Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 7-08-2023, 20:19
Erməni terroru-1967-ci il, Xankəndi şəhəri


Erməni terroru-1967-ci il, Xankəndi şəhəri

Acı reallıqdır ki, sovet dönəmində Dağlıq Qarabağda yaşayan ermənilər Moskvadan himayə olunaraq azərbaycanlı ziyalılara qarşı təxribat və qətllər törədiblər. Bu proses yalnız 1937-ci ildə deyil, sonrakı dönəmlərdə də davam edib. Həmin qanlı hadisələr uzun müddət ictimaiyyətdən gizlədilmişdi.
Biz araşdırmalarımız və Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində daha bir maraqlı faktla rastlaşdıq. Əslən Xocalı sakini, Azərbaycan Tibb Universitetinin professoru Mübariz Qasım oğlu Allahverdiyevin şahidi olduğu hadisəni diqqətinizə çatdırırıq.
Mən Mübariz Allahverdiyev 1966-cı ildə N. Nərimanov adına Dövlət Tibb İnstitutunu bitirdikdən sonra öz istəyimlə Dağlıq Qarabağa təyinat aldım. O zaman DQMV-nin səhiyyə şöbəsinin müdiri olan Atayan soyadlı erməni məni ərazidə yerləşən tibb ocaqlarından heç birinə işə götürmədi. Müxtəlif bəhanələr gətirərək bildirdilər ki, yerimiz yoxdu. Sonradan mən öyrəndim Xankəndi Səhiyyə şöbəsinin müdiri olan həmin erməni Atayan Azərbaycan Səhiyyə Nazirliyinə deyil, birbaşa Ermənistanın Səhiyyə nazirliyi ilə əməkdaşlıq edir. O, yaxın çevrəsinə bildirib ki, səhiyyə sahəsindəki bu yerlər ermənilər üçündür.
Mən çox çətinliklə Dağlıq Qarabağdakı Əsgəran rayonu Naxçıvanik kəndində 1966-cı ildə həkim kimi fəaliyyətə başladım. O zaman Moskvadan və İrəvandan təlimatlar alan ermənilər separatizmi qızışdırırdılar. Demək olar ki, istəklərinə nail oldular. Bir faktı demək istərdim. 1967-ci ilin iyul ayının əvvəllərində Xankəndində ermənilərin törətdiyi qanlı terror aktını yaxşı xatırlayıram. Xocavənd rayonunun Qarakənd məktəbinin direktoru Ərşad Daşdəmir oğlu Məmmədov və Ələmşah Xanlar oğlu Məmmədov Xankəndində erməni təzyiqləri və təhdidləri nəticəsində ölüm cəzasına məhkum edilmişdilər.
Sonradan məhkəmə zalından çıxarılan məktəbin direktoru Ərşad Daşdəmir oğlu Məmmədov və Şuşa həbsxanasının iki əməkdaşı küçədə qəflətən erməni hücumuna məruz qalırlar. Hər üç şəxs diri-diri yandırılaraq öldürülüb. Ermənilər əsas səbəb kimi onu bildirirdilər ki, erməni uşağını məktəbin direktoru Ərşad müəllim öldürüb. O zaman erməni təxribatına çox görkəmli bir azərbaycanlı ziyalı qurban gedib. Çox acınacaqlı məqamdır ki, orada yaşayan, dövlət strukturlarında çalışan azərbaycanlılar bu qətlin qarşısını ala bilmədilər.
Sonradan mən Xankəndinə gedib azərbaycanlı dostlarımla birlikdə hadisə yerinə baş çəkdik və eşitdik ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsindən bir qrup nümayəndə heyəti faciənin səbəblərini araşdırmaq üçün Qarabağa gəlib. Öyrəndik ki, nümayəndə heyətinə adını ilk dəfə eşitdiyimiz general Heydər Əliyev rəhbərlik edir. Qısa zamanda DQMV-yə yayıldı ki, Heydər Əliyev araşdırma apararaq tam sübuta yetirib ki, erməni uşağını azərbaycanlı Ərşad müəllim yox, uşağın atasının yaxın dostu, erməni millətindən olan, orta məktəb müəllimi milli zəmində ixtişaş yaratmaq və DQMV-ni Ermənistana birləşdirmək məqsədilə bu qətlı törədib. Uşağın atası bunu bildikdən sonra erməni millətinə nifrətini gizlətmədi.
Tibb Universitetinin professoru Mübariz Allahverdiyev onu da bildirdi ki, məhz Ulu öndər Heydər Əliyev ondan sonra Azərbaycana rəhbərliyi dövründə Dağlıq Qarabağdakı erməni separatizminə son qoyuldu. Yalnız 1988-ci ildə keçmiş SSRİ miqyasında baş verən hadisələrin və erməni separatizminə böyük dəstək nəticəsində vəziyyət yenidən gərginləşdi.

Araşdırma qrupu


Paylaş



Bölmə: Kriminal / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!