Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
1-07-2023, 21:38
105 yaşın mübarək Azərbaycan Polisi


105 yaşın mübarək Azərbaycan Polisi

“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”
Heydər Əliyev

Bütün dünyada belə bir ümumi fikir mövcuddur: polis dövlətin və dövlətçiliyin əsas sütünlarından biridir. Bu fikrin əyani sübutunun Azərbaycan polisinin timsalında dəfələrlə şahidi olmuşuq. 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri əlil, eyni zamanda 67 nəfər əməkdaşı Mili Qəhrəman adına layiq görülən Azərbaycan polisinin bu gün yaranmasından 105 il ötür. Azərbaycan Xalq Cumhuriyyəti qurulandan sonra- 1918-ci il iyul ayının 2-də ölkəmizin tarixində ilk dəfə müstəqil polis qurumları yaradıldı. Cumhuriyyətin süqutunadək o, tam formalaşdırılıb başa çatdırılmasa da, dövlətin milli maraqlarını qorumaq, asayişi bərpa etmək uğrunda bir sıra uğurlara imza atdı...Müstəqillik dövrünün ilk illərində polis orqanları çox ağır şəraitdə fəaliyyət göstərsələr də, hüquqi boşluq ciddi problemlər yaratmışdı. 1994-cü il avqust ayının 9-dan sonra Azərbaycan Daxili İşlər Nazirliyinin həyatında köklü dəyişiklik baş verdi. Həmin gün Ulu Öndər Heydər Əliyev Prezident kimi “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı. Bu fərmandan sonra ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizə başlandı. 1999-cu ildə “Polis haqqında” qanunun qəbul olunması, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə “Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu”nun təsdiq edilməsi, 2004-cü il iyunun 30-da qəbul olunmuş “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair” Dövlət Proqramının müəyyənləşdirilməsi hüquq-mühafizə orqanları sistemində mühüm yer tutan, polisin fəaliyyətini nizama salan, qanunvericiliyin əsaslarının yaradılmasına xidmət edən çox sanballı sənədlərdir. Ümumiyyətlə, Azərbaycan polisinin fəaliyyətini tənzimləyən və müasir standartlara uyğun quran çoxsaylı qanunlar və normativ aktlar qəbul edilib, ciddi struktur dəyişiklikləri həyata keçirilib. Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikamızı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda dövlətçilik, müstəqillik təhlükə altına düşmüşdü. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər 1993-cü ilin 15 iyunundan sonra xaosdan qurtuluşa keçidin əsasını qoydu. Ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi. Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə polisin peşə bayramında şəxsən iştirak edərək xidməti fəaliyyətlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanları göstərib tövsiyələrini verdi, vəzifələri müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”. Aparılan iş proqnozlaşdırılan nəticələri təsdiqləyir. Ağır cinayətlərin, qəsdən adamöldürmələrin, quldurluqların, azyaşlılar tərəfindən törədilən hüquq pozuntularının sayı ilbəil aşağı düşür. Artıq neçə illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən, Bakı isə ən təhlükəsiz şəhərlərdən biridir. Məhz buna görədir ki, ən nüfuzlu mədəni və sosial tədbirlər, dünyanın diqqətini özünə cəlb edən idman yarışları ölkəmizdə keçirilir. Beynəlxalq aləmdə xüsusi çəkisi və yeri olan dövlətlərin başçıları və iri ranqlı rəsmiləri həm də təhlükəsizlik məsələlərini nəzərə alaraq Azərbaycan paytaxtında görüşməyə üstünlük verirlər. Bu gün Azərbaycan Daxili İşlər Nazirliyi dövlətin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq dünyanın, xüsusilə də Avropanın beynəlxalq polis strukturlarına tam inteqrasiya olunmaq yolunda inamla irəliləyir. İkitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması əldə olunan nailiyyətləri daha da möhkəmləndirir. İndi Azərbaycan Polisi BMT, NATO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Beynəlxalq Miqrasiya və İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB, Habelə digər beynəlxalq qurumlarda yüksək səviyyədə təmsil olunur. İndiyədək 50-yə yaxın dövlətlə 48 ikitərəfli, 27 dövlətlə şoxtərəfli hökumətlərarası, həm də idarələrarası saziş, memorandum protokolu imzalanmışdır. Bu gün tam əsasla demək olar ki, Azərbaycanın böyük tarixi şəxsiyyəti, görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən mütərəqqi qanunlar, həyata keçirilən təşkilati və praktiki tədbirlər zamanında ölkəmizdə demokratik-hüquqi dövlətin möhkəm əsaslarını yaradıb. Həmin əsaslar üzərində Heydər Əliyev siyasi kursunun və dövlətçilik xəttinin davamçısı olan cənab İlham Əliyev tərəfindən şərq-qərb memarlığının bütün gözəlliklərini özündə əks etdirən Azərbaycan adlı əzəmətli və yaraşıqlı bina tikilməkdədir. Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də Azərbaycan polisinin inkişafında çox mühüm qərarlar qəbul etmişdir. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Nazirliyin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işləri həyata keçirilib. Azərbaycan polisi dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onun qorunub saxlanılmasında, ölkədə ictimai sabitliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində xüsusi rol oynamaqla yanaşı, öz peşə borcunu layiqincə yerinə yetirərək öz hərəkəti, davranışı ilə cəmiyyətdə nümunə olmaqdadır. Bu gün Azərbaycan vətəndaşları polisi özünə güvənc yeri hesab edir. Planetin bəlasına çevrilmiş pandemiya dövründə polisimiz özünü yaxşı tərəfdən göstərərək insanların yaxın dostu olduğunu bir daha nümayiş etdirmiş oldu. Məhz buna görə də cənab Prezident İlham Əliyev pandemiya dövründə həkimlərlə yanaşı, polisin rolunu da yüksək qiymətləndirmişdir. Azərbaycan polisi bəşəri və dövlətçilik ənənələrinə sadiq qalaraq karantin rejimi dövründə gücləndirilmiş iş rejimində işləyərək, bir an olsun sayıqlığını itirmədi. Yorğunluğa, çətinliyə baxmayaraq peşə fəaliyyətini layiqincə yerinə yetirib polis şərəfini hər şeydən üstün tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda Azərbaycan polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Daxili işlər orqanlarının işinin günün tələbləri səviyyəsində qurulmasında, möhkəm nizam-intizamın yaradılmasında, qanunların aliliyinə hörmətlə yanaşılmasında və cinayətkarlığa qarşı mübarizədə nazir, general-polkovnik Vilayət Eyvazovun rolu çox böyükdür. Son 19 ilin statistikasına nəzər salanda bunun bir daha şahidi oluruq. Belə ki, son 19 ildə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 18 minə yaxın odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 62 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 17 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev özünün rəsmi “Facebook” səhifəsində 2 iyul- Polis Günü münasibətilə paylaşım etmişdir. Paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da 2 iyul - Polis Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində paylaşım etmişdir. Paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram”. 2020-ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vətən Müharibəsində Azərbaycan Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları da Milli Ordumuzun əsgər və zabitləri ilə birlikdə çiyin-çiyinə mənfur düşmənə qarşı şərəflə döyüşmüş və işğaldan azad olunmuş bölgələrimizdə bayrağımızın dalğalandırılması prosesində iştirak etmişdir. Torpaqlarımızın hər qarışı uğrunda gedən ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin şəxsi heyəti 66 nəfər şəhid vermiş, 346 nəfər ağır yaralanmışdır. Onlardan 4 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür. Müstəqil Azərbaycan dövlətinin daxili stabilliyində misilsiz rol oynayan polis Azərbaycanın demokratik, mütərəqqi qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyevin amallarına və Prezident İlham Əliyevə daim sadiqdir və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqdır. 105 yaşın mübarək Azərbaycan Polisi!

Vüqar Sərdarov
1-07-2023, 21:12
Azərbaycan XİN-dən Fransadakı vətəndaşlarımıza xəbərdarlıq


Azərbaycan XİN-dən Fransadakı vətəndaşlarımıza xəbərdarlıq

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransada iğtişaşlarla bağlı ölkəmizin vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə XİN-dən bildirilib. "Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur", - nazirlikdən bildirilib. Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

TEL: +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: [email protected]

[email protected]
1-07-2023, 20:56
Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etdi


Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etdi

Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edib. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. “Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq”, - Türkiyə XİN-nin tviterdəki rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir. Qeyd edək ki, QDİƏT 1992–ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilata üzv olan 13 ölkə üçün ən əhatəli regional əməkdaşlıq platformasıdır. QDİƏT-in Daimi Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir.
1-07-2023, 20:31
Güləşçimiz Avropa çempionatını qızıl medalla başa vurdu


Güləşçimiz Avropa çempionatını qızıl medalla başa vurdu

Azərbaycanın sərbəst güləşçisi Ruslan Abdullayev İspaniyanın Santyaqo de Kompostela şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb. 57 kq-da çıxış edən idmançı finalda moldovalı Anton Vlasla qarşılaşıb. Rəqibinə 10:0 hesabı ilə qalib gələn idmançı qitə çempionu olub.
1-07-2023, 20:05
Zelenski: “Rusiyanın bir məqsədi var - bütün dövlətləri SSRİ-yə qaytarmaq”


Zelenski: “Rusiyanın bir məqsədi var - bütün dövlətləri SSRİ-yə qaytarmaq”

NATO Ukrayna üçün ən mühüm təhlükəsizlik təminatıdır. Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. "Təhlükəsizlik alyansına alternativ olaraq bunu bizə təklif etsələr, biz heç bir təhlükəsizlik zəmanəti ilə razılaşmırıq. Biz NATO-nun üzvü olmadığımız müddətdə bu zəmanətlərin olmasının vacib olduğunu deyirik", - Zelenski vurğulayıb. O qeyd edib ki, Rusiyanın bir məqsədi var - bütün dövlətləri Sovet İttifaqına geri qaytarmaq istəyir.
1-07-2023, 18:32
Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi artıb


Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 136 milyon 431 min ABŞ dolları olub. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3,1 dəfə azdır. Hesabat dövründə Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 1,48 %-ni təşkil edib. Beş ayda Azərbaycandan Ukraynaya 35 milyon 396 min, Ukraynadan Azərbaycana isə 101 milyon 35 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu isə illik müqayisədə müvafiq olaraq 9 dəfə və 8,7 % azdır.
1-07-2023, 18:04
Çin Fransadakı iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq etdi


Çin Fransadakı iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq etdi

Çinin Parisdəki səfirliyi Fransanın müxtəlif şəhərlərində davam edən iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib. Fransanın müxtəlif şəhərlərində zorakılıq və iğtişaşlar ilə əlaqədar Çin səfirliyi həmvətənlərinə ehtiyatlı olmağı, hadisələr baş verən ərazilərə getməməyi tövsiyə edib. Çinin Parisdəki səfirliyi və Fransanın müxtəlif şəhərlərindəki baş konsulluqları həmvətənlərinə ictimai təhlükəsizlik vəziyyətinə diqqət yetirməyi, fərdi mühafizəni və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün tədbirli olmağı məsləhət görüb.
Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Cümə gecəsi baş verən toqquşma zamanı 249 polis və jandarm yaralanıb. “Təhlükəli ərazilərdə” əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.
1-07-2023, 17:23
Zelenski erməni aviaşirkətə sanksiya tətbiq etdi


Zelenski erməni aviaşirkətə sanksiya tətbiq etdi

Ukrayna Ermənistanın “Air Dilijans” aviaşirkətinə sanksiya tətbiq edib. Bu barədə 1-də Ukrayna Prezidenti Volodimir Zelenski qərar imzalayıb. Şirkətin sahibi gürcüəsilli Tamaz Qayaşvilidir. Zelenskinin bu gün imzaladığı qərarla ümumilikdə 190 fiziki və 291 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
1-07-2023, 15:33
Aİ Quranın yandırılmasına sərt reaksiya bildirdi


Aİ Quranın yandırılmasına sərt reaksiya bildirdi

Avropa İttifaqı (Aİ) İsveçdə Quranın yandırılmasını pisləyib. Bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidmətininin yaydığı bəyanatda qeyd olunub. Qeyd olunur ki, Aİ İsveçdə bir şəxs tərəfindən Quranın yandırılmasını qəti şəkildə qınayan İsveç Xarici İşlər Nazirliyinə qoşulur. "Bu akt heç bir halda Avropa İttifaqının fikirlərini əks etdirmir. Quran və ya hər hansı digər müqəddəs kitabı yandırmaq təhqiramiz hərəkətdir, hörmətsizlikdir və açıq-aşkar təxribatdır. İrqçilik, ksenofobiya və dözümsüzlüyün təzahürlərinə Avropada yer yoxdur", - bəyanatda deyilir.
1-07-2023, 14:27
ATƏT PA-nın payız sessiyası Ermənistanda keçiriləcək


ATƏT PA-nın payız sessiyası Ermənistanda keçiriləcək

ATƏT Paralment Assambleyasının payız sessiyası Ermənistanda keçiriləcək. Bu barədə qərar bu gün Vankuverdə keçirilən sessiyada qəbul edilib. Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Sarkis Xandanyan bildirib ki, növbəti sessiya Cənubi Qafqazda təhlükəsizlik problemləri və onların nəticələrini müzakirə etməyə imkan verəcək. "Təhlükəsizlik problemləri ATƏT regionunu sarsıtmağa davam edir və bu şəraitdə parlamentlərarası əməkdaşlıq və dialoq getdikcə daha çox əhəmiyyət kəsb edir", - erməni rəsmisi qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!