20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
12-07-2023, 20:18
Aksiya iştirakçısı Quranın əvəzinə NATO nizamnaməsini yandırdı


Aksiya iştirakçısı Quranın əvəzinə NATO nizamnaməsini yandırdı

İsveçin Helsinqborq şəhərində aksiya keçirilib. Aksiyada NATO nizamnaməsi yandırılıb. Çox sayda polis əməkdaşı aksiyanı kənardan izləyib.
Aksiyanın təşkilatçısı 29 yaşlı Lukas Junqkvist adlı şəxs olub. O, əvvəlcə Quranı yandırmaq istəyib, ancaq sonradan üzr istəyib və əvəzində NATO nizamnaməsini yandıracağını bildirib.
12-07-2023, 20:00
Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm - Ərdoğan


Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm - Ərdoğan

Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda müəyyən edilmiş yerlərdə qalacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin sammitindən sonra keçirilən mətbuat konfransında deyib. Ərdoğan bildirib ki, Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək. O, Rusiyanın bu razılaşmaya sadiq qalacağına inandığını vurğulayıb.
“Razılıq bu formadadır və Rusiyanın razılığın şərtlərinə sadiq qalacağına ümid edirəm. Hörmətli qardaşım İlham Əliyev də məsələni yaxından izləyir” – deyə Ərdoğan qeyd edib.
12-07-2023, 19:32
G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcək


G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcək

Böyük yeddilik ölkələri (G7) Ukrayna ilə ikitərəfli təhlükəsizlik öhdəlikləri və sazişlər üzrə danışıqlara başlayır. Bu barədə G7 ölkələrinin NATO-nun Vilnüs sammiti çərçivəsində qəbul etdiyi Ukrayna üçün uzunvədəli təhlükəsizlik təminatının ümumi prinsipləri barədə bəyannamədə deyilir. Sənədə əsasən, G7 Ukraynanı havada, yerdə və dənizdə müasir silahlarla təchiz edəcək. Ukraynaya silah tədarükündə prioritet hava hücumundan müdafiə sistemlərinə, artilleriyaya, uzaqvuran silahlara və hərbi aviasiyaya veriləcək, habelə, ukraynalı hərbçilərin təlimi həyata keçiriləcək. Böyük yeddilik, həmçinin Rusiya ilə yeni müharibə halında təhlükəsizlik üzrə genişləndirilmiş sazişlər paketi üzərində işləyəcək. Bundan başqa, Kiyevə təzminat ödənilməsi üçün mexanizmin yaradılmasını zəruri hesab edən G7 ölkələri Rusiyaya məxsus aktivlərin Ukraynaya dəyən zərər ödənilənə qədər dondurulduğunu təsdiqləyib. G7 digər ölkələri də istənilən vaxt Ukraynanın uzunvədəli təhlükəsizlik zəmanəti bəyannaməsinə qoşulmağa dəvət edib.
12-07-2023, 19:17
Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu


Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, iyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
12-07-2023, 19:05
Taxıl sazişinin uzadılması istiqamətində danışıqlar davam edir - Ərdoğan


Taxıl sazişinin uzadılması istiqamətində danışıqlar davam edir - Ərdoğan

Ukraynadan taxılın daşınması üçün nəzərdə tutulan sazişin müddətinin yenidən uzadılması üçün danışıqlar davam edir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitinin yekunlarını dəyərləndirərkən deyib.
Ərdoğan bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski sazişin uzadılmasına tərəfdardır. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin də sazişlə bağlı təklifləri var. Ərdoğan bu kimi məsələlərin üzərində çalışacaqlarını vurğulayıb.
12-07-2023, 17:43
Hər zaman Ermənistanın yanındayıq və səylərimizi əsirgəməyəcəyik - Fransa spikeri


Hər zaman Ermənistanın yanındayıq və səylərimizi əsirgəməyəcəyik - Fransa spikeri

Ermənistan parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransa Respublikası Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşüb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, həmkarlar Ermənistan-Fransa parlamentlərarası əməkdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə ediblər. "Biz həmişə Ermənistanın yanındayıq. Bundan sonra da səylərimizi əsirgəməyəcəyik", - Fransa Milli Assambleyasının sədri deyib.
"Ermənistan Fransa prezidenti Emmanuel Makronun ardıcıl vasitəçilik səylərini, həmçinin parlamentarilərin dəstəyini və Ermənistanla daimi təmaslarını yüksək qiymətləndirir", - Alen Simonyan qeyd edib. Aİ-nin Ermənistandakı müşahidə missiyasına köməklik göstərilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.



12-07-2023, 17:36
Sahibə Qafarova türkiyəli həmkarıyla danışıqlar apardı


Sahibə Qafarova türkiyəli həmkarıyla danışıqlar apardı

İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə, iki qardaş ölkənin parlament sədrləri arasında təkbətək görüş olub. Sonra TBMM-in sədri Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Parlamentdən verilən məlumata görə, Spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da sevinclə qarşılandığını qeyd edib.
Milli Məclisin sədri bildirib ki, bu seçkilərdə Milli Məclisin deputatları da müşahidəçi qismində təmsil olunublar.
Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu.
Milli Məclisin sədri dövlətlərimizin və xalqlarımızın xoş gündə də, çətin gündə də bir-birinin yanında olduğunu qeyd edərək, Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyəyə öz qardaş dəstəyini göstərməklə bunu bir daha sübut etdiyini diqqətə çatdırıb.
2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini xatırladan Milli Məclisin sədri, həmin vaxt Türkiyədə seçki dövrü olmasına baxmayaraq, parlamentin may ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclasında Türkiyə nümayəndə heyətinin iştirak etməsini yüksək dəyərləndirib.
Spiker deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Parlamentlərimizin komitələri, dostluq qrupları arasında da sıx əlaqələr mövcuddur. İnanırıq ki, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərimizin inkişafına öz töhfəsini verəcəkdir. Bu saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib. O, Ermənistanın mövcud reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü dəyərləndirəcəyinə inamını ifadə edib. Azərbaycana TBMM sədri kimi ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin və xalqının mühüm bir tarixi dövr yaşadığını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfərdir və Cənubi Qafqaz regionunda bu ölkənin gücünün göstəricisidir. Numan Kurtulmuş qeyd edib ki, bu gün Türkiyə də mühüm hədəflərə doğru irəliləməkdədir və 100 ildə böyük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyini yüksək qiymətləndirib. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyətləri xatirə şəkli çəkdiriblər.





12-07-2023, 17:29
Zəvvarları daşıyan avtobus qəzaya uğradı - 2 ölü, 30 yaralı var


Zəvvarları daşıyan avtobus qəzaya uğradı - 2 ölü, 30 yaralı var

İraqda zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. İranlı zəvvarları daşıyan avtobus Samərra yolunda yanacaq daşıyan yük maşını ilə toqquşub. Hadisə nəticəsində azı 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib.
12-07-2023, 17:17
Ərdoğan Aİ Komissiyasının rəhbəriylə görüş keçirdi


Ərdoğan Aİ Komissiyasının rəhbəriylə görüş keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula von der Leyen ilə görüş keçirib. Bu barədə "TRT Haber" məlumat yayıb. Görüş Litvanın paytaxtı Vilnüs şəhərində keçirilən NATO sammiti çərçivəsində baş tutub. Tərəflər ikitərəfli gündəlikdəki mövzuları müzakirə ediblər.
12-07-2023, 16:01
Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur - Blinken


Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur - Blinken

"Mən dünən Ermənistanın baş naziri Nikol Paşinyanla danışdım". Bunu ABŞ dövlət katibi Antoni Blinken twitter səhifəsində yazıb. "Azərbaycanla sülhün təmin edilməsi istiqamətində davam edən səylərə güclü dəstəyimi bir daha bəyan etdim. Birbaşa dialoq və diplomatiya Cənubi Qafqazda davamlı sülhə aparan yeganə yoldur və mən buna kömək etməyə sadiqəm", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!