Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
23-09-2023, 23:32
BBC-də antiterror tədbirləriylə bağlı reportaj və müsahibə yayımlandı


BBC-də antiterror tədbirləriylə bağlı reportaj və müsahibə yayımlandı

Böyük Britaniyanın BBC radiosunun Dünya Xidməti “Həftəsonu” verilişində Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyətlə bağlı reportaj və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla müsahibə yayımlanıb.
E.Əmirbəyov müsahibəsində, ilk növbədə, son günlərdə antiterror tədbirləri dayandırıldıqdan sonra görülən işlərə, Qarabağın erməni əhalisinə göstərilən humanitar yardıma diqqət çəkib. Qeyd edilib ki, Azərbaycan tərəfi bölgədəki erməni əhalisinin reinteqrasiyası üçün ardıcıl addımlar atır, eyni zamanda, humanitar vəziyyəti yaxşılaşdırmaq məqsədilə əraziyə ərzaq, dərman və digər zəruri malların çatdırılması həyata keçirilir. Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton yük artıq yerli erməni əhalisinə paylanılıb, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə yaralıların daşınması təmin edilib. Xüsusilə diqqətə çatdırılıb ki, Qarabağda erməni əhalisinin sayı şişirdilmiş şəkildə 120 min nəfər təqdim olunsa da, reallıqda orada yaşayanların sayı 50 min nəfərdən çox deyil.
Xüsusi tapşırıqlar üzrə nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsini, silahlı birləşmələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasını istəyir. Bu proses artıq başlayıb və ilk silahlı dəstələr tərk-silah edilir. Bildirilib ki, könüllü təslim olan silahlılar, həmçinin mülki əhalinin Ermənistan ərazisinə sərbəst keçidi təmin olunacaq, vəziyyət tədricən sabitliyə doğru irəliləyəcək. Etimadın “bazardan satın alınmadığını” bildirən E. Əmirbəyov bu prosesin etimad üzərində qurulmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli əhali ilə birbaşa təmas bu etimadın qurulmasını hədəfləyir. Vurğulanıb ki, Azərbaycanın mülki əhali ilə heç bir problemi olmayıb və yoxdur, əsas hədəf Azərbaycan xalqının həyatı üçün riskə çevrilən qanunsuz silahlı birləşmələr və terrorçu qruplaşmalar idi. Bu proses isə artıq başa çatıb. İndi isə əmin olmaq lazımdır ki, erməniəsilli mülki əhali bütün lazımi tələbat malları (ərzaq, dərman, yanacaq, elektrik enerjisi və sair) ilə təmin olunacaqlarını bilsinlər. Bütün bunlar Azərbaycan hökumətinin təmin etməyə hazır olduğu məsələlərdir.
23-09-2023, 22:53
İrəvanda keçirilən etiraz aksiyalarının 49 iştirakçısına cinayət işi açıldı


İrəvanda keçirilən etiraz aksiyalarının 49 iştirakçısına cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi İrəvanda keçirilən kütləvi etiraz aksiyalarının 49 iştirakçısına qarşı cinayət işi açıb.
Bu barədə “Armenian News” məlumat yayıb.
Aksiya iştirakçıları kütləvi iğtişaşlarda iştirakda, zorakılığa açıq çağırışlarda, ziyan vurmaqla xuliqanlıqda, insanlara qarşı zorakılıqda, qeyri-qanuni bıçaq gəzdirməkdə, polisin işinə müdaxilədə ittiham olunurlar.
Qeyd edək ki, bu gün etirazların başlamasının beşinci günü İrəvanda hökumət binası yaxınlığında toplaşan 19 nəfər saxlanılıb.
23-09-2023, 22:20
Qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazırıq - XİN


Qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazırıq - XİN

Azərbaycan, Ermənistanın destruktiv mövqeyindən irəli gələn bütün ciddi çağırışlara baxmayaraq, iki ölkənin legitim maraqlarına bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında Ermənistanla əsl dialoqa və danışıqlara hazır olduğunu bir daha təsdiqləyir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
“Biz, həm Azərbaycan, həm də Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkanın mövcudluğuna hələ də qəti şəkildə inanırıq”, - deyən nazir diqqətə çatdırıb ki, bu fürsətdən istifadə etməyin vaxtı çatıb.
C.Bayramov vurğulayıb ki, Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı şifahi bəyanatları əməli addımlara çevrilməlidir.
23-09-2023, 21:49
Ermənilər Ağdərədəki yaşayış evlərini kütləvi şəkildə yandırır


Ermənilər Ağdərədəki yaşayış evlərini kütləvi şəkildə yandırır

Sentyabrın 23-də saat 19:35 radələrində Ordumuzun texniki müşahidə vasitələri tərəfindən Ağdərə istiqamətində yaşayış evlərinin erməni sakinlər tərəfindən kütləvi şəkildə yandırılması qeydə alınıb.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

23-09-2023, 21:08
Rusiya sülhməramlı kontingenti hər bir işdə öz töhfəsini verəcək - Lavrov


Rusiya sülhməramlı kontingenti hər bir işdə öz töhfəsini verəcək - Lavrov

Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.
"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Ən mümkün yol da budur”, - nazir bildirib.
S.Lavrov qeyd edib ki, Brüssel hazırda Vaşinqtonla birgə Azərbaycan və Ermənistana Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən vasitəçilik təklif edir.
23-09-2023, 20:51
70 ton humanitar yük BQXK karvanıyla Laçın yolu ilə keçib


70 ton humanitar yük BQXK karvanıyla Laçın yolu ilə keçib

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri üçün nəzərdə tutulan təqribən 70 ton humanitar yük Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) karvanıyla Laçın yolu ilə keçib.BQXK məlumat yayıb.
Ehtiyacı olan icmalar üçün nəzərdə tutulan humanitar yükə 66 ton un, 2 700 kq duz, 450 kq quru maya və 375 litr günəbaxan yağı daxildir.
BQXK komandası həmçinin döyüşlərdə yaralanmış 17 nəfərin tibbi təxliyəsini də həyata keçirib.
Məlumatda bildirilir ki, BQXK humanitar fəaliyyətlə bağlı bütün iştirakçılarla dialoq aparır. Bununla yanaşı, itkin düşən şəxslərin axtarışı davam edir, onların ailələri ilə əlaqə saxlanılır.
23-09-2023, 20:23
Artıq kifayət qədər döyüş sursatı, silahlar təcrid edilib - MN


Artıq kifayət qədər döyüş sursatı, silahlar təcrid edilib - MN

Hazırda Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlı kontingenti ilə qarşılıqlı əlaqə və sıx əməkdaşlıqla silahların, döyüş sursatlarının qəbul edilməsi prosesini həyata keçirir.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov lokal əks-terror tədbirləri keçirildiyi dövrlərdə tərkedilmiş və qeyri-qanuni erməni silahlı birləşmələrinə məxsus döyüş mövqelərindən birində jurnalistlərə açıqlamasında deyib.
"Artıq kifayət qədər döyüş sursatı, döyüş texnikası və silahlar təcrid edilib. Burada olduğumuz müddətdə sizi onların bir qismi ilə də tanış edəcəyik. Eyni zamanda, hazırda burada Azərbaycanda səfərdə olan atteşələrin, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edir. Onlar da sözügedən silah-sursat və hərbi texnika ilə tanış olacaqlar. Qeyd edim ki, silahlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən təhvil alınır", - Anar Eyvazov qeyd edib.
23-09-2023, 20:06
XİN Başçısı erməni seperatçılarının əməllərindən danışdı


XİN Başçısı erməni seperatçılarının əməllərindən danışdı

2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan, Azərbaycanın suveren ərazisində, Laçın yoludan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib.
Bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.
Nazir qeyd edib ki, bu dövrdə biz danışıqlar apararkən, normallaşma prosesində iştirak edən bütün beynəlxalq aktorlar və daha geniş beynəlxalq ictimaiyyətin diqqətini ardıcıl olaraq Ermənistanın öz öhdəliklərini yerinə yetirməməsindən irəli gələn ciddi təhlükəyə cəlb etdik və bunu sülh yolu ilə nizamlanmağa çağırılıb: “Qanuni və faktlara əsaslanan narahatlıqlarımız bağlı qapılar arxasında qəbul olunsa da, Ermənistanı öhdəliklərini yerinə yetirməyə inandırmaq üçün real addımlara və məqsədyönlü ictimai mesajlara çevrilmədi.
Nəticə etibarı ilə Ermənistan özünü ruhlanmış hiss etdi və Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğa və yenidən "təmas xətti" məntiqinə əsaslanan status-kvonu seçməyin daha yaxşı olacağı illüziyasına qapıldı.
Ermənistan bütün dünyada Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş manipulyasiya və dezinformasiya kampaniyasına və daxili işlərə açıq müdaxilə yolu ilə gərginliyi qızışdırmağa davam etdi".
23-09-2023, 19:36
İdmançımız erməni rəqibinin üzərində qələbə qazandı


İdmançımız erməni rəqibinin üzərində qələbə qazandı

Güləşçimiz Olimpiya Oyunlarına lisenziya qazanıb.
Bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.
20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.
Ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlmişdi.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.
23-09-2023, 18:34
Dövlət Başçısı Klaarı qəbul etdi


Dövlət Başçısı Klaarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Görüşdə regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
Toivo Klaar dövlətimizin başçısının Azərbaycan xalqına 20 sentyabr tarixli müraciəti, həmin müraciətdə Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə əlaqədar səsləndirdiyi fikirləri və Yevlaxda Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilmiş görüşü müsbət qiymətləndirdiyini bildirdi.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan xalqına 20 sentyabr tarixli müraciətində Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı söylədiyi fikirlərə toxundu, onların bütün hüquqlarının - təhsil, mədəniyyət, din, bələdiyyə, seçki və digər hüquqlarının təmin olunacağını bildirdi.
Prezident İlham Əliyev Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrupun yaradıldığını, bu İşçi qrupun əsas funksiyalarının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli olduğunu, Yevlaxda keçirilmiş görüşdə reinteqrasiya məsələləri üzrə Azərbaycanın planlarının təqdim edildiyini diqqətə çatdırdı.
Dövlətimizin başçısı, həmçinin yerlərdə artıq silah və sursatın yığılması prosesinə başlanıldığını, orada çox böyük həcmdə silah-sursat anbarlarının müəyyən edildiyini bildirdi.
Prezident İlham Əliyev hazırda Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanların yarandığını qeyd etdi.
Görüşdə, eyni zamanda, dövlətimizin həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verildi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təqdim etdiyi sorğulara Azərbaycan tərəfindən müsbət cavab verildiyi və dəstək göstərildiyi vurğulandı.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!