Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 27-09-2023, 21:34
Repressiyadan qurtulmanın düsturu…

Repressiyadan qurtulmanın düsturu…

Professor Bədirxan Əhmədli: “Repressiyadan qurtulmanın ayrıca düsturu olmadığı kimi, onu həyata keçirmənin və qurbanların istintaqa cəlb edilməsinin də vahid bir resepti olmamışdır”

Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərlə bağlı xeyli tədqiqatlar apardıq. Bu dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədli ilə söhbət etdik. Bədirxan müəllim çox maraqlı mətləblərə toxundu.
-Bədirxan müəllim, Azərbaycanın tarixində önəmli məqamlardan biri XX əsrdəmüxtəlif kateqoriyadan olan insanlara qarşı törədilmiş repressiya tarixinin tədqiqi məsələləridir. Sizin fikrinizcə, bu tədqiqat işlərini qənaətbəxş hesab etmək olarmı?
-Repressiya XX əsrin ən dəhşətli siyasi aksiyalarından biridir; dövlət tərəfindən törədilmişdir və müəllifi də özüdür. Repressiyanı cəmiyyətdə insanlar, zümrələr bir-birinə qarşı törətməmişdir. Sovet dövləti öz insanlarına qarşı ölüm hökmü, yaxud ölümə bərabər sürgün hökmü vermişdir. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdir. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü.
Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar İ.V.Stalin və L. Beriyanın repressiya "sunamisi" bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltəraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Bu, birmənalı şəkildə belədir.
O ki qaldı, repressiyanın araşdırılmasına, təəssüf ki, bunu yetərli saymaq olmaz. Bizdə repressiya hələ bütün yönlərilə araşdırılmamışdır. Araşdırılan əsərlərdə isə çoxlu ziddiyyətli, bir-birini təkzib edən, yaxud faktlara söykənməyən, yalnız ehtimal edilən fikirlər söylənmişdir. Bəzən bir həqiqəti aşkara çıxarmaq üçün bir neçə fakta əsaslanmalısan. Bu cür faktlar isə ya yoxdur, ya da yetərli deyil. Ona görə də bu məsələdə hər hansı bir hökm vermək çətindir. Hər bir şəxsiyyətin istintaq işinı fərdi yanaşmaq lazımdır və onu tədqiq etmək lazımdır. Bu sahədə araşdırmalar çox azdır, ayrıca bu məsələni kompleks şəkildə araşdırmaq gərəkir.
Bir məsələni də xüsusi qeyd etmək lazımdır; bəzən mətbuatda dərc edilən hər hansı bir məqalə və ya çıxış sənətkarın əleyhinə istifadə olunur. Bu barədə mən məqalələrimdə yazmışam. Halbuki, müstəntiqlər şairin istintaqında bunlara istinad etməmişlər. Çıxışın özü də hər hansı bir sənətkatrın həbsi üçün söylənməmişdir, məqsədi də onu həbs etdirmək olmamışdır. Bütün bunlar onu göstərir ki, problemi siyasi, hüquqi, tarixi, ədəbi yönlərdən tədqiq etmək işin xeyrinə olardı. Repressiyaya həsr edilmiş elmi konfransa keçirməklə bu məsələ haqqında müəyyən dolğun təsəvvür yaratmaq mümkündür. İndiki halda repressiya bizdə pərakəndə halda tədqiq edilib.
-Repressiya ilə bağlı və yaxud zərər çəkmiş insanlar demək olar ki, dünyalarını dəyişiblər. Arxivlərdə olan sənədlərə bəzi tədqiqatçılar tərəfindən diqqət yetirilib, kitablar, məqalələr yazılıb. Bu sahədə geniş tədqiqatlar aparıb bir çox qaranlıq məqamlara aydınlıq gətirmək üçün nə etmək lazımdır?
-İşin çətinliyi bir də orasındadır ki, bu məsələnin üzərindən təxminən bir əsr keçib. Şahidlər yoxdur. Repressiyanın olmasından sonra da uzun müddət hətta repressiya olunanlar belə bu işin mahiyyətini yaxından dərk etməyiblər, bunu özlərinə qarşı haqısızlıq hesab etsələr də, ayrı-ayrı adamları günahlandırıblar. Hətta sürgündə olduqda belə Stalinə çoxlu məktublar yazıblar, özlərinin günahkar olmadıqlarını sübuta yetirməyə çalışıblar. Onların bu məktublarından aydın olur ki, bu işdə Stalini günahlandırmırlar, onun bu işlərdən xəbəri olmadığını güman edirlər. Halbuki repressiya aşağıdan yuxarıya deyil, yuxarıdan aşağıya getmişdir. Burada fərdləri günahlandırmaq işin ən sonuncu hissəsidir. İnsanları bir-birinin üzərinə salan sistem idi. Repressiyanın mexanizmi o qədər də sadə deyil, çox mürəkkəbdir. Bu mürəkkəbliyi açmaq tədqiqatçıların əsas vəzifəsidir.
- Belə tədqiqatların effektli olması üçün bir sıra dövlət qurumlarının, araşdırmalarla məşğul olan şəxslərin iştirakı ilə Komissiyanın yaradılmasına münasibətiniz necədir?
-Bəli, dövlət tərəfindən komissiya yaranmalıdır. Bu komissiyaya tarixçilər, ədəbiyyatçılar cəlb olunmalıdır. Arxivlər açılmalıdır. Hələ də hətta tədqiqatçıların əli çatmayan sənədlər var ki, onların tədqiqata cəlb olunması elmi dövriyəyə fayda verə bilər.
-Repressiyaya məruz qalan və yaxud həmin şəxslərin həbs olunmasına bais olan insanlar haqqında bəzən replikalar dolaşır. Elmi mənbələrə istinad olunmayan belə replikalar cəmiyyətdə çaşqınlıq yaradır. Sizin bu barədə fikirləriniz necədir?
-Təəssüf ki, bizdə belə bir fikir var ki, repressiyada sağ qurtulanlar günahkardırlar. Bu barədə məqalələrdə, sosial şəbəkələrdə tez-tez yazılır. Lakin onların faktları, arqumentləri çox zəifdir. Məsələn, bir nümunə deyim. Tanıdığım bir adam gəncliyində tələbə olarkən M. Müşfiqin repressiya olunmasında onun müasiri məşhur bir şairi günahlandırırdı. Sonralar o adam ədəbiyyatşünas oldu və M. Müşfiq haqqında sənədlərə əsaslanan bir monoqrafiya yazdı. Tədqiqatçı gəncliyində söylədiyi fikirlərdən daşınmışdı. Ona görə ki, faktlara əsaslanmışdı. Yəni bilmədən, yalnız ehtimal ilə hər hansı bir adamı günahlandırmaq çətindi, həm də elmin yolu deyil. 30-cu illər repressiyasını obyektiv araşdırmaq əvəzinə fakta əsaslanmayan, daha çox sağ qalanların mənəvi terroruna yönəlmiş ittiham və tənqidlərlə qarşılaşırıq. Bu yolverilməz haldır.
Tarixin müxtəlif dönəmlərində sovet cəza sistemindən ziyan çəkən, ədalətsizliyin qurbanı olaraq həyatlarını itirmiş şəxsiyyətlərin xatirəsini bu gün əbədiləşdirmək üçün nələri etmək lazımdır?
-Onların adalarını əbədiləşdirmək üçün ən yaxşı yol, elm, ədəbiyyat adamlarının əsərlərini nəşr etmək və onları tədqiqata cəlb etməkdir.
Araşdırma Qrupu


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!