Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
24-07-2023, 22:38
Yaponiyadan Şimali Koreyaya etiraz


Yaponiyadan Şimali Koreyaya etiraz

Yaponiya hökuməti bazar ertəsi iki ballistik raketin buraxılması ilə bağlı Şimali Koreya hakimiyyətinə etiraz edib.
Bu barədə “Kyodo” agentliyi Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, etiraz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə çatdırılıb.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlər 350-400 kilometr məsafədə uçaraq Yapon dənizinə - Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.
24-07-2023, 21:43
“Hürriyyət” qəzetinin baş redaktorları həbs edildi


“Hürriyyət” qəzetinin baş redaktorları həbs edildi

İnternet informasiya ehtiyatlarında qanunvericiliklə yayılması qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Baş Prokurorluqdan bildirilib ki, “Hürriyyət” qəzetinin baş redaktoru Məmmədov Vüqar Tofiq oğlu və Məmmədov Elnur Teymur oğlu tərəfindən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi faktı üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmə qərarı ilə Vüqar Məmmədov və Elnur Məmmədov 1 ay müddətinə inzibati qaydada həbs edilib.
24-07-2023, 20:26
“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusuyla müqavilə imzaladı


“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusuyla müqavilə imzaladı

“Neftçi” Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayevlə 2+1 illik müqavilə imzalayıb.
31 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.
Təcrübəli oyunçu karyerası ərzində yalnız "Qarabağ"da çıxış edib. O, 2008-ci ildən oynadığı Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub. Milli komandanın heyətində 76 oyun keçirib.
24-07-2023, 20:20
Mirzoyan İran Prezidentiylə görüşdü


Mirzoyan İran Prezidentiylə görüşdü

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran
Prezidenti İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Ermənistan-İran əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.
İkitərəfli gündəliyin, əldə olunmuş razılaşmaların yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Mirzoyan İran prezidentinə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat verib.
24-07-2023, 18:46
Türkiyə ordusu şəhid verdi


Türkiyə ordusu şəhid verdi

Türkiyə ordusunun hərbçisi Mehmet Can İraqın şimalında şəhid olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, "Pəncə-Kilid" əməliyyat bölgəsində PKK terrorçuları hərbçilərə hücum edib. Hücum zaman hərbçi həlak olub.
Nazirlik şəhidin ailəsinə başsağlığı verib.
24-07-2023, 17:52
Kütləvi etirazlara səbəb olan qanun təsdiq edildi


Kütləvi etirazlara səbəb olan qanun təsdiq edildi

İsrail Knesseti (parlament) ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Bu barədə İsrail parlamentinin saytında məlumat yer alıb.
Hakim koalisiyanın 64 deputatı qanun layihəsinin lehinə səs verib, müxalifət deputatları səsverməni boykot edib.
Qeyd edək ki, islahat Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini, o cümlədən İsrail Ali Məhkəməsinin hökumətin qəbul etdiyi qərarları ləğv etmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur.
Bundan öncə on minlərlə insan məhkəmə islahatlarına qarşı etiraz yürüşündə iştirak edib. Onlar Qüdsdə Knesset binası yaxınlığında toplaşıblar.
24-07-2023, 17:41
İşğaldan azad edilmiş ərazilərdə 43 mina aşkarlandı


İşğaldan azad edilmiş ərazilərdə 43 mina aşkarlandı

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.
ANAMA-dan bildirilib ki, iyulun 17-dən 22-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl, Laçın və Zəngilanda 28 piyada, 15 tank əleyhinə mina, 68 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 227, 23 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
24-07-2023, 17:34
Paşinyan iranlı həmkarını İrəvana dəvət etdi


Paşinyan iranlı həmkarını İrəvana dəvət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisini İrəvana səfərə dəvət edib.
Dəvət Tehranda səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə çatdırıb.
Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Paşinyanın səfərlə bağlı dəvətini səsləndirib.
24-07-2023, 17:28
İsrailin Baş naziri tibb mərkəzindən parlamentə gəldi


İsrailin Baş naziri tibb mərkəzindən parlamentə gəldi

İsrailin Baş naziri Binyamin Netanyahu tibb mərkəzindən çıxaraq məhkəmə islahatları layihəsi üzrə səsvermənin keçirildiyi Knessetə (parlament) gəlib.
Bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Bir müddət öncə kardiostimulyator qoyularaq xəstəxanadan evə buraxılan Baş nazir parlament binasının qarşısına toplaşan nümayişçilərdən və jurnalistlərdən yayınmaq üçün Knessetə arxa qapıdan daxil olub.
Qeyd edək ki, İsraildə Binyamin Netanyahunun təşəbbüsü olan məhkəmə islahatları genişmiqyaslı etirazlar doğurub. Hazırda Qüds şəhərində kütləvi etiraz aksiyaları davam edir.
24-07-2023, 17:25
BMT-nin baş katibi Xaçaturyanla görüşdü


BMT-nin baş katibi Xaçaturyanla görüşdü

BMT-nin baş katibi Antonio Quterreş Ermənistan prezidenti Vahaqn Xaçaturyanla görüşüb.
Bu barədə Quterreşin ofisi məlumat yayıb.
Görüş zamanı Laçın yolu və Cənubi Qafqazdakı vəziyyəti müzakirə olunub. Quterreş Cənubi Qafqazda uzunmüddətli sülh danışıqlarının axtarılıb tapılması istiqamətində yüksək səviyyədə gedən dialoqu dəstəkləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!