Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
27-09-2023, 21:56
Ermənistan KTMT-yə daimi nümayəndə təyin etməyəcək


Ermənistan KTMT-yə daimi nümayəndə təyin etməyəcək

Ermənistan KTMT-yə daimi və səlahiyyətli nümayəndə təyin etmək niyyətində deyil.
Bu barədə "Factor.am" nəşri öz mənbələrinə istinadən yazıb.
İrəvan təşkilatdakı daimi və səlahiyyətli nümayəndəsi Viktor Biyaqov geri çağırıldıqdan sonra onun yerinə başqasını təyin etməmək qərarına gəlib.
Nəşrin məlumatına görə, KTMT-də səfir postu vakant qalacaq.
Xatırladaq ki, sentyabrın 5-də Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılıb və Ermənistan Respublikasının Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
27-09-2023, 21:39
Paşinyan Fransa Prezidentiylə Qarabağı müzakirə etdi


Paşinyan Fransa Prezidentiylə Qarabağı müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Telefon danışığı zamanı Qarabağdakı vəziyyət, eləcə də erməniəsilli sakinlərin təhlükəsizliyi müzakirə olunub.
Paşinyan və Makron ikitərəfli gündəlikdəki məsələlər barədə də fikir mübadiləsi aparıb.
27-09-2023, 21:34
Repressiyadan qurtulmanın düsturu…

Repressiyadan qurtulmanın düsturu…

Professor Bədirxan Əhmədli: “Repressiyadan qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin də vahid bir resepti olmamışdır”

Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərlə bağlı xeyli tədqiqatlar apardıq. Bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli ilə söhbət etdik. Bədirxan müəllim çox maraqlı mətləblərə toxundu.
-Bədirxan müəllim, Azərbaycanın tarixində önəmli məqamlardan biri XX əsrdəmüxtəlif kateqoriyadan olan insanlara qarşı törədilmiş repressiya tarixinin tədqiqi məsələləridir. Sizin fikrinizcə, bu tədqiqat işlərini qənaətbəxş hesab etmək olarmı?
-Repressiya XX əsrin ən dəhşətli siyasi aksiyalarından biridir; dövlət tərəfindən törədilmişdir və müəllifi də özüdür. Repressiyanı cəmiyyətdə insanlar, zümrələr bir-birinə qarşı törətməmişdir. Sovet dövləti öz insanlarına qarşı ölüm hökmü, yaxud ölümə bərabər sürgün hökmü vermişdir. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü.
Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar İ.V.Stalin və L. Beriyanın repressiya "sunamisi" bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Bu, birmənalı şəkildə belədir.
O ki qaldı, repressiyanın araşdırılmasına, təəssüf ki, bunu yetərli saymaq olmaz. Bizdə repressiya hələ bütün yönlərilə araşdırılmamışdır. Araşdırılan əsərlərdə isə çoxlu ziddiyyətli, bir-birini təkzib edən, yaxud faktlara söykənməyən, yalnız ehtimal edilən fikirlər söylənmişdir. Bəzən bir həqiqəti aşkara çıxarmaq üçün bir neçə fakta əsaslanmalısan. Bu cür faktlar isə ya yoxdur, ya da yetərli deyil. Ona görə də bu məsələdə hər hansı bir hökm vermək çətindir. Hər bir şəxsiyyətin istintaq işinı fərdi yanaşmaq lazımdır və onu tədqiq etmək lazımdır. Bu sahədə araşdırmalar çox azdır, ayrıca bu məsələni kompleks şəkildə araşdırmaq gərəkir.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır; bəzən mətbuatda dərc edilən hər hansı bir məqalə və ya çıxış sənətkarın əleyhinə istifadə olunur. Bu barədə mən məqalələrimdə yazmışam. Halbuki, müstəntiqlər şairin istintaqında bunlara istinad etməmişlər. Çıxışın özü də hər hansı bir sənətkatrın həbsi üçün söylənməmişdir, məqsədi də onu həbs etdirmək olmamışdır. Bütün bunlar onu göstərir ki, problemi siyasi, hüquqi, tarixi, ədəbi yönlərdən tədqiq etmək işin xeyrinə olardı. Repressiyaya həsr edilmiş elmi konfransa keçirməklə bu məsələ haqqında müəyyən dolğun təsəvvür yaratmaq mümkündür. İndiki halda repressiya bizdə pərakəndə halda tədqiq edilib.
-Repressiya ilə bağlı və yaxud zərər çəkmiş insanlar demək olar ki, dünyalarını dəyişiblər. Arxivlərdə olan sənədlərə bəzi tədqiqatçılar tərəfindən diqqət yetirilib, kitablar, məqalələr yazılıb. Bu sahədə geniş tədqiqatlar aparıb bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün nə etmək lazımdır?
-İşin çətinliyi bir də orasındadır ki, bu məsələnin üzərindən təxminən bir əsr keçib. Şahidlər yoxdur. Repressiyanın olmasından sonra da uzun müddət hətta repressiya olunanlar belə bu işin mahiyyətini yaxından dərk etməyiblər, bunu özlərinə qarşı haqısızlıq hesab etsələr də, ayrı-ayrı adamları günahlandırıblar. Hətta sürgündə olduqda belə Stalinə çoxlu məktublar yazıblar, özlərinin günahkar olmadıqlarını sübuta yetirməyə çalışıblar. Onların bu məktublarından aydın olur ki, bu işdə Stalini günahlandırmırlar, onun bu işlərdən xəbəri olmadığını güman edirlər. Halbuki repressiya aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya getmişdir. Burada fərdləri günahlandırmaq işin ən sonuncu hissəsidir. İnsanları bir-birinin üzərinə salan sistem idi. Repressiyanın mexanizmi o qədər də sadə deyil, çox mürəkkəbdir. Bu mürəkkəbliyi açmaq tədqiqatçıların əsas vəzifəsidir.
- Belə tədqiqatların effektli olması üçün bir sıra dövlət qurumlarının, araşdırmalarla məşğul olan şəxslərin iştirakı ilə Komissiyanın yaradılmasına münasibətiniz necədir?
-Bəli, dövlət tərəfindən komissiya yaranmalıdır. Bu komissiyaya tarixçilər, ədəbiyyatçılar cəlb olunmalıdır. Arxivlər açılmalıdır. Hələ də hətta tədqiqatçıların əli çatmayan sənədlər var ki, onların tədqiqata cəlb olunması elmi dövriyəyə fayda verə bilər.
-Repressiyaya məruz qalan və yaxud həmin şəxslərin həbs olunmasına bais olan insanlar haqqında bəzən replikalar dolaşır. Elmi mənbələrə istinad olunmayan belə replikalar cəmiyyətdə çaşqınlıq yaradır. Sizin bu barədə fikirləriniz necədir?
-Təəssüf ki, bizdə belə bir fikir var ki, repressiyada sağ qurtulanlar günahkardırlar. Bu barədə məqalələrdə, sosial şəbəkələrdə tez-tez yazılır. Lakin onların faktları, arqumentləri çox zəifdir. Məsələn, bir nümunə deyim. Tanıdığım bir adam gəncliyində tələbə olarkən M. Müşfiqin repressiya olunmasında onun müasiri məşhur bir şairi günahlandırırdı. Sonralar o adam ədəbiyyatşünas oldu və M. Müşfiq haqqında sənədlərə əsaslanan bir monoqrafiya yazdı. Tədqiqatçı gəncliyində söylədiyi fikirlərdən daşınmışdı. Ona görə ki, faktlara əsaslanmışdı. Yəni bilmədən, yalnız ehtimal ilə hər hansı bir adamı günahlandırmaq çətindi, həm də elmin yolu deyil. 30-cu illər repressiyasını obyektiv araşdırmaq əvəzinə fakta əsaslanmayan, daha çox sağ qalanların mənəvi terroruna yönəlmiş ittiham və tənqidlərlə qarşılaşırıq. Bu yolverilməz haldır.
Tarixin müxtəlif dönəmlərində sovet cəza sistemindən ziyan çəkən, ədalətsizliyin qurbanı olaraq həyatlarını itirmiş şəxsiyyətlərin xatirəsini bu gün əbədiləşdirmək üçün nələri etmək lazımdır?
-Onların adalarını əbədiləşdirmək üçün ən yaxşı yol, elm, ədəbiyyat adamlarının əsərlərini nəşr etmək və onları tədqiqata cəlb etməkdir.
Araşdırma Qrupu

27-09-2023, 21:18
Şəhidlərimiz ehtiramla yad edilib

Şəhidlərimiz ehtiramla yad edilib

“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günündə şəhidlərimizi ehtiramla yad edib

“Böyük Qayıdış” Gənclər Təşkilatı 27 Sentyabr – Anım Günü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Təşkilat tərəfindən Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə anım tədbirləri, Vətən müharibəsi qazilərinin Qayıdış könüllüləri ilə görüşü təşkil olunub, təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllü gənclərin iştirakı ilə İkinci Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən anım tədbirlərində millət vəkilləri, tərəfdaş qurumların nümayəndələri, təşkilatın idarə heyətinin üzvləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri və tələbə gənclər iştirak ediblər.
Anım Günü ilə bağlı çıxış edən natiqlər bu kimi tədbirlərin keçirilməsində əsas məqsədin gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin gənclər arasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfəri təbliğ etmək, Vətən müharibəsi şəhidlərini və qazilərini cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən Müharibəsindən az sonra ölkəmizdə Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir. Natiqlər, həmçinin Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ölkəmiz və region üçün əhəmiyyətini vurğulayıblar.
Tədbirlər planına əsasən “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsi qazilərinin Qayıdış könüllüləri ilə görüşü baş tutub. Görüşdə qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüş meydanında rəşadətindən, Azərbaycanın uğurla keçirdiyi lokal antiterror tədbirlərindən, xalq-ordu birliyindən, müharibə ilə bağlı xatirələrindən, şəhid olmuş döyüşçü yoldaşlarının qəhrəmanlıqlarından və göstərdikləri igidliklərdən bəhs ediblər. Sonda könüllüləri maraqlandıran suallar cavablandırılıb.







27-09-2023, 21:12
Anım Gününə həsr edilən “Şəhidlərimiz qürurumuzdur!” aksiyası keçirildi


Anım Gününə həsr edilən “Şəhidlərimiz qürurumuzdur!” aksiyası keçirildi

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) 27 Sentyabr - Anım Gününə həsr edilən “Şəhidlərimiz qürurumuzdur!” aksiyası keçirib.
Aksiya işğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin olunması uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlullarının əziz xatirəsinə sonsuz hörmət və ehtiram nümayiş etdirmək məqsədilə təşkil olunub.
Aksiyada RİİB könüllülərinin, şəhid övladları və gənclərin iştirakı ilə səmaya işıq fənərləri buraxılıb.

27-09-2023, 20:43
Azərbaycan və Rusiya XİN Başçıları telefon danışığı apadı


Azərbaycan və Rusiya XİN Başçıları telefon danışığı apadı

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Qarabağdakı vəziyyət, həmçinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin perspektivlərini və nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə ediblər.
Tərəflər müxtəlif səviyyələrdə gələcək təmaslar barədə razılığa gəliblər.
27-09-2023, 20:27
Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpasını alqışlayırıq - NATO


Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpasını alqışlayırıq - NATO

"Ermənistanla Azərbaycan arasında birbaşa dialoqun bərpasını alqışlayırıq".
Bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "X"də qeyd edib.
O, həmçinin Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi barədə də bildirib.
27-09-2023, 20:11
ABŞ-a arxalanırlarsa, müasir tarixə baxmalıdırlar - Lavrov


ABŞ-a arxalanırlarsa, müasir tarixə baxmalıdırlar - Lavrov

Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli mətbuata müsahibəsində deyib.
O qeyd edib ki, Ermənistanda Rusiyanı itirməyi, yeni dostlar qazanmağı arzulayanlar çoxdur. Lavrovun sözlərinə görə, tarixi, çoğrafi və geosiyasi olaraq Rusiyanı itirmək, onun Cənubi Qafqazdakı maraqlarını tam rədd etmək mümkün deyil:
"İrəvanda bir sıra rəhbərlər belə ümidlərlə bəslənirlər. Onlar bunu birbaşa deyirlər. Bu cür məna daşıyan fikirlər Baş nazir Nikol Paşinyanın çıxışında da olub. Əgər onlar ABŞ-a arxalanırlarsa, yəqin ki, onlar müasir tarixə baxmalıdır".
27-09-2023, 19:26
Qozlukörpü-Həsənli yolunda xeyli sayda mina zərərsizləşdirildi


Qozlukörpü-Həsənli yolunda xeyli sayda mina zərərsizləşdirildi

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.
Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

[media=https://youtu.be/fCEzg8MrDFg]
27-09-2023, 18:58
Reinteqrasiya istiqamətində dialoq aparılır - İlham Əliyev


Reinteqrasiya istiqamətində dialoq aparılır - İlham Əliyev

Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən deyib.
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək.
Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib, yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib.
Dövlətimizin başçısı qeyd edib ki, rəsmi Bakı ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazırdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!