Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
15-07-2023, 23:33
XİN-dən Rusiya bəyanatına etiraz


XİN-dən Rusiya bəyanatına etiraz

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatı anlaşılmazlıq və məyusluq doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir.
Xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə də sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir və bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hal-hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.
Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib.
Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib və Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.
Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.
Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə də Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, 15 iyun tarixində məntəqəni atəşə tutub və iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə də şərait yaradıb və Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib.
Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri və bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir.
Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.
Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur.
Azərbaycan bölgədə sülh və əmin-amanlığın təmin edilməsində maraqlıdır və bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək", - bəyanatda bildirilir.
15-07-2023, 20:29
Daha bir görüş keçiriləcək - Şarl Mişel


Daha bir görüş keçiriləcək - Şarl Mişel

Azərbaycan və Ermənistan liderləri Brüsseldə daha bir görüş keçirilməsi barədə razılığa gəlib. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
O qeyd edib ki, görüş yaydan sonra keçiriləcək. Mişel bildirib ki, tərəflər oktyabrda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İspaniyanın Qranada şəhərində keçiriləcək görüşə paralel olaraq yaydan sonra Brüsseldə növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
Liderlər arasında, həmçinin sülh sazişinin əldə edilməsi üçün danışıqların intensivləşdirilməsi, habelə sərhədlərin delimitasiyası və nəqliyyat dəhlizlərinin açılması üzrə işlərin aparılması barədə razılıq əldə olunub.
15-07-2023, 20:16
İsrailin Baş naziri xəstəxanaya yerləşdirildi


İsrailin Baş naziri xəstəxanaya yerləşdirildi

İsrailin baş naziri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib. O, evdə özünü pis hiss edib və daha sonra huşunu itirib.
73 yaşlı siyasətçi Tel-Əvivdəki Şeba Tibb Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirilib.
Netanyahunun vəziyyətinin qənaətbəxş olduğu və tibbi müayinədən keçdiyi bildirilir.
15-07-2023, 19:39
Üçtərəfli görüşün detalları açıqlandı


Üçtərəfli görüşün detalları açıqlandı

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə olunan məsələlər məlum olub.
Üçtərəfli görüşdə sərhədlərin delimitasiyası, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər hissələri ilə nəqliyyat əlaqəsinin yaradılması, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərk-silah edilməsi, Laçın yolunda qaçaqmalçılıq məsələləri müzakirə olunub. Eyni zamanda, humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perspektivi müzakirə edilib.
Həmçinin Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan Konstitusiyası və suverenliyi çərçivəsində yaşaması müzakirə mövzusu olub.
Eyni zamanda, Qərbi Azərbaycan icması və onların qayıdışı məsələsi müzakirə olunub.
15-07-2023, 15:13
Brüsseldə üçtərəfli görüş başladı


Brüsseldə üçtərəfli görüş başladı

İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


15-07-2023, 14:55
Komandamız slovakiyalı rəqiblərinə uduzdu


Komandamız slovakiyalı rəqiblərinə uduzdu

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Yığma 17 və 20-ci yerlər uğrunda qarşılaşmada Slovakiya seçməsi ilə üz-üzə gəlib.
Görüş Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 47:61
Qeyd edək ki, milli daha əvvəl B Divizionunun C qrupunda Ukrayna, İsveç, Kosovo, Gürcüstana, həmçinin, 17 və 20-ci yerlər uğrunda görüşdə Lüksemburqa uduzub.
15-07-2023, 14:14
XİN 15 iyulla bağlı paylaşım etdi


XİN 15 iyulla bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə 15 İyul çevriliş cəhdinin 7-ci ildönümü ilə bağlı paylaşım edib. Azərbaycan XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü ilə bağlı "Twitter"də paylaşım edib.
"Qardaş Türkiyənin 15 İyul - Demokratiya və Milli Birlik Günündə dövlət çevrilişinə cəhd edilən həmin qaranlıq gecəni Türkiyə dövlətçilik tarixinin qəhrəmanlıq dastanına çevirən Şəhidlərimizin xatirəsini hörmətlə yad edirik.
Demokratiya və Milli Birlik Günün qutlu olsun, can Türkiyə", - paylaşımda qeyd olunub.
15-07-2023, 13:40
Ronaldo gəlirinə görə “Ginnesin rekordlar kitabı”na düşdü


Ronaldo gəlirinə görə “Ginnesin rekordlar kitabı”na düşdü

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2023-cü ildə ən çox gəlir əldə edən idmançı kimi “Ginnesin rekordlar kitabı”na düşüb. 2017-ci ildən bəri ilk dəfə (ümumilikdə isə üçüncü dəfə) Ronaldo dünyanın ən çox qazanan idmançıları siyahısına başçılıq edir.
Məlumata görə, idmançının il ərzində rekord gəliri 136 milyon dollar təşkil edib. Bunun 46 milyon dolları futboldan, 90 milyonu isə reklam müqavilələrindən əldə olunub.
Qeyd edək ki, siyahıda ikinci yerdə illik gəliri 130 milyon dollar olan argentinalı Lionel Messi qərarlaşıb. İlk üçlüyü fransalı Kilian Mbappe qapayıb.
15-07-2023, 13:25
FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik - Hakan Fidan


FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik - Hakan Fidan

Dünyanı FETÖ-yə dar etməyə davam edəcəyik. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İndoneziyanın XİN başçısı Retno Marsudi ilə birgə mətbuat konfransında deyib.
“Bütün qurumlarımızla koordinasiyalı şəkildə FETÖ-yə qarşı dünyanı daraltmağa davam edəcəyik. FETÖ ilə mübarizəni milli təhlükəsizliyimizin ən mühüm məsələlərindən biri kimi görürdük. Onlar Türkiyə düşmənlərinə xidmət edən çirkin siyasi məqsədləri üçün xalqımızın tarixindən doğan bütün müqəddəs dəyərlərdən amansızcasına sui-istifadə etdilər. Onların əsl üzünü görənlərə qarşı hər cür sui-qəsdlər qururlar. 7 fevral MİT yük maşınları və 17-25 dekabr əməliyyatları ilə prezidentimizi və dövlətimizi ram etməyə çalışdılar. Nəhayət, iyulun 15-də onlar son addımlarını atdılar", - deyə nazir qeyd edib.
15-07-2023, 13:08
Türkiyə 15 iyulda həlak olanların xatirəsini yad edir


Türkiyə 15 iyulda həlak olanların xatirəsini yad edir

Türkiyə xalqı 15 iyul dövlət çevrilişi cəhdinə qarşı mübarizədə həlak olanları xatirəsini ehtiramla yad edir. “Demokratiya və Milli Birlik Günü” münasibətilə 15 İyul Şəhidlər Körpüsünə Türkiyənin dövlət bayrağı sancılıb, həmçinin körpü üzərinə “7 il əvvəl bu gün 34 can vətən naminə şəhid oldu” və “Vətən və millət eşqinə” sözləri yazılmış nəhəng plakatlar asılıb.
Bu körpü İstanbulda çevriliş cəhdinə qarşı müqavimətin rəmzlərindən biridir. Yeddi il əvvəl burada 34 nəfər şəhid olub. 15 İyul Şəhidlər Körpüsü hələ də çevriliş cəhdinin izlərini daşıyır. Asiya ilə Avropanı birləşdirən körpü istifadəyə verildiyi 1973-cü ildə “Boğaziçi” adlanırdı, 43 ildən sonra ona 15 İyul Şəhidlər Körpüsü adı verilib.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən 252 mülki şəxs və əsgər şəhid olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!