Sakinlər yolsuzluqdan şikayətlənir .....                        Türkiyə ABŞ-yə yeni səfir təyin etdi .....                        Makron Ermənistanla əməkdaşlığı inkişaf etdirəcəklərini bildirdi .....                        Naxçıvanda “Gənclər Fondu” publik hüquqi şəxsi ləğv olundu .....                        Sahibə Qafarova Bəhreyn Kralləğənın sədri ilə görüşdü .....                        Sahibə Qafarova Tailand Milli Assambleyasının prezidentiylə danışıqlar apardı .....                        Türkiyə Böyük Millət Məclisinin sədri Bakıya gəldi .....                        Xalq yazıçısı vəfat etdi .....                        “Azərsilah” Müdafiə Sənayesi Holdinqi”nin nizamnaməsi təsdiqləndi .....                       
2-07-2023, 23:41
İsveçdə Quranı yandıran iraqlı mühacirin İranla əlaqələri üzə çıxdı


İsveçdə Quranı yandıran iraqlı mühacirin İranla əlaqələri üzə çıxdı

İsveçdə müqəddəs Quranı yandıran iraqlı mühacir Salvan Momikanın İranla əlaqələri üzə çıxıb. Bu barədə "Rusen" nəşri məlumat yayıb. Bildirilir ki, o, İraqda İrana bağlı briqadaların üzvü olub. Daha sonradan İsveçə köçüb. Qeyd olunur ki, aksiya İsveçin NATO-ya üzvlüyünün qarşısını almaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində yerləşən Medborjarplatsen meydanındakı məscidinin yaxınlığında 37 yaşlı Salvan Momika adlı iraqlı mühacir aksiya keçirib. O, kitabın səhifələrini qoparıb, onlarla ayaqqabılarını silib və daha sonra Quranı yandırıb. İsveç hakimiyyəti bu cür hərəkətlərin qanuni olduğu bildirib, ancaq aksiyanın yersiz olduğunu vurğulayıb. Aksiyadan dərhal sonra Salvan Momikaya qarşı dini ədavətin qızışdırılması və yanğın qadağasının pozulması ilə bağlı protokol tərtib edilib.
2-07-2023, 23:04
MÜDRİKLİK SİMVOLU


MÜDRİKLİK SİMVOLU

Təşəkkür edirəm ki, cərrahımız belə yaxşı əməliyyat aparıbdır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin partiyanın siyahısı ilə Milli Məclisə deputat seçilib. Biz fəxr etməliyik ki, Milli Məclisdə bu cür mütəxəssislər, ziyalı adamlar var.
Heydər ƏLİYEV

(19 yanvar 1997-ci il. Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında müalicə olunan Xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşdən)
Tibb elmləri doktoru, akademik, Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, "Şöhrət" və "Şərəf" ordenli, I və II çağırış Milli Məclisin deputatı Prezidentin fərdi təqaüdçüsü, Türk Ağsaqqallar İctimai Birliyinin sədri Sudeyf Bəşir oğlu İmamverdiyevin 85 yaşı tamam olur. Tanrının verdiyi ömür payını hamı mənalı, müdrik yaşaya bilmir. Və bu ömürdə bir neçə insan ömrünü yaşamaq da hər kəsə nəsib olmur. Alim, cərrah, pedaqoq, ictimai-siyasi xadim, ən başlıcası, yurdsevər vətəndaş olan akademik Sudeyf İmamverdiyev bunları bir ömrə sığışdıran şəxsiyyətlərdəndir. Təkcə Azərbaycan urologiyasında deyil, dünya urologiyasında da bir çox ilklər məhz Sudeyf müəllimə məxsusdur. Gəlin, tanış olaq.
Sudeyf Bəşir oğlu İmamverdiyev 1938-ci il iyul ayının 2-də Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Astarada 1 saylı orta məktəbin rus bölməsini bitirib, 1956-cı ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinin Azərbaycan bölməsinə daxil olmuşdur.
Tələbəliyin ilk illərindən başlayaraq cərrahiyyə elminə xüsusi maraq göstərmişdir. İnstitutun V kursunda oxuyarkən hospital cərrahiyyə kafedrasının müdiri, əməkdar elm xadimi, professor B.M.Mahmudbəyov və dosent M.F.Muradovun rəhbərliyi altında «Nefrektomiyadan sonra qalan yeganə böyrəyin funksiyası» adlı ilk elmi iş üzərində işləmişdir. Həmin iş 1962-ci ildə Bakı şəhərinin ali məktəblərinin tələbə elmi işləri arasında birinci yeri tutaraq, fəxri fərmana layiq görülmüşdür. Bu onun urologiya sahəsində ilk elmi işi idi.
İnstitutu bitirdikdən sonra 1962-63-cü illərdə hərbi xidmətdə leytenant rütbəsində cərrah-həkim kimi fəaliyyət göstərmişdir. 1963-cü ildə hərbi xidməti başa vuraraq Bakıya qayıtmış və o zaman Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasına rəhbərlik edən professor M.M.Cavadzadənin məsləhəti ilə M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının urologiya şöbəsində uroloq vəzifəsinə qəbul olunmuşdur.

Bununla o, fəal elmi həyata qədəm qoymuş və 1964-cü ildə Azərbaycanda ilk dəfə olaraq, rentgen müayinə üsulu olan limfoqrafiyanı tətbiq etmişdir. Bu müayinəni aparmaq üçün o, həmçinin iki növ (forma) mexaniki inyektor da təklif etmişdir.
Bu illərdə onun apardığı elmi axtarışlar səmərəsiz qalmamışdır. Bu tədqiqatların nəticəsi olaraq 1965-ci ildə o, prof. Cavadzadə ilə birlikdə «Sidiklik xərçənginin metastazlarının diaqnostikasında limfoqrafıya və çanaq fleboqrafıyasının əhəmiyyəti» adlı geniş həcmli elmi məqalə çap etdirmişdir.
Elmi-pedaqoji işə olan yüksək marağı nəzərə alınaraq, 1965-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun urologiya kafedrasına assistent vəzifəsinə seçilmişdir.

1968-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi almaq üçün Bakıda «Sidikliyin, prostat vəzinin və xarici cinsiyyət üzvlərinin şişlərində limfoqrafiya və sümükdaxili çanaq fleboqrafiyası» mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edir. Bu iş sidik-cinsiyyət üzvlərinin bəd xassəli şişlərinin yayılma dərəcəsini müəyyən etmək üçün çox böyük praktiki əhəmiyyətə malikdir.
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra da gənc alim öz axtarışlarını dayandırmır. 1968-ci ildən başlayaraq, böyrək arteriyasının daralması və tutulması nəticəsində əmələ gəlmiş vazorenal hipertoniyanın cərrahi müalicəsi problemi ilə məşğul olur. Seldinqer üsulu ilə aortoqrafiya müayinəsini geniş tətbiq edir. Bu müayinənin Azərbaycanda ilk dəfə olaraq, 1970-ci ildə vazorenal hipertoniya zamanı böyrək arteriyasında rekonstruktiv (bərpaedici) əməliyyatların həyata keçirilməsində mühüm rolu olur.
Bununla bərabər, böyrəküstü vəzilərin xəstəlikləri mənşəli hipertoniyanın, eləcə də digər xəstəliklərin diaqnostikası məqsədilə, pnevmoretroperitoneum, venokavaqrafıya və çanaq arterioqrafiyası kimi rentgen diaqnostik üsulları geniş tətbiq edir.
1971-ci ilin iyun ayında S.B.İmamverdiyev Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahi xəstəliklər kafedrasına assistent vəzifəsinə keçir və tanınmış cərrah-alim professor Mehdi Mehdiyevin rəhbərliyi altında öz elmi işlərini davam etdirir. O, M.M.Mehdiyevin dəstəyilə 1972-ci ilin sentyabrında doktorluq dissertasiyası üzərində elmi axtarışlarını davam etdirmək üçün Moskvaya Ümumittifaq Cərrahiyyə Mərkəzinə ezam olunur. 1972-1974-cü illərdə akademik B.V.Petrovskinin rəhbərlik etdiyi bu nəhəng mərkəzdə elmi axtarışlarını davam etdirir. 1974-cü ilin dekabrın 24-də akademik B.V.Petrovskinin və görkəmli damar cərrahı, Dövlət mükafatı laureatı, professor M.D.Knyazyevin elmi rəhbərliyi altında Moskvada «Hər iki böyrək arteriyasının daralması nəticəsində baş verən vazorenal hipertoniyanın cərrahi müalicəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 36 yaşında tibb elmləri doktoru elmi dərəcəsini alır.

S.İmamverdiyevin dissertasiyası cərrahi urologiya sahəsində ən böyük sensasiya doğurur. Dissertasiya işində hər iki böyrək arteriyalarının xəstəliyində əmələ gələn vazorenal hipertoniyanın klassifıkasiyası, patogenezi, müalicə üsulları verilir. Bütün bunlar ağır qrup xəstələrin müalicəsinin təşkilini xeyli yaxşılaşdırır. Bundan başqa bu işində gənc alim dünyada ilk dəfə olaraq klinik müşahidələr nəticəsində müəyyən edir ki, hər iki böyrək arteriyasının daralması nəticəsində əmələ gələn vazorenal hipertoniya zamanı böyrəklərin biri hipertrofıyaya uğraya bilər. Klinik müşahidələr və tədqiqatlar əsasında dünya ədəbiyyatında ilk dəfə söylənilən bu məlumatın çox böyük kliniki əhəmiyyəti vardır. Çünki bu dissertasiyaya qədər belə qəbul edilmişdi ki, xəstəlikdən daha çox zərər çəkmiş böyrəyin damarında cərrahi əməliyyat aparmaq lazımdır. Gənc alim nəzəri və praktiki cəhətdən sübut etdi ki, hər iki böyrəyin arteriyası eyni dərəcədə kəskin daralarsa, hipertrofiya müşahidə olunan böyrəyin damarlarında rekonstruktiv əməliyyatlar aparmaq daha faydalı və uğurlu nəticələr verir. Bu gənc Azərbaycan aliminin urologiya sahəsində dünya əhəmiyyətli kəşfi idi.
Dünya əhəmiyyətli bu kəşf 1974-cü ildə S.B.İmamverdiyevin doktorluq dissertasiyasında, 1976-cı ildə «Urologiya və nefrologiya» (Moskva) jurnalında, 1975-ci ildə «Vestnik xirurqii» /Leninqrad/ jurnalında və 1979-cu ildə M.D.Knyazyev ilə birlikdə çap etdirdiyi «Hər iki böyrək arteriyasının xəstəliyində vazorenal hipertoniyanın cərrahi müalicəsi» adlı böyük həcmli monoqrafiyasında verilmişdir.

1975-ci ilin yanvarından tibb elmləri doktoru S.B.İmamverdiyev doğma Azərbaycana qayıdır. Vətənə qayıdandan sonra yenə də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun cərrahiyyə kafedrasında assistent vəzifəsində işə başlayır və Tibb İnstitutunda urologiya kafedrasının açılması üçün çalışır. 1975-ci ilin martında M.Ə.Mirqasımov adına Respublika Klinik xəstəxanasının urologiya şöbəsi bazasında N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda urologiya kafedrası açılır. 1976-cı ildə S.B.İmamverdiyev Tibb İnstitutunun urologiya kafedrasına dosent qəbul olunur. 1977-ci ildə isə həmin kafedranın professoru vəzifəsinə seçilir. Sonra S.B.İmamverdiyev kafedranın iş şəraitini, tədris prosesini yaxşılaşdırmaq üçün daha bir bazanın, M.N.Qədirli adına Mərkəzi Hövzə Klinik Xəstəxanasının 30 çarpayılıq urologiya şöbəsinin urologiya kafedrasına filial kimi verilməsinə nail ola bilir.
Bu illərdə o, müalicə işində və elmi-pedaqoji fəaliyyətində öz bilik və bacarığını əsirgəmir. 1977-ci ildə ATİ-nin uroloji klinikasında 68 yaşlı kişidə Azərbaycanda ilk dəfə yaxın və uzaq nəticələri qənaətbəxş olan sidikliyin yayılmış şişinə görə «Sistektomiya, ureterosiqmostomiya» əməliyyatını həyata keçirir.

S.B.İmamverdiyev 1979-cu ildə Sovet İttifaqında ilk və ağır əməliyyatlardan sayılan, Qafqazda isə ilk dəfə aparılan vazorenal hipertoniyası olan xəstədə müvəffəqiyyətlə yeganə funksiyası olan böyrəyin autotransplantasiyası əməliyyatını aparır. Döş aortasının aşağı hissəsinin, qarın aortasının yuxarı hissəsinin böyük anevrizması olan 28 yaşlı qadında sağ böyrək büzüşmüş və fəaliyyətini itirmişdi. Sol böyrəyin arteriyası isə kəskin daralmışdı. Nəticədə qadının arterial təzyiqi 240/140 səviyyəsində olurdu. Aparılan konservativ müalicə heç bir effekt vermirdi. S.İmamverdiyev xəstəyə aortoqrafiya müayinəsini apararaq, müəyyən edir ki, aortanın anevrizma olan hissəsindən ayrılan böyrək arteriyalarında bərpaedici əməliyyat aparmaq mümkün deyil, amma aortanın biturkasiya zonası və ondan aşağı hissələr normaldır. Professor həmin xəstədə ekstrakorporal (bədəndən kənar) vəziyyətdə sol böyrək arteriyasını rezeksiya edərək, böyrəyi sol qalça nahiyəsinə köçürmüşdür. Bu əməliyyat 5 saat 30 dəqiqə çəkərək müvəffəqiyyətlə başa çatmışdı. Əməliyyatın nəticələri alimin 1980-ci ildə Bakıda keçirilən Zaqafqaziya cərrahlarının qurultayında «Vazorenal hipertoniya zamanı böyrəklərin autotrans­plantasiyası» mövzusunda etdiyi məruzə ilə nümayiş etdirilmişdir.
S.İmamverdiyev 1977-ci ildən sidikliyin yayılmış şişlərinin və böyrəklərin mərcanvari və çoxlu daşlarının cərrahi müalicəsiylə geniş məşğul olmağa başlayır. 1983-ci ildə M.N.Qədirli adına xəstəxananın 30 çarpayılıq urologiya şöbəsinin rəhbərliyi ona tapşırılır. Onun səyi nəticəsində bu şöbənin işi nəzərə çarpacaq dərəcədə canlandırılır və çarpayıların sayı 45-ə çatır.
Azərbaycanda herontologiya və heriatriya elminin inkişafında da böyük xidmətləri var. O, 1984-cü ildən Azərbaycan Herontologiya Cəmiyyətinin sədri, Ümumittifaq Herontoloqlar və Heriatrlar Cəmiyyətinə üzv seçilmişdir.
1986-cı ildə isə respublikanın baş herontoloq və heriatrı olmuşdur.

Professor S.B.İmamverdiyevin herontologiya sahəsində olan xidmətləri respublikadan kənarda da yüksək qiymətləndirilmişdir. Belə ki, 1989-cu ildə Ümumittifaq Herontoloqlar Cəmiyyətinin İdarə Heyətinin Rəyasət heyətinə üzv seçilmişdir. Görkəmli alim Azərbaycan elmini 1996-cı ildə İtaliyada Avropa Herontoloqlar Assosiasiyasının konfransında təmsil etmişdir.
Professor 1990-cı ildən Azərbaycan Tibb Universitetinin urologiya kafedrasına rəhbərlik edir. Bu müddətdə elmi kadrların yetişdirilməsində, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılmasında onun müstəsna xidmətləri olmuşdur. İşlədiyi müddətdə Azərbaycanda elmi kadrlarin hazırlanması, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılması və səmərəli uroloji xidmətin təşkili istiqamətində daim çalışmış, öz bilik və bacarığını əsirgəməmişdir. Onun rəhbərliyi altında 21 fəlsəfə doktorluğu, 10 doktorluq dissertasiyası müdafiə olunub. Hazırladığı alimlər sırasında xarici ölkə vətəndaşları da var.
S.B.İmamverdiyev urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 350-dan çox elmi məqalənin, 10 monoqrafıyanın, 6 dərs vəsaitinin, 5 metodik vəsaitin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir.
Böyük alim 1965-ci ildən assisent, dosent, professor kimi ali tibb təhsili ilə məşğul olmuş və bir qayda olaraq, tələbələrin böyük rəğbətini qazanmışdır. Onun keçirdiyi məşğələlər, oxuduğu mühazirələr nəinki tələbələr üçün, hətta formalaşmış həkimlər üçün də çox səmərəlidir. Azərbaycan və rus dillərində yüksək səviyyədə tədris etməyi bacaran, ingilis dilində sərbəst oxuyub danışa bilən S.İmamverdiyevin uroloji məktəbi artıq göz qabağındadır. Onun rəhbərlik etdiyi klinikada azərbaycanlılarla yanaşı, Fələstindən, İordaniyadan, İrandan, Türkiyədən həkimlər məktəb keçib və keçməkdədir. Professor S.İmamverdiyevin urologiya sahəsində olan geniş fəaliyyəti respublikamızdan kənarda da yüksək qiymətləndirilmişdir. 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi, 2001-ci ildə isə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri , 2001-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Alimin elmi fəaliyyəti çoxşaxəlidir. Bunlar barədə 90 yaşında daha ətraflı danışarıq. Sağlıq olsun. Ötən əsrin 80-ci illərinin ortalarından tanıdığım dünya şöhrətli uroloq alim Sudeyf İmamverdiyev haqqında ilk dəfə 1998-ci ildə - 60 yaşının tamamında yazı yazıb, 70, 80, 90-da görüşənədək, 100-ə də Allah kərimdir, deyib xudahafizləşmişdik.Vədələşdiyimiz kimi, hər yubiley yaşına uğurlarını sadalayaraq işıq salmışdıq.Budur, ömrün 85-ci dayanacağı...Görək akademikin keyfi necədir?..
Deyək ki, milli qürur hissi güclü olan Sudeyf müəllimin əhval-ruhiyyəsi yuksəkdir.Axı son 30 ildə ilk dəfədir yubileyini Qarabağlı Azərbaycanda qeyd edir.
Sudeyf müəllimin yurda bağlılığını, vətənpərvərliyini, təəssübkeşliyini onu yaxından tanıdığım illərdən hiss etmişəm. İnsanlara aşıladığı amallardan birincisi belədir: “Millilik və təəssübkeşlık insanın qanında olmalıdir”. Bu mənada qanındakı millı ruh bəlkə də dünyanı dərk edəndən varlığına hopmuşdur. Gəncliyindən yaddaşında acı bir xatirə kimi yaşatdığı bir epizod: “1960-cı ildə Xankəndində təcrübə keçirdim. 4-cü kursda idim. Palatada erməni millətindən olan baş terapevt xəstələrə baxırdı. Poliklinika müdiri həm də xəstəxananın həkimi idi. O, xəstə qadına baxanda dedi:
- Bura gələndə vəziyyəti yaxşı deyildı, indi tam sağalmışdır.
Təbriz ləhcəsində danışan xəstə qadın təşəkkür etdi və hələ özünü pis hiss etdiyi ücün bir necə gün artıq qalmaq istədiyini bildirdi.
Həkimin üzü döndü, rus dilində deyinməyə başladı: - Bunlar necə adamlardı? Neçə vaxtdır müalıcə edirəm, çıxmaq istəmir. Qədirbilməz heyvan!
Baş terapevt laqeyidlik göstərdi... Mən isə dözə bilməyib dilləndim:
- Siz xəstə haqqında belə danışmaqdan utanmırsınız? Bununla bizə nə öyrədirsiniz?
Erməni həkim cavab vermədən acıqla qapını çırpıb getdi. Bir neçə dəqiqədən sonra məni baş həkimin otağına çağırdılar.
- Siz niyə xuliqanlıq edirsiniz? Nə haqla təcrübəli həkimə qarşı kobudluq edirsiniz? İnstituta və nazirliyə yazıb tələb edəcəyik ki, sizi xaric etsinlər, - dedı.
Mən də dedim ki, görünür institutda bizi düz öyrətməyiblər. Səhv öyrədiblər ki, xəstə ilə nəvazişlə, qayğı ilə rəftar etmək lazımdır. Demə, xəstələrlə burada gördüyümüz kimi rəftar etmək lazımmış...
İradlı etirazımdan və uzun mübahisələrdən sonra mənimlə razılaşdılar.
Həmin baş həkimin cərrah bacısı oğlu 1988-ci il Xankəndində olan mitinqlərdə nə qədər azərbaycanlı öldürdüyünü fəxarətlə bildirirmış.
İnsanın ruhunda kövrəklik, canıyananlıq olmayanda üsyankarlıq da ola bilməz.
Sudeyf İmamverdiyevin yubiley tədbiri Azərbaycanın qədim tarixi şəhəri Qəbələdən başlayıb.Uroloq, androloq və ginekoloqların toplaşdığı bu konfrans akademikin 85 illiyinə həsr olunub.

Sudeyf müəllim yubileyinə həsr olunmuş konfransın təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını bildirsə də, bir həkim, bir alim, bir vətəndaş olaraq bugünkü səhiyyədə yaranan anlaşılmazlıqlar, qayğı və problemlər barədə də fikir və təkliflərini söyləyib.
Milli Qurtuluş günündə Şuşa Bəyannaməsinin ikiillk ildönümündə iştirakı yaddaşında xoş duyğular yaradıb.Türkiyənin Ədaĺət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən Beynəlxalq Konfransdan, xüsusilə partiya sədrinin l müavini, Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla səmimi görüşlərdən xoş təəssüratlarla ayrılıb. Heydər Əliyev ili çərçivəsində Şuşada keçirilən bu tədbir bütün iştirakçılara xoş təsir bağışlayıb.
Sudeyf müəllim ömrün 85 ilini hər cəhətətdən xoş ovqatla başa vurur.Sözün həqiqi mənasında ömür-gün dostu, kurortoloq alim, Əməkdar həkim Sevda xanım Nəsrullayevayla iki övlad böyüdüb cəmiyyətə bəxş ediblər.Oğlanları Cavid İmamverdiyev tanınmış rejissorlardandır.Akademik Musiqili Teatrın baş rejissorudur. Qızları Sevinc xanım tibb üzrə fəlsəfə doktorudur. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda elmi katibdir. Uğurlu estafet nəvələrdədir. Murad dünyanın ən məşhur elm ocaqlarından olan Mançestr Universitetinin məzunudur. Paşa Sığorta Şirkətində İnformasiya Təhlükəsizliyi departamentinin rəhbəridir. Şeyda ADA Universitetini bitirdikdən sonra magistr təhsilini Londonda alıb. Amerika - Azərbaycan ticarət palatasında baş mütəxəssisdir. Bu günlərdə nişanlısı Hüseyn Mustafabəyli ilə babasına toy sevincləri bəxş edəcək. Bulatın tələbə adı alması sevinci babasını az qala bir ömür cavanlaşdlrıb. Dünyanın bir çox ölkələrindən təhsillə bağlı təkliflər alan Bulat İmamverdiyev babasının razılığı ilə Belçikanı seçib.

Sudeyf müəllim uşaqlıq dövründən Astarada futbol yığma komandasının kapitanı olub. Bu gün də kapitandır. Azərbaycan uroloqlarının hər il Qəbələdə keçirilən konfransından sonra futbol yarışması keçirilir. Yarışmada ən çox qol vuran Sudeyf müəllim olur.
Futbol yarışmasında kapitan olan Sudeyf İmamverdiyev dünya urologiyasında marşaldır.
Sevimli loğmanımıza sağlam canla uzun ömür, könül xoşluğu, yaradıcılıq uğurları arzilayırıq.

Sevda Əlibəyli
2-07-2023, 22:37
Makron ölkədəki etirazlarla bağlı toplantı keçirdi


Makron ölkədəki etirazlarla bağlı toplantı keçirdi

Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı toplantı keçirir. Bu barədə BFM telekanalı məlumat yayıb. Bildirilir ki, iclas Yelisey sarayında baş tutur. İclasda baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edir.
2-07-2023, 21:53
Polşa Belarusla sərhədə polis heyəti göndərir


Polşa Belarusla sərhədə polis heyəti göndərir

Polşa Belarusla sərhədə 500 polis göndərəcək. Bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski məlumat verib. O qeyd edib ki, ölkənin Belarusla sərhədi daha da gücləndiriləcək.
Qeyd edək ki, Polşa Belarusla sərhədə 5000 sərhədçi və 2000 əsgər yerləşdirib. Polşa sərhəd polisinin məlumatına görə, şənbə günü 187 nəfər Belarusdan qanunsuz olaraq Polşa ərazisini keçməyə cəhd edib.
2-07-2023, 21:30
İranın XİN müavini Bakıya gəlir


İranın XİN müavini Bakıya gəlir

İranın xarici işlər nazirinin müavini Reza Nəcəfi Azərbaycana səfər edəcək. Bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Bildirilir ki, Nəcəfi Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin konfransında iştirak edəcək. Onun, həmçinin Bakıda hərəkata daxil olan ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacağı gözlənilir.
2-07-2023, 20:21
İsrail ABŞ-dan F-35 qırıcısı almağı planlayır


İsrail ABŞ-dan F-35 qırıcısı almağı planlayır

İsrail ABŞ-dan F-35 döyüş təyyarələri almağı planlaşdırır. Bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında 25 ədəd F-35 döyüş təyyarəsinin alınması üçün müqavilə imzalanıb. Müqavilənin dəyəri 3 milyard dollardır. Saziş İsrailin ABŞ-dan aldığı müdafiə yardımı paketi ilə maliyyələşdiriləcək. Yeni təyyarələrin alınması ilə İsrail Hərbi Hava Qüvvələrinin inventarında olan F-35-lərin sayı 75-ə çatacaq.
2-07-2023, 19:14
Bu ölkələr İranla nüvə sazişindən çıxmağı planlaşdırır


Bu ölkələr İranla nüvə sazişindən çıxmağı planlaşdırır

Britaniya, Fransa, Almaniya və digər Avropa ölkələri İranla nüvə sazişindən - Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) çıxmağı planlaşdırır. Bu barədə "Guradian" qəzeti Avropa İttifaqı (Aİ) və Birləşmiş Krallığın diplomatlarına istinadən yazıb. Buna səbəb kimi Tehranın Rusiyaya pilotsuz uçuş aparatları (PUA) satması göstərilir. Nəşrin məlumatına görə, üç ölkə İrandan ballistik raketlərin tədqiqi, inkişafı və istehsalına qoyulan məhdudiyyətləri aradan qaldırmaqdan imtina edəcək. Sanksiyaların müddəti oktyabrın 18-də başa çatır. Məhdudiyyətlərə, həmçinin BMT Təhlükəsizlik Şurasının əvvəlcədən icazəsi olmadan 300 km-dən çox uça bilən dronların (və ya onların hissələrinin) İrana satışına və ya İrandan alınmasına qadağa da daxildir. Nəşr qeyd edir ki, İran sazişin digər şərtlərini pozub. Razılaşmada uranın zənginləşdirilməsinin yuxarı həddi 3,67% nəzərdə tutulurdu, lakin fevral ayında İranın nüvə obyektini yoxlamaq üçün ziyarət edən Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın uranı 60%-ə qədər zənginləşdirdiyini bildirib. JCPOA 2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran tərəfindən imzalanan nüvə sazişidir. Müqaviləyə əsasən, Qərb ölkələri İranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaları ləğv etməli idi. 2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxdığını elan etdi. Buna cavab olaraq İran nüvə sınaqlarını bərpa edib.
2-07-2023, 16:24
İran İraqla sərhədə ballistik raketlər yerləşdirdi


İran İraqla sərhəddə ballistik raketlər yerləşdirdi

İran İslam Respublikası ballistik raketləri ölkənin qərbində, İraqla həmsərhəd Kirmanşah əyalətində yerləşdirib. Bu barədə İsrailin şimal sərhədlərindəki təhlükələri təhlil edən Alma Araşdırma və Təhsil Mərkəzi (Alma Research and Education Center - red.) məlumat yayıb. Peyk görüntülərinə görə, bölgədə ən azı 140 raket anbarı olan 3 yeraltı obyekt var. İran hərbçiləri burada İraqdan 150 km aralıda “Qiam-1” qısa mənzilli ballistik raketlərini quraşdırıblar.
Qeyd edək ki, hava hücumundan müdafiə sistemləri yerli dərələrdən birində yerləşdirilib. Yeraltı tikililər də “Fateh-110” raketlərini saxlamaq üçün istifadə edilir.
2-07-2023, 15:44
Ordubadda su quyusundan meyit aşkarlandı


Ordubadda su quyusundan meyit aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ordubad rayonunun Dəstə kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. FHN-dən verilən xəbərə görə, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2-07-2023, 15:05
Yaponiyadakı leysan insan ölümünə səbəb oldu


Yaponiyadakı leysan insan ölümünə səbəb oldu

Yaponiyanın qərb və cənub-qərbindəki Küsü regionunda güclü yağış 1 nəfərin ölümünə səbəb olub. Həmçinin 2 nəfər itkin düşüb. Bəzi ərazilərdə bir saat ərzində təxminən 110 mm, Yamaquçidə 48 saat ərzində 332,5 mm yağış yağıb. Yaponiya Meteorologiya Agentliyi bölgədə yağışların daha az intensivliklə də olsa davam edə biləcəyini qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!