18 yaşlı qız su arxında boğuldu .....                        İşbazlar avtomobili baha satmaq üçün hiyləgərliyə əl atırlar - VİDEO .....                        Blinkenin müavini Ermənistanda səfərdədir .....                        NATO-dan Bakı və İrəvana dəstək mesajı .....                        Ermənistanın nazınca çox oynadılar... .....                        AXCP seçkidə iştirak etməyəcək .....                        Zelenski İrlandiyada səfərdədir .....                        Məhkəmə İmran Xan barəsində hökmü ləğv etdi .....                        Lənkəranda mağazada iş adamın meyiti tapılıb .....                       
30-08-2023, 13:11
Bu ölkədə TikTok-a qadağa qoyuldu


Bu ölkədə TikTok-a qadağa qoyuldu

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq. Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.
Nazirlikdən verilən məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.
Mədəniyyət Nazirliyi bildirib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən “TikTok” sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.
Mədəniyyət Nazirliyi bu sosial şəbəkənin məzmunu ilə bağlı monitorinq keçirib və məlum olub ki, platforma tərəfdən uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatlara çıxışın məhdudlaşdırılması, habelə məlumat əldə edərkən yaş kateqoriyasına nəzarət funksiyaları kimi TikTok tətbiqi tətbiq edilmir.
30-08-2023, 13:01
TEKNOFEST-də ordumuzun Su-25 qırıcıları xüsusi diqqət çəkdi


TEKNOFEST-də ordumuzun Su-25 qırıcıları xüsusi diqqət çəkdi

Türkiyənin paytaxtı Ankara şəhərində TEKNOFEST sərgisi başlayıb.
Dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı hesab edilən sərgidədə müdafiə şirkətləri, elm ocaqları və araşdırma mərkəzləri öz məhsullarını təqdim edirlər.
İlk dəfə 2018-ci ildə keçirilən TEKNOFEST bu il Türkiyədə 7-ci, ümumilikdə isə biri Azərbaycanda olmaqla 8-ci dəfə keçirilir.
Sərgidə Azərbaycan ordusunun Su-25 qırıcıları xüsusi diqqət çəkib. Su-25 ML "Laçın" adlandırılan təyyarə Türkiyədə modernləşdirilib.


30-08-2023, 12:52
Rusiya və Belarus prezidentləri arasında telefon danışığı apardı


Rusiya və Belarus prezidentləri arasında telefon danışığı apardı

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Telefon danışığı zamanı Putin Belarus prezidentini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib.
"Söhbətin gedişində Rusiya-Belarus müttəfiqliyini və strateji tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı niyyət təsdiqlənib", - məlumatda deyilir.
Bundan əvvəl Rusiya prezidenti Aleksandr Lukaşenkoya təbrik teleqramı göndərib.
30-08-2023, 12:33
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında avqustun hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
30-08-2023, 12:16
Dəhşətli qəza: Yolu keçən 2 qadın “Mercedes”in altında qaldı


Dəhşətli qəza: Yolu keçən 2 qadın “Mercedes”in altında qaldı

Bakının Yasamal rayonunda yolu keçmək istəyən 2 qadını maşın vurub.
Hadisə Mətbuat prospektində baş verib.
V.Göyüşov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1966-cı il təvəllüdlü Təranə Ocaqverdiyeva və 1981-ci il təvəllüdlü Gülnamə Şəmmədovaya ağır xəsarət yetirib. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.
Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı Yasamal polisində araşdırma aparılır.
30-08-2023, 12:02
Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyənlərə şans verildi


Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyənlərə şans verildi

Dövlət İmtahan Mərkəzi 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək.
Bu barədə DİM-dən xəbər verilib.
Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, və Şirvan şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
30-08-2023, 11:38
Əsirlikdə sağ olduğu təsdiqlənən 54 nəfər soydaşımız sonradan öldürülüb


Əsirlikdə sağ olduğu təsdiqlənən 54 nəfər soydaşımız sonradan öldürülüb

1998 və 2001-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən təqdim edilmiş məktublarda 54 nəfər azərbaycanlının adı keçmiş və sağ olduğu təsdiqlənib.
Bu barədə Azərbaycan Ombudsmanı tərəfindən Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatda qeyd olunub.
Bildirilib ki, sözügedən məktublarda Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və Azərbaycan Respublikasının bu ölkə tərəfindən işğal edilmiş Qarabağ ərazisində saxlanıldıqları yerlərdə BQXK tərəfindən baş çəkilib və onlar bu qurumun rəsmi qeydiyyatına alınıblar.
"Lakin sağ olduqları təsdiq edilmiş həmin 54 nəfər də daha sonradan Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən qətlə yetirillib. Onlardan sadəcə 17 nəfərinin nəşi qaytarılıb, 6-sı qadın olmaqla, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, nəşləri qaytarılmayıb, 4 nəfərin sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. Bu isə ciddi insan hüquqları pozuntusudur", - hesabatda vurğulanıb.
30-08-2023, 11:14
Ermənilər Edillidə azərbaycanlıları 3 metr dərinlikdə basdırıbmış


Ermənilər Edillidə azərbaycanlıları 3 metr dərinlikdə basdırıbmış

Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında Xocavənd rayonunun Edilli kəndində aşkar edilən kütləvi məzarlıqda Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub.
Bu, Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində, xüsusən Xocavənd, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı məlumatlar var.
“Bugünədək Kəlbəcər rayonunun Başlıbel, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Seyidəhmədli kəndlərində və adıçəkilən rayonların digər yaşayış məntəqələrində bu cür məzarlar aşkarlanıb.
Aşkar edilən kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlıların amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirildiyini, nəşlərinin kütləvi şəkildə basdırıldığını deməyə əsas verir. Eləcə də Edillidə tapılmış məzarlıqda basdırılmış Azərbaycan hərbi qulluqçularının əl və ayaqlarının məftil və ya kəndirlə bağlanması kimi faktlar aşkarlanıb”.
Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlandığı da əlavə olunub: “Fərrux kəndi yaxınlığında tapılmış qalıqların ekspertizası nəticəsində Ermənistan tərəfinin iddialarının əksinə olaraq, insanların heç bir qəbirüstü abidə və ya tanınma lövhəsi olmadan dəfn edildiyi və antropoloji təhlilə əsasən həmin insan qalıqlarının Azərbaycan türklərinə aid olduğu üzə çıxarıb.
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 62 nəfər Azərbaycan hərbçisi Birinci Qarabağ müharibəsi zamanı 1992 – 1993-cü illərdə Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Eyni zamanda, toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonunun Pirlər kəndində 46, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb”.
Hesabatda Şuşada da bugünədək bir neçə kütləvi məzarlıq aşkarlandığı qeyd olunub: “Xüsusilə Şuşa həbsxanası ərazisində aşkarlanmış məzarlıqlarda insanlara işgəncə verilməsinin izləri aşkarlanmış, baş və bədənin ayrı basdırılması, qarın boşluğunda mismarların olması və s. kimi hallar məlum olmuşdur. İnsan qalıqlarının tapıldığı bu cür kütləvi dəfn yerlərindən sonuncusu isə çirkab quyusunda aşkarlanıb”.
Həmçinin vurğulanıb ki, ümumilikdə, azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb.
“Bugünədək aparılmış eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilərək onların qalıqları ailələrinə təhvil verilərək adətlərə uyğun şəkildə dəfn mərasimləri keçirilib. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə, qalanlar isə hərbi qulluqçulara aid olub. Aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir və Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini bir daha sübut edir”.
30-08-2023, 10:35
Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarıyla görüşdü


Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarıyla görüşdü

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının insan hüquqları üzrə komissarı Dünya Miyatoviç ilə görüşüb.
Tərəflər Laçın dəhlizi ilə bağlı müzakirələr ediblər.
Həmçinin Qarabağ ətrafında fikir mübadiləsi aparılıb.
30-08-2023, 10:17
Putin belarus həmkarını ad günü münasibətilə təbrik etdi


Putin belarus həmkarını ad günü münasibətilə təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib. Təbrik teleqramında deyilir:
"Əminəm ki, birgə səylərlə biz istənilən çətinlikləri dəf edə və çoxşaxəli Rusiya-Belarus əməkdaşlığının, o cümlədən İttifaq dövləti formatında daha da genişlənməsini təmin edə biləcəyik".
Qeyd edək ki, bu gün Belarus prezidentinin 69 yaşı tamam olur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!