Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 5-07-2023, 19:34
Ceyhun Bayramov özbəkistanlı həmkarıyla görüşdü


Ceyhun Bayramov özbəkistanlı həmkarıyla görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər İclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb. Görüşdə iki xalq arasında tarixən mövcud ənənəvi dostluq və qardaşlıq əlaqələrinin, qarşılıqlı siyasi etimadın və iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişafından məmnunluq ifadə edilib, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, hər iki ölkənin rəhbərləri səviyyəsində qardaşlıq və dostluğa əsaslanan təmaslarının müstəsna rolundan bəhs edilib. Habelə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, müntəzəm əsasda həyata keçirilən yüksək səviyyəli təmaslardan irəli gələn məsələlər, siyasi, sosial-iqtisadi, humanitar və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Bu xüsusda, iki ölkə arasında institusional dialoq mexanizmi kimi davamlı yol xəritəsinin müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə həmçinin ikitərəfli müstəvi ilə yanaşı, beynəlxalq platformalarda da əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri məmnunluqla vurğulanıb. Bu gün ölkəmizdə keçirilən bu mötəbər tədbirə dəvətə görə təşəkkür edən Baxtiyor Saidov Azərbaycanı tədbirin yüksək səviyyədə təşkilinə görə təbrik edib, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi çərçivəsində reallaşdırılan təşəbbüslərini yüksək qiymətləndirib. Məhz Azərbaycanın sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Görüş zamanı eyni zamanda digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!