Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
29-08-2023, 13:24
İraqda qəza: İranlı zəvvarları daşıyan avtobus aşdı


İraqda qəza: İranlı zəvvarları daşıyan avtobus aşdı

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb.
Bu barədə məlumatı İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri açıqlayıb.
Onun sözlərinə görə, avtobusun aşması nəticəsində Ərbəin ziyarətinə yollanan 20 iranlı zəvvar həlak olub, çox sayda insan isə yaralanıb.
Yaralılar arasında üç azyaşlının da olduğu qeyd olunub.
Qəzanın səbəbləri açıqlanmayıb.
29-08-2023, 13:09
Sabahın havası - Yağış yağacaq, şimşək çaxacaq


Sabahın havası - Yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında avqustun 29-u axşamdan 30-u səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Şimal-qərb küləyinin 15-18 m/s, gecəyə doğru arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 24-28 dərəcə isti olacağı gözlənilir.
29-08-2023, 12:49
Ukrayna-Belarus sərhədində partlayış


Ukrayna-Belarus sərhədində partlayış

Ukrayna-Belarus sərhədində tank əleyhinə minalar partlayıb.
Bu barədə NEXTA məlumat yayıb.
Partlayış Ukrayna tərəfdə, Belarusun Sloveçno keçid məntəqəsindən 800 metr aralıda baş verib.
Versiyalardan biri ildırım vurmasıdır. Partlayış nəticəsində dəmir yolu dağılıb, körpünün dayaqları zədələnib. Zərərçəkənlər barədə məlumat yoxdur.
29-08-2023, 12:27
İmran Xanın cəzası ertələndi


İmran Xanın cəzası ertələndi

İslamabad məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanın cəzasını ertələyib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Belə ki, məhkəmə onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.
Qeyd edək ki, bu ilin 9 mayında İmran Xan barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı məhkəmə iclasında iştirak etmək üçün gələn zaman silahlı polislər tərəfindən saxlanılıb.
Həbs edilməsindən sonra İmran Xanın lideri olduğu Təhrik-i-İnsaf partiyası tərəfdarlarını etiraz etməyə çağırıb. Bundan bir neçə saat sonra Lahor, Kəraçi və Pişəvər də daxil olmaqla bir sıra şəhərlərdə zorakılıq halları baş qaldırıb.
Mayın 11-də Pakistan Ali Məhkəməsi sabiq Baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.
Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.
Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.
28-08-2023, 21:20
“Neftçi” mövsümün ilk qələbəsini qazandı


“Neftçi” mövsümün ilk qələbəsini qazandı

Azərbaycan Premyer Liqasında IV turunun növbəti oyunu “Neftçi Arena”da keçirilib.
“Neftçi” xal üzünə həsrət qalan “Qəbələ”ni qəbul edib.
“Qəbələ”ni 2:0 hesabı ilə məğlub edərək, mövsümdə ilk qələbəsini qazanan “Neftçi” xallarının sayını 5-ə yüksəldib. Ardıcıl 4-cü yenilgisini alan “qırmızı-qaralar” isə sonuncu pillədə qalıblar.
Turun əvvəlki oyunlarında “Səbail” səfərdə “Turan Tovuz”a 3:1, “Zirə” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. “Araz-Naxçıvan”la “Sumqayıt” isə heç-heçə (1:1) ediblər.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Kəpəz” (20:45) matçı ilə yekun vurulacaq.
28-08-2023, 17:36
Fransa Prezidenti İlham Əliyevə zəng etməyi düşünür


Fransa Prezidenti İlham Əliyevə zəng etməyi düşünür

Fransa Prezidenti Emmanuel Makron bu həftə Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacağını və Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik təşəbbüslə çıxış edəcəyini bildirib.
Bu barədə Yelisey sarayının Twitter-dəki rəsmi hesabında bildirilib.
“Bu həftə mən baş nazir (Ermənistan) Paşinyan və Prezident (Azərbaycan) Əliyevlə danışacağam”, - Makron səfirlər konfransı zamanı deyib.
O, konfrans zamanı “Laçın humanitar dəhlizi” ifadəsini səsləndirib. Fransa prezidentinin sözlərinə görə, o, “dəhliz”lə bağlı müqavilələrə tam əməl olunmasını tələb edəcək, eləcə də Azərbaycana təzyiqləri artırmaq üçün beynəlxalq arenada yeni diplomatik təşəbbüslə çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə artıq cavab verib.
A.Hacızadə bildirb ki, Makronun bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.
28-08-2023, 17:21
Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayıldı


Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayıldı

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə xəbərlərin təkzib edilməsindən sonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri barədə xəbərlər yayılıb.
Qərb və Rusiya mənbələri Ərdoğanın səfər tarixi barədə müxtəlif məlumatlar yayıb.
"Bloomberg" agentliyi Türkiyə rəsmilərinə istinadən bildirib ki, Ərdoğan taxıl müqaviləsini müzakirə etmək üçün sentyabrın 8-də Rusiyada Putinlə görüşməyi planlaşdırır. Mənbə qeyd edib ki, Türkiyə lideri Rusiyaya Dehlidə “G-20” qrupunun 9-10 sentyabrdakı sammitindən əvvəl səfər etməyi düşünür.
Bundan əvvəl TASS informasiya agentliyi səfərin sentyabrın 4-də baş tutacağını yazıb. Agentliyin məlumatına görə, görüş Soçi şəhərində baş tutacaq.
Türkiyə mətbuatının yazıdığına görə, Putin və Ərdoğanın görüşündə Zəngəzur dəhlizi də müzakirə ediləcək. Eyni zamanda Türkiyə-Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək mövzulardan biri olacaq. Eyni zamanda Qarabağ məsələsi ətrafında da müzakirə olacaq.
28-08-2023, 17:10
XİN Makrona xəbərdarlıq etdi


XİN Makrona xəbərdarlıq etdi

28 avqust tarixində Fransa Prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi bölgə üzrə mövcud vəziyyətə dair yanlış təəssürat formalaşdıran və Ermənistanı birtərəfli qaydada müdafiə edən qərəzli fikirləri sülh prosesinə xələl gətirir.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa Prezidenti E.Makronun səfirlər konfransında səsləndirdiyi fikirlərə dair şərhində əksini tapıb.
Fransa Prezidentinin növbəti dəfə bölgədə humanitar vəziyyət barədə iddiaları əsas götürərək fikirlər səsləndirməsi bu ölkənin siyasətinin yanlış olduğunu bir daha sübut edir.
Azərbaycana qarşı 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və təcavüz əməllərini qınamayan, işğal nəticəsində 1 milyona yaxın qaçqın və məcburi köçkünün humanitar vəziyyətinə dair heç bir şərh verməyən Fransa tərəfinin indi Azərbaycanın BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz torpaqlarının azad edilməsi ilə nəticələnən 2020-ci il 44 günlük Vətən müharibəsini qınaması, eləcə də bölgədə humanitar vəziyyət ilə bağlı iddialara çıxışında xüsusi vurğu etməsi anlaşılan deyil.
Fransa Prezidentinin leksikonunda “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, bu istiqamətdə təzyiq dili ilə danışması qəbuledilməzdir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
Laçın yolundan və sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinin keçdiyi, Azərbaycan tərəfindən erməni sakinlərə yüklərin daşınması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolların ayrıldığı, bütün bu səylərə baxmayaraq, bu yollardan istifadənin Ermənistan və özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən siyasiləşdirilməsi Fransa tərəfinə yaxşı məlumdur. Bu istiqamətdə cari ilin avqust ayının əvvəlində əldə olunmuş razılıqların icrasını təşviq etmək əvəzinə erməni tərəfinin təhrikçi addımlarına dəstək verən fikirlərə çıxış zamanı yer verilməsi prosesə birbaşa maneçilik törədən amillərdəndir.
Praqada Avropa İttifaqı missiyasının və 1991-ci il Alma-Ata bəyannaməsi çərçivəsində sərhədlərin tanınması təşəbbüsünün müəllifliyinin Fransa tərəfinin olduğunu bildirən Fransa tərəfinin, nəyə görə Azərbaycan əraziləri işğal altında olan 30 ilə yaxın bir dövrdə bu kimi təşəbbüslərlə çıxış etmədiyi sualına da cavab verməsi daha faydalı olardı.
Azərbaycan tərəfi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında qərarlıdır və bu prosesə maneçilik törədən bütün kənar müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.
28-08-2023, 16:58
Müdafiə naziri Metin Gürakla görüşdü


Müdafiə naziri Metin Gürakla görüşdü

Avqustun 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan müdafiə naziri ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
General-polkovnik Z.Həsənov “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı xəbərdən kədərləndiyini qeyd edərək Türkiyə tərəfinə başsağlığı verib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən uğurlu işlərdən danışıb və göstərilən dəstəyə görə qardaş ölkəyə təşəkkürünü bildirib.
Bu gün Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlərin görüldüyü qeyd edilib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu vardır.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Gürak Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daima yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hərbi əməkdaşlığımızın birliyimizi daha da gücləndirdiyini və gələcəkdə yeni imkanlar açdığını qeyd edib.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin tarix boyu mövcudluğu qeyd olunub və bundan sonra da daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

28-08-2023, 16:39
İranda neft kəməri partladı


İranda neft kəməri partladı

İranın Hörmüzqan vilayətində neft kəmərində partlayış baş verib.
Bu barədə IRNA agentliyi məlumat yayıb.
İranın Gənc Jurnalistlər Klubunun məlumatına görə, vilayətin Bəndər Xəmir şəhərində neft kəmərindən yanacaq oğurlamaq məqsədilə iki şəxs deşik açmağa cəhd edib və bunun nəticəsində partlayış olub.
Partlayış nəticəsində 2 nəfər ölüb. Məlumata görə, partlayış yerində “Pride” markalı avtomobil də yanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!