Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
31-07-2023, 15:31
XİN Başçılarının görüşdə müzakirə etdiyi mövzular açıqlanıb


XİN Başçılarının görüşdə müzakirə etdiyi mövzular açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidanın arasında iyulun 31-də Ankarada keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Cənubi Qafqazdakı son proseslər barədə fikir mübadiləsi aparıblar.
C.Bayramov və H.Fidan, həmçinin iqtisadi və enerji sahəsindəki əməkdaşlığı, TANAP layihəsini, yeni geosiyasi reallıqları müzakirə ediblər.
“Güclü Türkiyə güclü Azərbaycandır. Güclü Azərbaycan güclü Türkiyədir”, - XİN-in paylaşımında bildirilib.
Qeyd edək ki, C.Bayramov Türkiyədə rəsmi səfərdədir.
31-07-2023, 15:11
Minsk və Tehran arasında həbi əməkdaşlıq planı imzalandı


Minsk və Tehran arasında həbi əməkdaşlıq planı imzalandı

Belarusun müdafiə naziri Viktor Xrenin İrana səfərinin məqsədi məlum olub.
Minsk və Tehran arasında 2023-cü il üçün hərbi əməkdaşlıq planı imzalanıb.
Qeyd edək ki, Belarus Müdafiə Nazirliyinin rəhbəri İranda rəsmi səfərdədir. Onun səfər zamanı bir sıra görüşlər keçirməsi planlaşdırılır.
31-07-2023, 14:45
Putinin Türkiyəyə səfəriylə bağlı açıqlama verilib


Putinin Türkiyəyə səfəriylə bağlı açıqlama verilib

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə nə zaman rəsmi səfər edəcəyi hələ məlum deyil.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında avqust ayının 2-də telefon danışığı baş tutacaq.
31-07-2023, 14:28
“Quran”ın yandırılması tamamilə qəbuledilməzdir - XİN Başçısı


“Quran”ın yandırılması tamamilə qəbuledilməzdir - XİN Başçısı

"Bir neçə gündür ki, müxtəlif yerlərdə Qurani-Kərimin yandırılması halları baş verir. Bu, tamamilə qəbuledilməzdir və biz bunu pisləyirik".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bunu bəzi qurumlar və ölkələr insan, söz azadlığı kimi qələmə verir. Hesab edirik ki, həmin ölkələr bu mövzuda ciddi addımlar atmalıdır. Çünki söz azadlığı qismində dünyada iki milyardan çox inanın hüquqları pozulur. Təəssüflər olsun ki, dünyada islamafobiya formalaşıb ki, bu da bizdə ciddi narahatlıq doğurur", - deyə XİN başçısı vurğulayıb.
31-07-2023, 14:12
Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir - Hakan Fidan


Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir - Hakan Fidan

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə etmişik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
"Bu gün Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir. Bu, hər kəs üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır. Eyni zamanda Zəngəzur dəhlizini açmır. Biz yenə də bildiririk ki, qarşı tərəflə sülh prosesini müzakirə etməyə hazırıq. Amma buna baxmayaraq, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”, - deyə XİN başçısı vurğulayıb.
31-07-2023, 14:03
Azərbaycan Laçın yoluyla bağlı nəyi lazım bilsə, onu da edə bilər - Hakan Fidan


Azərbaycan Laçın yoluyla bağlı nəyi lazım bilsə, onu da edə bilər - Hakan Fidan

“Laçın yolu Azərbaycan torpağıdır. Azərbaycan nəyi lazım bilsə, onu da edə bilər”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Laçın yolundan tibbi xidmət üçün keçidə şərait yaradılıb.
“Azərbaycana qarşı ittihamlar əsassızdır”, - deyə Fidan Ermənistana mesaj ünvanlayıb.
31-07-2023, 13:56
Güclü Türkiyə güclü Azərbaycan deməkdir - Hakan Fidan


Güclü Türkiyə güclü Azərbaycan deməkdir - Hakan Fidan

“Bir millət, iki dövlət" Azərbaycanla Türkiyənin tale birliyidir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, güclü Türkiyə güclü Azərbaycan, güclü Azərbaycan güclü Türkiyə deməkdir: “Bugünkü görüşdə bu məsələləri, o cümlədən iqtisadi əlaqələrimizi müzakirə etdik”.
H.Fidan qeyd edib ki, Türkiyə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir: "Beynəlxalq ictimaiyyət də bu məsələyə dəstək olmalıdır".
31-07-2023, 13:43
Sabiq nazir komadadır - Yayılan ölüm xəbərləri yalanlandı


Sabiq nazir komadadır - Yayılan ölüm xəbərləri yalanlandı

Surət Hüseynovun ölüm xəbəri təsdiqlənməyib.
S.Hüseynovun yaxınları bildiriblər ki, sabiq baş nazir komadadır:
"Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər".

31-07-2023, 13:40
Hikmət Hacıyev Səudiyyə Ərəbistanının XİN müavini ilə görüşdü


Hikmət Hacıyev Səudiyyə Ərəbistanının XİN müavini ilə görüşdü

Ər-Riyadda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xereyci ilə görüşü olub.
Görüş əsnasında iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev də iştirak edib.
31-07-2023, 13:23
Leysan səbəbiylə 31 mindən çox insan təxliyə edildi


Leysan səbəbiylə 31 mindən çox insan təxliyə edildi

Çinin paytaxtı Pekində güclü leysan yağışları səbəbindən 31 mindən çox insan təxliyə edilib.
Bu barədə “CCTV” telekanalı məlumat yayıb.
Sinoptiklər bildiriblər ki, şənbə günü axşam saatlarından bazar ertəsi səhərə qədər orta hesabla 157,8 mm yağıntı qeydə alınıb. Çayların daşaraq sel və torpaq sürüşməsinə səbəb olacağı gözlənilir.
Digər məlumata görə, bu gün Pekində 180-dən çox reys təxirə salınıb. Eyni zamanda, paytaxtın 350-dən çox avtomobil yolunda hərəkət dayanıb.
Bununla yanaşı, Hebei, Tyantszin vilayətlərində, eləcə də Şansi bölgəsində leysan davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!