst mövqeyi ilə seçilib.
11-07-2023, 20:48
Hərbi qulluqçumuzun yaralanmasıyla bağlı cinayət işi açıldı


Hərbi qulluqçumuzun yaralanmasıyla bağlı cinayət işi açıldı

Azərbaycan Ordusunun əsgərinin düşmən atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Abdullayev Hüseyn Arif oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
11-07-2023, 20:15
Paşinyan ABŞ-ın dövlət katibiylə telefon danışığı apardı


Paşinyan ABŞ-ın dövlət katibiylə telefon danışığı apardı

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə Paşinyan "Twitter"də bildirib. "Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik" - Paşinyan qeyd edib.
11-07-2023, 19:34
Təbii resurslarımızın vəhşicəsinə istismarı təbiətimizə böyük zərbə vurub


Təbii resurslarımızın vəhşicəsinə istismarı təbiətimizə böyük zərbə vurub

Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə söyləyib. “Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar”, - deyə dövlətimizin başçısı bildirib. İndi transsərhəd təhlükələrinin mütləq nəzərə alınmalı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Azərbaycanın burada sərgilədiyi mövqenin beynəlxalq təcrübəyə, beynəlxalq konvensiyalara, o cümlədən Espo Konvensiyasına əsaslandığını qeyd edib.
11-07-2023, 19:04
Hərbi qulluqçumuz silahdan açılan atəşdən həyatını itirdi


Hərbi qulluqçumuz silahdan açılan atəşdən həyatını itirdi

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib. Bu barədə DSX-dən bildirilib. Faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
11-07-2023, 18:44
Beynəlxalq təşkilatların qərarlarına bel bağlamaq olmaz


Beynəlxalq təşkilatların qərarlarına bel bağlamaq olmaz

Mənim uzun illər dediyim sözlər bu gün əyani şəkildə özünü büruzə verir. Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Bu barədə Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib. Ölkəmizin həmişə hüququn, o cümlədən beynəlxalq hüququn tərəfdarı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, biz həmişə ədalətin tərəfdarı idik, bu gün də ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq, beynəlxalq müstəvidə bu mövqeyi müdafiə edirik.
11-07-2023, 18:26
İlin sonuna qədər Zabux və Sus kəndlərinə məcburi köçkünlər qayıdacaqlar


İlin sonuna qədər Zabux və Sus kəndlərinə məcburi köçkünlər qayıdacaqlar

Bizim büdcə dürüstləşməsindən sonra iki əsas istiqamətimiz Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi. Birinci istiqamətlə əlaqədar hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Bu fikirləri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasının təmin edildiyini söyləyən dövlətimizin başçısı deyib: “İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!