Türkiyənin XİN Başçısı Bakıya gəlirTürkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində o, Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin toplantısına qatılacaq, həmçinin bir sıra ikitərəfli görüşlər keçirəcək.