Maduronun həbsi zamanı 80 nəfər öldürülüb .....                        Oğuzda qəza oldu - Yaralı var .....                        Növbəti hədəf Qrenlandiyadır? .....                        "Real Madrid" öz meydanında 5 qol vurdu .....                        Maduronun mühafizəçiləri öldürülüb .....                        Atasının telefonunu oğurlayıb Bakıda 60 manata satdı – 1 aylıq həbs edildi .....                        Maduronun məhkəməsinin tarixi açıqlandı .....                        Zelenski onu da işdən çıxardı .....                        Venesuelada heç bir ABŞ qoşunu yoxdur .....                       
Tarix : 12-07-2023, 17:36
Sahibə Qafarova türkiyəli həmkarıyla danışıqlar apardı


Sahibə Qafarova türkiyəli həmkarıyla danışıqlar apardı

İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə, iki qardaş ölkənin parlament sədrləri arasında təkbətək görüş olub. Sonra TBMM-in sədri Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Parlamentdən verilən məlumata görə, Spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da sevinclə qarşılandığını qeyd edib.
Milli Məclisin sədri bildirib ki, bu seçkilərdə Milli Məclisin deputatları da müşahidəçi qismində təmsil olunublar.
Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu.
Milli Məclisin sədri dövlətlərimizin və xalqlarımızın xoş gündə də, çətin gündə də bir-birinin yanında olduğunu qeyd edərək, Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyəyə öz qardaş dəstəyini göstərməklə bunu bir daha sübut etdiyini diqqətə çatdırıb.
2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini xatırladan Milli Məclisin sədri, həmin vaxt Türkiyədə seçki dövrü olmasına baxmayaraq, parlamentin may ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclasında Türkiyə nümayəndə heyətinin iştirak etməsini yüksək dəyərləndirib.
Spiker deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Parlamentlərimizin komitələri, dostluq qrupları arasında da sıx əlaqələr mövcuddur. İnanırıq ki, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərimizin inkişafına öz töhfəsini verəcəkdir. Bu saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib. O, Ermənistanın mövcud reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü dəyərləndirəcəyinə inamını ifadə edib. Azərbaycana TBMM sədri kimi ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin və xalqının mühüm bir tarixi dövr yaşadığını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfərdir və Cənubi Qafqaz regionunda bu ölkənin gücünün göstəricisidir. Numan Kurtulmuş qeyd edib ki, bu gün Türkiyə də mühüm hədəflərə doğru irəliləməkdədir və 100 ildə böyük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyini yüksək qiymətləndirib. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyətləri xatirə şəkli çəkdiriblər.







Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!