Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
17-09-2023, 18:04
Diplomatik xidmətə qəbul imtahanının birinci mərhələsi yekunlaşdı


Diplomatik xidmətə qəbul imtahanının birinci mərhələsi yekunlaşdı

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanının birinci mərhələsi keçirilib. İmtahan iştirakçıları nəticələr və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Bu barədə DİM-dən bildirilib.
İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi biliklәri yoxlayan 75 tapşırıq və ümumi dünyagörüşü sәviyyәsini, verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 45 tapşırıq olmaqla, ümumilikdә 120 tapşırıq tәqdim olunub. Hər bir tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilib.
İmtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50 faizdən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40 faizdən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Birinci tapşırıq blokuna “Qanunvericilik və ümumi sahəvi biliklər” üzrə (1-75-ci) tapşırıqlar, 2-ci tapşırıq blokuna isə “Ümumi dünyagörüşü”, “Verbal məlumatlarla işləmə bacarığı”, “Rəqəmsal məlumatlarla işləmə bacarığı” və “Mücərrəd düşünmə bacarığı” üzrə (76-120-ci) tapşırıqlar daxildir.
İmtahan nəticələrinə əsasən, 141 nəfər tələb olunan şərtləri ödəyib və ikinci mərhələyə buraxılıb. İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Tələb olunan şərtləri ödəyən namizədlərin imtahanın ikinci mərhələsində iştirakı üçün qeydiyyat 19-20 sentyabr tarixlərində DİM-in internet saytı vasitəsilə aparılacaq.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 18-19 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
17-09-2023, 17:43
Meteohəssas insanlara xəbərdarlıq


Meteohəssas insanlara xəbərdarlıq

Sabaha gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sentyabrın 18-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
17-09-2023, 16:30
Seperatçılardan geri addım: Ağdam-Xankəndi yolu açılır


Seperatçılardan geri addım: Ağdam-Xankəndi yolu açılır

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları yüklərin Ağdam-Xankəndi yolu ilə aparılması təklifini qəbul ediblər.
Bu barədə separatçıların "informasiya mərkəzi" məlumat yayıb.
Onlar yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi və sülhməramlılar tərəfindən daşınmasını istəyir.
Separatçılar Ağdam-Xankəndi yolu ilə yanaşı Laçın yolunun da açılmasını istəyirlər.
Qeyd edək ki, Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan tərəfimdən göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 19-cu gündür Ağdam-Xankəndi yolunda gözləyir.
17-09-2023, 16:13
Ordumuz mina təxribatının qarşısını aldı


Ordumuz mina təxribatının qarşısını aldı

Sentyabrın 17-si saat 13:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri qarşısında mina basdırmağa cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 15:10 radələrində qeyri-qanuni silahlı dəstələrin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində yerləşən mövqeləri bir neçə dəfə atıcı silahlardan atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
17-09-2023, 15:42
Diplomatik xidmətə qəbul imtahanın birinci mərhələsi baş tutdu


Diplomatik xidmətə qəbul imtahanın birinci mərhələsi baş tutdu

Dövlət İmtahan Mərkəzi tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.
DİM-dən ildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi bilikləri yoxlayan 75 tapşırıq (65 qapalı tipli və 10 açıq tipli), ümumi dünyagörüşü səviyyəsini yoxlayan 15 tapşırıq (12 qapalı tipli və 3 açıq tipli) və verbal, rəqəmsal mәlumatlarla işləmə və mücərrəd düşünmə bacarığını yoxlayan 30 tapşırıq olmaqla, (25 qapalı tipli və 5 açıq tipli) ümumilikdә 120 tapşırıq təqdim olunub.
İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.
17-09-2023, 14:50
Bu günə qədər 10 kütləvi məzarlıq aşkarlanıb


Bu günə qədər 10 kütləvi məzarlıq aşkarlanıb

Bu günə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir.
Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur", o əlavə edib.
Sektor müdiri qalıqların eyniləşdirilməsi məsələsinə də toxunub.
"Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur".
17-09-2023, 14:27
Azərbaycan və İranın XİN Başçıları telefon danışığı apardı


Azərbaycan və İranın XİN Başçıları telefon danışığı apardı

17 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib.
Bununla yanaşı, son həftələrdə iki ölkə arasında baş prokurorlar, eləcə də hərbi sahədə yüksək səviyyəli görüşlərin və qurumlararası təmasların Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətinə verdiyi töhfə yüksək qiymətləndirilib.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəmizdə iyul ayının əvvəli keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında iştirak məqsədilə ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşünü bir daha məmnunluqla xatırlayıb.
Nazirlər arasında eyni zamanda, iki ölkə arasında münasibətlərin tam normallaşması üçün atılması zəruri olan tədbirlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb. Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
17-09-2023, 13:22
Ermənilərdən azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası


Ermənilərdən azərbaycanlı jurnalistə qarşı qarayaxma kampaniyası

Gürcüstanda fəaliyyət göstərən radikal erməni qrup ölkənin ictimai kanalının etnik azərbaycanlı əməkdaşına qarşı sosial mediada qarayaxma kampaniyası başladıb.
Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı radikal qrup Gürcüstanın Birinci kanalının departament rəhbəri Ramilə Əliyevaya qarşı uzun müddətdir apardığı qarayaxma kampaniyasını gücləndirib. Qrup Ramilə Əliyevanın məhz azərbaycanlı olmasına görə ermənilərin də çalışdığı departamentə rəhbərlik etməməli olduğunu bildirir və istefa verməsini tələb edir.
Məsələyə reaksiya verən Ramilə Əliyeva "Facebook" hesabında böhtan və qarayaxma kampaniyasına rəğmən istefa verməyəcəyini, Gürcüstanda ermənilərlə azərbaycanlıların dinc yaşayışından narahat olan bu qrupun məqsədinə çatmasına imkan verməyəcəyini və fəaliyyətini davam etdirəcəyini bəyan edib. Ramilə Əliyeva Gürcüstanın etnik azərbaycanlı, müsəlman vətəndaşı olduğunu və hər zaman da belə qalacağını vurğulayıb. O, ölkənin təhlükəsizlik orqanlarını Gürcüstanda etnik terror törədən bu qrupla bağlı tədbir görməyə çağırıb. Gürcüstanın ictimai kanalı Ramilə Əliyevanın bəyanatını öz saytında dərc edib.
Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələyə reaksiya verib.
"Xanım Ramilə Əliyeva! Siz yalnız deyilsiniz. Biz sizinləyik! Biz sizi dəstəkləyirik", səfirliyin bəyanatında bildirilib.
Gürcüstandakı azərbaycanlı icmasının fəalları da Ramilə Əliyevaya dəstək ifadə ediblər.
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan ermənilərin yaratdığı qrup tez-tez Tbilisidə Azərbaycan ərazisində separatizmi dəstəkləyən aksiyalar təşkil edir.
17-09-2023, 12:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 18-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Gecə və səhər ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 17-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
17-09-2023, 12:19
Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi


Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".
Bunu Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.
“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, - nümayəndəlik diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!