Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
28-07-2023, 18:07
Misir problemin həllində vasitəçilik etməyə hazırdır - Sisi


Misir problemin həllində vasitəçilik etməyə hazırdır - Sisi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Sankt-Peterburqda keçirilən Rusiya və Afrika sammitindəki çıxışında bildirib ki, taxıl dəhlizi ilə bağlı sazişin yenilənməsi Afrika ölkələri üçün həyati əhəmiyyətə malikdir.
Misir Prezidenti Rusiyanın dayandırdığı taxıl anlaşması ilə bağlı deyib: “Bu məsələdə razılıq əldə olunmasını səbirsizliklə gözləyirik. Sazişin yenilənməsi həm Afrika ölkələrinin aclıq fəlakətindən xilası, həm də qiymətlərin artmasının qarşısının alınması baxımından mühümdür. Misir bu problemin həllində vasitəçilik etməyə hazırdır”.
Dünyada hökm sürən mövcud şərtlərin Afrika ölkələrinə böyük problemlər yaratdığını diqqətə çatdıran Əbdülfəttah əs-Sisi bildirib ki, qlobal kataklizmlər qitənin təhlükəsizliyini və gələcək nəsillərin hüquqlarını təhdid edir. Onun sözlərinə görə, Afrika dövlətləri öz suverenliyini möhkəmləndirməyə və hüquqlarını qorumağa, eyni zamanda, daha tez-tez baş verən münaqişələrin qarşısını almağa çalışır.
“Hazırkı qlobal böhranların fonunda ərzaq məhsulları və enerjidaşıyıcılarının qiymətlərində yüksək artım qitə ölkələrinə çox mənfi təsir göstərir”, -deyə Misir Prezidenti vurğulayıb.
28-07-2023, 17:56
Türkiyə AVRO-2032-yə birgə ev sahibliyi etmək üçün UEFA-ya müraciət göndərdi


Türkiyə AVRO-2032-yə birgə ev sahibliyi etmək üçün UEFA-ya müraciət göndərdi

İtaliya Futbol Federasiyası (FIGC) və Türkiyə Futbol Federasiyası (TFF) UEFA AVRO-2032-yə birgə ev sahibliyi etmək üçün UEFA-ya müraciət göndərib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 2021-ci ildə UEFA 2028 və 2032-ci illərdə ardıcıl iki Avropa Çempionatına ev sahibliyi etmək üçün tender prosesi başladıb. TFF hər iki yarış üçün müraciət etsə də, FIGC yalnız 2032-ci ildə ev sahibliyi üçün təklif verib. 2028-ci ildə yarışa ev sahibliyi etmək üçün: İngiltərə, Şimali İrlandiya, İrlandiya Respublikası, Şotlandiya və Uels də birgə müraciət edib.
Qeyd olunub ki, UEFA indi FIGC və TFF ilə birgə onların birgə təklifi üçün təqdim olunacaq sənədlərin tender tələblərinə uyğun olmasını təmin etmək üçün işləyəcək.
Birgə təklif bu tələblərə cavab verərsə, 2028 və 2032-ci illər üçün təyinatların aparılacağı oktyabrın 10-da keçiriləcək iclasda UEFA İcraiyyə Komitəsinə təqdim ediləcək. Məkanlar və matçların təqvimi ilə bağlı qərarlar sonrakı mərhələdə veriləcək.
28-07-2023, 17:38
DİM ixtisas üzrə imtahan proqramını təqdim etdi


DİM ixtisas üzrə imtahan proqramını təqdim etdi

Xarici dövlətlərin təhsilə aid kvalifikasiyalarının tanınması imtahanında iştirak edəcək ərizəçilərə 30 test tapşırığı təqdim olunacaq.
DİM-dən bildirib ki, onlardan 20 test tapşırığı ixtisas üzrə, 10 test tapşırığı isə sahələr üzrə bacarıq və səriştələri yoxlayan tapşırıqlardır.
İmtahanda iştirak edəcək şəxslər imtahan proqramları və tapşırıq nümunələri ilə aşağıdakı keçidlərdə tanış ola bilərlər. İxtisas üzrə imtahan proqramları:

1. Mühəndislik sahəsi üzrə;
2. Müəllimlik sahəsi üzrə;
3. Hüquqşünaslıq ixtisası üzrə.

Sahələr üzrə bacarıq və səriştələri yoxlayan test tapşırığı nümunələri:

1. Mühəndislik sahəsi üzrə;
2. Müəllimlik sahəsi üzrə;
3. Hüquqşünaslıq ixtisası üzrə.
28-07-2023, 17:21
Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəklədi


Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəklədi

Rusiyanın "Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.
Bu barədə "Vaqner"lə əlaqəli teleqram kanalları məlumat yayıb.
O, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara "Vaqner"in xidmətlərini təklif edib. Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib. "Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil", - muzdluların lideri deyir.
Niger prezident qvardiyası iyulun 27-nə keçən gecə dövlət başçısının və ailəsinin hakimiyyətdən uzaqlaşdırıldığını elan edib. Daha sonra Niger ordusunun komandanlığı üsyançılara dəstək verib.
Nigerin prezident qvardiyasının rəhbəri general Abdurahman Çiani milli televiziyada ölkədə çevriliş həyata keçirən qiyamçılar adından danışıb. Çiani özünü Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı elan edib.
28-07-2023, 17:02
Qətərdən Ukraynaya 100 milyon dollarlıq yardım


Qətərdən Ukraynaya 100 milyon dollarlıq yardım

Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırıb.
Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.
Qeyd olunub ki, ayrılan vəsait tibb, təhsil, minaların təmizlənməsi və digər humanitar layihələrə yönəldiləcək.
Qeyd edək ki, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani Ukraynada səfərdədir. O, həmkarı D.Şmıqalla görüşüb.
28-07-2023, 16:55
XİN Başçısı Tacikistanın yeni səfirini qəbul etdi


XİN Başçısı Tacikistanın yeni səfirini qəbul etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abdurahmon İlham Barotzodanı qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfir Abdurahmon İlham Barotzoda etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
Ceyhun Bayramov, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən illər ərzində qarşılıqlı hörmət, dostluq və həmrəyliyə əsaslanan münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. Bu xüsusda, əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, intensiv təmasların rolu vurğulanıb.
Səfir Abdurahmon İlham Barotzoda, səmimi qəbula və təbrikə görə nazir Ceyhun Bayramova təşəkkür edib, fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələn səyləri əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maral doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

28-07-2023, 16:43
Slovakiyada səfirliyimiz açıldı


Slovakiyada səfirliyimiz açıldı

Azərbaycanın Slovakiya Respublikasında Səfirliyi təsis edilib.
Prezidenti İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib.
Səfirlik Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşəcək.
28-07-2023, 16:20
İranda həbs olunan həmyerlimiz azadlığa buraxıldı


İranda həbs olunan həmyerlimiz azadlığa buraxıldı

Azərbaycan vətəndaşı, İranda qondarma ittihamla həbs olunan, 31 yaşlı Validə Yusifova sərbəst buraxılaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilib.
Bu barədə “Təbriz Turan” məlumat yayıb.
Qeyd edək ki, V.Yusifova 2 il 6 aya yaxın idi İranda həbsdə idi.
O, Tehranda məşhur Evin həbsxanasının qadınlar bölməsində saxlanılırdı. V.Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən saxta “casusluq” və qondarma “narkotik ticarəti” ittihamı ilə mühakimə olunmuşdu.
Xatırladaq ki, azərbaycanlı Fərid Səfərli də saxta casusluqda ittiham olunaraq İranda saxlanılır.
28-07-2023, 15:49
Azərbaycanla Türkiyə arasında əməkdaşlıq protokolu imzalandı


Azərbaycanla Türkiyə arasında əməkdaşlıq protokolu imzalandı

Azərbaycan və Türkiyə arasında imzalanan “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu iki ölkə arasında həmrəyliyin yeni bir nişanəsidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinın bağlanış mərasimində çıxışı zamanı deyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və “Turkish Aerospase” (TUSAŞ) şirkəti arasında “KAAN” layihəsinə dair əməkdaşlıq protokolu imzalanıb.
Sənədi Azərbaycan tərəfindən müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə tərəfindən isə “TUSAŞ”ın baş meneceri Temel Kotil və Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün imzalayıblar.
Protokola əsasən, Azərbaycan və Türkiyə milli döyüş təyyarələrinin istehsalı çərçivəsində mühəndislərin yetişdirilməsi nəzərdə tutulur.
28-07-2023, 15:26
Danışıqlara hazırıq, lakin məcbur edə bilmərik - Putin


Danışıqlara hazırıq, lakin məcbur edə bilmərik - Putin

Ukrayna ilə hərbi münaqişənin əsasını ABŞ və NATO-nun təhlükəsizlik təhdidlərinin yaradılması təşkil edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika plenar iclasında deyib.
O əlavə edib ki, ABŞ, NATO və Ukrayna bütün ölkələrin, o cümlədən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı danışıqlardan imtina edir.
“Biz dəfələrlə danışmışıq və mən rəsmi şəkildə bildirmişəm ki, biz danışıqlara hazırıq, lakin danışıqlara məcbur edə bilmərik”, - deyə Putin vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!