Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
5-07-2023, 14:44
Prezident İranın XİN Başçısıyla törədilmiş terror aktını müzakirə etdi


Prezident İranın XİN Başçısıyla törədilmiş terror aktını müzakirə etdi

Prezident İlham Əliyev ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırmanın gedişatını müzakirə edib. Müzakirələr Hüseyn Əmir Abdullahiyanın iyulun 5-də Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən XİN başçısı Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpasına ümidvar olduğunu ifadə edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib.
5-07-2023, 14:29
İranın sabiq dövlət başçısına cinayət işi açıldı


İranın sabiq dövlət başçısına cinayət işi açıldı

İranın keçmiş dövlət başçısı Həsən Ruhaniyə qarşı cinayət işi açılıb. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, İran prokurorluğuna sabiq prezident barəsində ümumilikdə 700 min şikayət göndərilib. Şikayətlərin ən qısa vaxtda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir. İran parlamentinin üzvü Nəsrullah Pejmanfər yerli mətbuata açıqlamasında Ruhani barəsində iki hal üzrə cinayət işinin açıldığını bildirib. Belə ki, o, birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.
5-07-2023, 14:21
Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə silah daşınır


Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə silah daşınır

Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli yolu ilə ermənilərin döyüş mövqelərinə təminat vasitələri daşınır. Onların hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Videoda Rusiya sülhməramlı kontingentinə məxsus döyüş maşınının müşayiəti altında ermənilərin döyüş mövqelərinə təminat vasitələrinin daşınması aydın müşahidə olunur.
5-07-2023, 14:00
İlham Əliyevin Fransayla bağlı dedikləri tamamilə doğrudur - BMT nümayəndəsi


İlham Əliyevin Fransayla bağlı dedikləri tamamilə doğrudur - BMT nümayəndəsi

"Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Fransa ilə bağlı söylədiyi fikirlərə görə Yeni Kaledoniya xalqı adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Onun Fransa ilə bağlı dedikləri tamamilə doğru idi". Bunu jurnalistlərə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətinin üzvü Magali Tingal deyib. O qeyd edib ki, son dövrlər Yeni Kaledoniyada 2021-ci il dekabrın 12-də keçirilən 3-cü referendumun pandemiya ilə bağlı geri çağırılması məsələsi gündəmdədir. "Lakin Fransa referendumu gecikdirir. Biz öz səsimizi eşitdirmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edəcəyik. Fransa bizə qarşı yeni növ müstəmləkə siyasəti aparır və maliyyə cəhətdən təzyiq göstərir", - BMT təmsilçisi vurğulayıb.
5-07-2023, 13:41
İlham Əliyev türk nazirlə Ermənistanə müzakirə etdi


İlham Əliyev türk nazirlə Ermənistanə müzakirə etdi

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Tərəflər regional məsələlərə dair fikir mübadiləsi aparıb. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışıb.
5-07-2023, 13:28
Rusiya məhkum və çeçen döyüşçüləri Ukraynaya göndərməyə hazırlaşır


Rusiya məhkum və çeçen döyüşçüləri Ukraynaya göndərməyə hazırlaşır

Rusiya Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner” muzdlu qüvvələri geri çəkildikdən sonra döyüş meydanında yaranan boşluqları doldurmaq üçün məhkum və çeçen döyüşçüləri Ukraynaya göndərməyə hazırlaşır. Bu barədə “Bloomberg” nəşri məlumat yayıb. “Vaqner”in ölkədən getməsinin Ukraynadakı müharibənin gedişatını dəyişdirəcəyi gözlənilməz olsa da, Putinin tam hərbi səfərbərlikdən qaçmaq əzmi o deməkdir ki, Rusiyanın yaxın həftələrdə cəbhə bölgələrinə daha çox çeçen və məhkum göndərəcəyi ehtimalı var”,- deyə nəşr yazıb.

5-07-2023, 13:10
Prezident Abdullahiyanı qəbul etdi


Prezident Abdullahiyanı qəbul etdi

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanı qəbul edib. İranın xarici işlər naziri onu qəbul etdiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi. Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi. Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğuladı. Hüseyn Əmir Abdullahiyan Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd etdi, onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğuladı. İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu dedi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırdı. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdi. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatında rolundan və onun təsisatlanması istiqamətində həyata keçirdiyi işlərdən danışdı. Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olundu.
5-07-2023, 12:14
İlham Əliyev Türkiyənin XİN Başçısını qəbul etdi


İlham Əliyev Türkiyənin XİN Başçısını qəbul etdi

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev ona fəaliyyətində uğurlar arzuladı. Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra Azərbaycana dövlət səfərini ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin nümunəsi kimi qiymətləndirdi. Təbrikə görə minnətdarlığını bildirən Hakan Fidan həm çalışdığı əvvəlki vəzifələrdə, həm də hazırda xarici işlər naziri kimi Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin inkişafını daim rəhbər tutduğunu qeyd etdi, Türkiyənin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvət olunmasına görə təşəkkürünü bildirdi. Türkiyənin xarici işlər naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bununla da ölkəmizin çox önəmli prosesə rəhbərlik etdiyini vurğuladı. Dövlətimizin başçısı Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının təsisatlanması prosesində ölkəmizin gördüyü işlər, həmçinin sədrlik prosesi barədə məlumat verdi. Söhbət zamanı regional məsələlərə dair fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində gedən proseslər barədə danışdı. Görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik zəminində, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin daim bir-birinin yanında olduqları qeyd edildi.
5-07-2023, 11:56
Aİ Ermənistana hərbi yardım göstərməkdən imtina edib - Spiker


Aİ Ermənistana hərbi yardım göstərməkdən imtina edib - Spiker

Avropa İttifaqı (Aİ) Ermənistana Aİ tərəfdaşlarının müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. Bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirib. Simonyan Varşavaya səfəri zamanı Polşa Prezidenti Andjey Duda ilə görüşərkən Aİ-nin imtinasından şikayətlənib. O, Dudaya bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan (EPF) "texniki yardım" istəyib. “Bu mexanizm vasitəsilə Aİ Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”, - Simonyan əlavə edib.
5-07-2023, 11:38
Azərbaycan minalarla çirkləndirilmiş on ölkədən biridir


Azərbaycan minalarla çirkləndirilmiş on ölkədən biridir

Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə çıxışı zamanı söyləyib. “İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır”, - deyə dövlətimizin başçısı əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!