Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
4-07-2023, 22:50
“Qarabağ” klubu Avstriyada qələbə qazandı


“Qarabağ” klubu Avstriyada qələbə qazandı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu son yoxlama matçını keçirib. Çempion Bolqarıstan təmsilçisi SSKA-ya qalib gəlib. Oyunda qapılara bir qol vurulub. Birinci hisssənin sonlarında Cica fərqlənib. Ağdam klubu bundan əvvəl iki yoldaşlıq oyununda qüvvəsini sınamışdı. “Legiya” ilə 2:2 oynayan “Qarabağ”, “Ferentsvaroş”a 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Avstriya toplanışını başa vuran “Qarabağ” İspaniyaya yola düşəcək. Komanda Marbelya bölgəsində 4 günlük hazırlıq keçəcək.
4-07-2023, 20:19
Naxçıvanda antik dövrə aid qəbir abidəsi aşkarlandı


Naxçıvanda antik dövrə aid qəbir abidəsi aşkarlandı

Naxçıvanda Tumbultəpə yaşayış yerində arxeoloji
qazıntı aparılır. AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Tumbultəpə qədim yaşayış yerində tədqiqatlara başlayıb. Aparılan araşdırmalar nəticəsində burada antik dövrə aid qəbir abidəsi və keramika nümunələri aşkar olunub. Arxeoloji ekspedisiyanın rəhbəri professor Vəli Baxşəliyev bildirib ki, bu yaşayış yeri ilk dəfə 2017-ci ildə aparılan arxeoloji kəşfiyyat işləri zamanı qeydə alınıb və burada enolit dövrünə aid keramika nümunələri üzə çıxarılıb: "Hazırda aparılan araşdırmalar göstərir ki, Tumbultəpə yaşayış yeri çoxtəbəqəli abidədir. Ola bilsin ki, burada eneolit və neolit dövrlərinə aid maddi mədəniyyət nümunələri də aşkar olunsun".
Qeyd edək ki, hələlik təpənin yalnız üst qismi qazılıb və bu qədim yaşayış yerində genişmiqyaslı tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
4-07-2023, 19:35
Moldova Saakaşvilinin vəziyyətindən narahatdır - Maya Sandu


Moldova Saakaşvilinin vəziyyətindən narahatdır - Maya Sandu

Moldova Gürcüstanın sabiq lideri Mixail Saakaşvili ətrafında yaranmış vəziyyətdən narahatdır. Bunu Moldova Prezidenti Maya Sandu "Twitter" səhifəsində yazıb. O qeyd edib ki, Saakaşvilinin həbsdə olduğu müddətdə səhhətinin ciddi şəkildə pisləşdiyini göstərən görüntülər narahatedicidir. "Mən Gürcüstan hakimiyyətini onun sağlamlığına diqqət yetirməyə və ona təcili olaraq xaricdə tibbi müalicə imkanı təmin etməyə çağırıram", - prezident vurğulayıb.
4-07-2023, 19:13
Türkiyədəki səfirimiz milli müdafiə naziri ilə görüşdü


Türkiyədəki səfirimiz milli müdafiə naziri ilə görüşdü

Azərbaycanla Türkiyə arasında müdafiə sahəsindəki güclü əməkdaşlığın inkişaf edəcəyinə əminik. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin səfir Rəşad Məmmədovun Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşünə dair məlumatında bildirilib. Qeyd edilib ki, səfir Rəşad Məmmədov Yaşar Güləri müdafiə naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edib.
4-07-2023, 18:38
Stoltenberq Ukrayna Prezidentiylə telefon danışığı apardı


Stoltenberq Ukrayna Prezidentiylə telefon danışığı apardı

NATO Baş katibi Yens Stoltenberq Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Stoltenberq "Twitter"də yazıb. Bildirilir ki, telefon danışığı zamanı Ukraynadakı son hadisələr və NATO Sammitinə hazırlıqlar müzakirə olunub. "Vilnüsdə müttəfiqlər uzunmüddətli dəstəyi artırmaq, siyasi əlaqələrimizi təkmilləşdirmək və Ukraynanı NATO-ya daha yaxınlaşdırmaq üçün qərarlar qəbul edəcəklər", - Stoltenberq vurğulayıb.
4-07-2023, 17:47
Tanınmış jurnalisti döyərək barmaqlarını sındırdılar


Tanınmış jurnalisti döyərək barmaqlarını sındırdılar

Tanınmış tədqiqatçı-jurnalist Yelena Milaşina Çeçenistanda maskalı şəxslər tərəfindən vəhşicəsinə döyülüb və barmaqları sındırılıb. Milaşina vəkil Aleksandr Nemovla birlikdə məhkəməyə yollandığı vaxt hücumə məruz qalıb. Vəkilin də döyüldüyü deyilir. Yelena Milaşina 2022-ci ilin fevralında Kadırov onu terrorçu adlandırdıqdan və "həmişə terrorçuları və onların müttəfiqlərini məhv etdiklərini" dedikdən sonra Rusiyadan qaçmışdı. O, 2020-ci ildə digər vəkil Marina Dubrovina ilə birlikdə hücuma məruz qalmışdı.
4-07-2023, 17:47
Tanınmış jurnalisti döyərək barmaqlarını sındırdılar


Tanınmış jurnalisti döyərək barmaqlarını sındırdılar

Tanınmış tədqiqatçı-jurnalist Yelena Milaşina Çeçenistanda maskalı şəxslər tərəfindən vəhşicəsinə döyülüb və barmaqları sındırılıb. Milaşina vəkil Aleksandr Nemovla birlikdə məhkəməyə yollandığı vaxt hücumə məruz qalıb. Vəkilin də döyüldüyü deyilir. Yelena Milaşina 2022-ci ilin fevralında Kadırov onu terrorçu adlandırdıqdan və "həmişə terrorçuları və onların müttəfiqlərini məhv etdiklərini" dedikdən sonra Rusiyadan qaçmışdı. O, 2020-ci ildə digər vəkil Marina Dubrovina ilə birlikdə hücuma məruz qalmışdı.
4-07-2023, 17:20
Türkiyənin XİN Başçısı Bakıya gəlir


Türkiyənin XİN Başçısı Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində o, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına qatılacaq, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.
4-07-2023, 16:45
Fransada etirazçılar mindən çox mağazaya hücum etdi


Fransada etirazçılar mindən çox mağazaya hücum etdi

Fransada etiraz aksiyasının iştirakçıları iyunun 27-dən bəri mindən çox mağazanı, 200 ticarət mərkəzini yandırıb və qarət edib. Bu barədə ölkənin iqtisadiyyat maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Brüno Le Mer deyib. Onun sözlərinə görə, iğtişaşlar zamanı 250 bank ofisi, 450 tütün dükanı, 200 ticarət mərkəzi və mindən çox mağaza hücuma məruz qalıb. Nazir zərər çəkən sahibkarların bir müddət vergi və sosial ödəmələrdən azad ediləcəyini bildirib. Eyni zamanda qeyd olunub ki, hakimiyyət orqanları iğtişaşların ziyan vurduğu biznesə sığorta kompaniyaları ilə bağlı məsələlərin həllində kömək göstərəcək.
Xatırladaq ki, Nanter şəhərində Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən güllələnməsindən sonra ölkəni iğtişaşlarla müşayiət olunan etiraz dalğası bürüyüb. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək 737 polis əməkdaşı xəsarət alıb, iğtişaşlarda iştirak edən 3,5 min nəfər saxlanılıb.
4-07-2023, 16:31
Türkiyə Prezidenti İordaniyanın XİN Başçısını qəbul etdi


Türkiyə Prezidenti İordaniyanın XİN Başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniyanın Baş nazir müavini, XİN başçısı və diaspor naziri Ayman Safadini qəbul edib. Mətbuata qapalı keçirilən görüş Prezident İqamətgahında baş tutub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib. Safadi bundan əvvəl XİN-in binasında Fidanla görüş keçirib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!