Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-09-2023, 22:38
Hakan Fidan ABŞ Dövlət katibiylə görüşdü


Hakan Fidan ABŞ Dövlət katibiylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ
Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, xarici siyasət idarəsinin rəhbərləri ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.
22-09-2023, 22:12
FHN erməniəsilli əhali üçün min yerlik çadır qurdu


FHN erməniəsilli əhali üçün min yerlik çadır qurdu

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.
Fotolarda erməniəsilli sakinlərin çadırlardan istifadə etdiyi əks olunub.
Məlumata görə, çadırlar Kəlbəcər, Füzuli və Ağdam rayonlarında yerləşdirilib. Sakinlərə xidməti polis əməkdaşları göstərib.

22-09-2023, 21:47
XİN Başçısı Nyu Yorkda keçirilən iclasa sədrlik etdi


XİN Başçısı Nyu Yorkda keçirilən iclasa sədrlik etdi

Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Qoşulmama Hərəkatı (QH) – “77-lər Qrupu” və Çin Birgə Kordinasiya Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib və tədbirdə çıxış edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Ceyhun Bayramov çıxışında JCC-nin 9 ildən sonra öz fəaliyyətini bərpa etməsinin tarixi hadisə olduğunu, Azərbaycanın QH-yə sədrliyi dövründə JCC-nın canlandırılmasını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etdiyini və Kubadan olan həmkarlar ilə məhsuldar əməkdaşlıq sayəsində ölkəmizin JCC-nin iclasını təşkil etməyə nail olduğunu diqqətə çatdırıb.
Nazir cari ilin iyul ayında QH-nin Əlaqələdirmə Bürosunun Bakı şəhərində keçirilmiş Nazirlər İclasında üzv ölkələrin beynəlxalq iqtisadiyyat, ticarət və maliyyə məsələlərində inkişaf etməkdə olan ölkələrin rolunun artırılması üçün QH və “77-lər qrupu” və Çin arasında əlaqələdirmənin gücləndirilməsinə ehtiyacın olduğunu bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, Azərbaycanın Uqandanın paytaxtı Kampala şəhərində 2024-cü ilin yanvar ayında “77-lər qrupu” və Çinin Üçüncü Cənub Sammitinin və QH-nin On Doqquzuncu Sammitinin keçirilməsini səbirsizliklə gözlədiyini və bunun JCC çərçivəsində “77-lər qrupu” və QH arasında Cənub-Cənub Əməkdaşlığını daha da gücləndirəcəyini nümayiş etdirdiyi vurğulanıb.
Nazir həmçinin Bakı şəhərində keçirilən 2023 Nazirlər görüşündə, QH üzv ölkələrinin baş qərargahı inkişaf etməkdə olan ölkədə yerləşəcək Cənub-Cənub əməkdaşlığının üçün BMT-nin İxtisaslaşmış Agentliyinin yaradılması ilə bağlı “77-lər qrupu” və Çin ilə işləyəcəkləri barədə razılığa gəldiklərini bildirib. Cənub-Cənub Əməkdaşlığının inkişaf etməkdə olan ölkələrin həmrəylik prinsipi əsasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birgə fəaliyyətlərini əks etdirdiyi diqqətə çatdırılıb.
22-09-2023, 21:17
İdmaçımız üçüncü dəfə dünya çempionu oldu


İdmaçımız üçüncü dəfə dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.
O, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.
31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.
22-09-2023, 21:13
Ceyhun Bayramov rusiyalı həmkarıyla görüşdü


Ceyhun Bayramov rusiyalı həmkarıyla görüşdü

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş başlayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün telegram kanalında bildirib.
Diplomat qeyd edib ki, danışıqlar rəsmi Bakının Qarabağda Rusiya sülhməramlılarının ölümünə görə üzrxahlıq etməsi ilə başlayıb.
22-09-2023, 20:48
Ermənilər sülhməramlıların nəzarəti altında silahlarını təhvil verdi


Ermənilər sülhməramlıların nəzarəti altında silahlarını təhvil verdi

Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başladılar.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - Nazirlik qeyd edib.
22-09-2023, 20:35
Türkiyə və İsrail XİN rəhbərləri görüşdü


Türkiyə və İsrail XİN rəhbərləri görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Baş Assambleyası çərçivəsində israilli həmkarı Eli Koenlə gölüb.
Məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.
Görüş Nyu-Yorkdakı “Türk evi”ndə baş tutub.
Nazirlər ikitərəfli əlaqələr və regional inkişaflar, xüsusilə iqtisadiyyat, turizm və konsulluq məsələlərini müzakirə ediblər.
22-09-2023, 20:22
Şəhidlik zirvəsinə ucalan hərbiçimizin vəsiyyəti həyata keçirildi


Şəhidlik zirvəsinə ucalan hərbiçimizin vəsiyyəti həyata keçirildi

Sosial şəbəkələrdə Cəlilabad rayonunun Çünzəli
kəndindən olan şəhidimiz Nəcməddin Quliyevin görüntüləri yayılıb.O, videoda son vəsiyyətini deyib.
Hərbçimiz şəhid olacağı təqdirdə, ailəsinə ödəniləcək 11 min manat vəsaitlə kəndin yollarının asflatlanmasını vəsiyyət edib.
Şəhidin vəsiyyəti yerinə yetirilib.
Belə ki, dövlətin dəstəyi ilə şəhidin kəndinin yollarına asfalt örtüyü çəkilib.
22-09-2023, 19:59
Ağdam-Xankəndi yoluyla göndərilən yük geri qayıtdı


Ağdam-Xankəndi yoluyla göndərilən yük geri qayıtdı

Sentyabrın 22-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib.
İçərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb.
Bundan sonra da bu kimi humanitar məqsədli yüklərin çatdırılması təmin olunacaq.
22-09-2023, 19:36
Qarabağdakı seperatçılar tərksilah edilməyə başlayıb


Qarabağdakı seperatçılar tərksilah edilməyə başlayıb

Qarabağdakı separatçı hərbi dəstələrin tərkisilah edilməsinə başlanılıb.
Bu barədə Rusiya sülhməramlı kontingentinin yaydığı məlumatda bildirilir.
Vurğulanır ki, proses antiterror tədbirlərinin dayandırılmasına dair razılaşmaların icrası məqsədilə Rusiya hərbi qulluqçularının nəzarəti altında həyata keçirilir.
Həmçinin, Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı qanunsuz erməni silahlı dəstələri öz postlarını tərk edir.
Qeyd olunur ki, bu günə kimi 800-dən çox atıcı silah, qumbaraatan və minaatanlar, eləcə də digər silahlar təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!