Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
6-07-2023, 19:28
İsveç heç bir halda NATO-ya üzv ola bilməyəcək - Stoltenberq


İsveç heç bir halda NATO-ya üzv ola bilməyəcək - Stoltenberq

İsveç NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitində heç bir halda alyansa üzv ola bilməyəcək, hətta Türkiyənin razılığı olsa belə, həmin vaxta qədər ərizənin ratifikasiyası mümkün deyil. Bunu Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib. "Mümkün olan və sammitdə əldə etmək istədiyimiz müsbət qərar Türkiyənin ratifikasiyaya razılığını almaqdır. Amma hələ görüləcək işlər var. Ratifikasiya bazar ertəsinə qədər baş tutmayacaq, amma biz siyasi həllə nail ola bilərik”, - Stoltenberq Vilnüs sammitində İsveçin NATO-ya üzv olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb. Alyansın baş katibi bildirib ki, o, fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işi davam etdirmək üçün iyulun 10-da Vilnüsdə Türkiyə və İsveç liderləri ilə görüşəcək.
6-07-2023, 17:52
Ərdoğan və Zelenskinin görüşəcəyi məkan bəlli oldu


Ərdoğan və Zelenskinin görüşəcəyi məkan bəlli oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında danışıqların keçiriləcəyi məkan məlum olub. Bu barədə Türkiyə Prezident Administrasiyasındakı mənbə məlumat verib. Belə ki, liderlərin görüşü İstanbulun Üsküdar rayonunda yerləşən Vahdettin malikanəsində keçiriləcək.
Qeyd edək ki, görüş 7 iyulda baş tutacaq.
6-07-2023, 17:25
Britaniya İrana yeni sanksiyalar tətbiq etdi


Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İrana qarşı yeni sanksiyalar tətbiq edib. Budəfəki sanksiya siyahısında 13 ad var. Siyahıda həm fiziki, həm də hüquqi şəxslər yer alıb.
Qeyd edək ki, Britaniya bundan əvvəl də İrana qarşı sanksiyalar paketləri elan edib.
6-07-2023, 16:54
Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum oldu


Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstana səfərinin səbəbləri məlum olub. «Strana» nəşri Prezident Ofisindəki mənbələrinə istinadən bu səbəbləri açıqlayıb. Bildirilib ki, əsas məsələ hərbi müdafiə sahəsində dəstəkdir. Bolqarıstanda sovet mərmiləri və silahları var, bunların arasında həqiqətən Ukraynanın ehtiyacı olan şeylər də mövcuddur. Bundan başqa, Zelenskinin Bolqarıstanda Ukraynanın Avroatlantik inteqrasiyası, NATO sammiti, təhlükəsizlik təminatları və sülh formulunun həyata keçirilməsi ilə bağlı danışıqlar aparması məlumdur.
Qeyd edək ki, o, artıq Bolqarıstanın baş naziri Nikolay Denkovla görüşüb və təhlükəsizlik məsələləri, dəstək və əməkdaşlıq, eləcə də enerji məsələlərini müzakirə edib.
6-07-2023, 16:26
Futbol klublarının yeni reytinq cədvəli açıqlandı - “Qarabağ” irəlilədi, “Neftçi”..


Futbol klublarının yeni reytinq cədvəli açıqlandı - “Qarabağ” irəlilədi, “Neftçi”..

Avropanın futbol klublarının yeni reytinq cədvəli açıqlanıb. Siyahıda 415 klub yer alıb. Reytinq cədvəlində Azərbaycanın 4 klubu qərarlaşıb. Yalnız “Qarabağ” klubu “Top-100”də yer alıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cü pillədə qərarlaşıb. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə yeddi pillə irəliləyiblər. Hesabında 37 xal olan “Neftçi” 10 pillə geriləyib. Belə ki, Bakı təmsilçisi 228-cidir. Bundan əlavə, Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada yer alıb. “Qəbələ” isə 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib. Qeyd edək ki, siyahıya 2147 xala malik olan “Real” başçılıq edir.
6-07-2023, 16:10
Avtomobillərin parklanması üçün ödəniş qaydadı dəyişdi


Avtomobillərin parklanması üçün ödəniş qaydadı dəyişdi

Azərbaycanda avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, bunun üçün xüsusi mobil tətbiq də istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək. İyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təsdiq edilib.
6-07-2023, 16:01
Albaniya Prezidenti Azərbaycana gəldi


Albaniya Prezidenti Azərbaycana gəldi

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Bayram Beqayı və xanımı Armanda Beqayı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
6-07-2023, 15:48
Gürcü səfir Ukraynanı tərk etdi


Gürcü səfir Ukraynanı tərk etdi

Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili Kiyevi tərk edib. O, ölkəsinə qayıdıb.
Qeyd edək ki, eks-prezident Mixail Saakaşvili ilə bağlı Ukrayna və Gürcüstan arasında diplomatik qalmaqal yaşandıqdan sonra dövlət başçısı Volodimir Zelenski səfirə 48 saat ərzində ölkəni tərk etməyi tövsiyə etmişdi.
6-07-2023, 15:25
Priqojinin evində və şəxsi ofisində axtarış aparıldı


Priqojinin evində və şəxsi ofisində axtarış aparıldı

"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojinin evində və şəxsi ofisində axtarış aparılıb. Axtarış zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılıb. Rəsmi açıqlama verilməsə də, onun evində silah, pul bağlamaları və digər vasitələr axşar olunaraq götürülüb.

6-07-2023, 14:23
Fransa Qarabağın nizamlanmasına müsbət töhfə verə bilməz - Zaxarova


Fransa Qarabağın nizamlanmasına müsbət töhfə verə bilməz - Zaxarova

Paris Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Moskvada uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur. "Ermənistana şübhəli avropalı müşahidəçilər missiyasının göndərilməsi ilə ATƏT-in Minsk Qrupunun dağılmasında Parisin də rolu olub. Bu nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır", - XİN rəsmisi bildirib. O, Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlamalarını “pafos” adlandırıb və qeyd edib ki, Parisdə konkret nəticə yoxdur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!