AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 1-04-2022, 12:25
“Azəriqaz”dan Xankəndi ilə bağlı növbəti - Açıqlama
“Azəriqaz”dan Xankəndi ilə bağlı növbəti - Açıqlama

Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazisidir və əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdə qaz infrasturkturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb:
“Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır, viran edilmişdir”.
T.Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində Azəriqaz İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb:
“Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.


Paylaş



Bölmə: Sosial / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!