Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 30-08-2023, 17:40
Repressiyadan qurtula bilməyən sənətkar


Repressiyadan qurtula bilməyən sənətkar

Azərbaycanın tanınmış intellektual mülkiyyət sahiblərini sıradan çıxarmaq totalitar sovet rejiminin əsas hədəflərindən biri olub. 1937-ci ildə və sonrakı dönəmlərdə də bu proses davam edib. Biz Azərbaycan Respublikası QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyimiz Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Zəfər tariximizin çağrışları, Vətəndaş Cəmiyyətinin hədəfləri” layihəsi çərçivəsində dövrünün nəhəng sənətkarı, repressiya qurbanı Aşıq Mirzə Bilalla bağlı araşdırmalarımızı davam etdirdik.
Azərbaycan aşıq sənətinin tədqiqatçısı, Azərbaycan Aşıqlar Birliyinin Şirvan bölməsinin rəhbəri Ağamurad İsrafilovla görüşüb söhbət etdik. O, görkəmli sənətkar Aşıq Mirzə Bilalla bağlı fikirlərini açıqladı:
“Uzun müddət yaddan çıxan repressiya qurbanı Mirzə Bilalı ilk dəfə Səttar Axundov tədqiq edib. Daha sonra müharibə veteranı, elm adamı Mürsəl Mürsəlov onu araşdıraraq 1982-cı ildə “Gəl görüşək ilk bahar” kitabını nəşr etdirib. Mən Mirzə Bilalın oğlu 94 yaşlı Aga Şəfi əmi ilə söhbət etmişəm. O, atasına lələ deyirdi. Atası repressiyaya uğrayandan sonra onlar Kürdəmir rayonuna köçüblər. Ailəsi ilə birlikdə orada yaşayıb. 94 yaşlı Ağa Şəfi əmi atasının həbs olunma anını xatırlayaraq bildirirdi ki, bu hadisə 1938-ci ildə baş verib. Gecə sahə müvəkkili, basqallı Canəli 3 dəfə Bilal deyib qışqırıb. Atam sanki hiss edib ki, bu çağrış başqa çağrışdı. Ona görə, hamımızla halallaşır, uşaqların başın sığallayır və onun axrasınca gələn şəxslərlə birlikdə gedir və bir daha geri qayıtmır”.

Onu qeyd edək ki, Mirzə Bilal 1937-ci ilə qədər bir dəfə həbs olunmuşdu. Sonradan isə bəraət alaraq həbsdən buraxılmışdı. Müsahibimiz Ağamurad İsrafilov repressiyaya uğrayan ustad haqqında fikirləri davam etdirir:
“Mirzə adı hər kəsə verilmirdi. Böyük istedad və intellekt sahibi olan Mirzə Bilal bir neçə xarici dili mükəmməl bilirdi. O, aşıqlıq sənətində parlaq sima olmaqla bərabər, klassik musiqimizi, muğam sənətini gözəl bilib və ifa edirmiş. Bütün bu ali keyfiyyətlərə görə, ustada xalq tərəfindən Mirzə adı verilib. Mərhum tarixçi alim Seyfəddin Qəniyev Aşıq Mirzə Bilal haqqında yazdığı kitabda ustadın həbs olunması ilə bağlı sorğu vərəqində qeyd edib ki, erməni millətindən olan müstəntiq Matrosyan bu prosesi aparıb və nəticədə heç bir günahı olmayan, millətin qaymaqlarından biri Mirzə Bilal güllələnib. Təbii ki, ondan sonra Mirzə Bilalın külliyyatı yəni, şeir və dastanlarının böyük bir hissəsi, NKVD tərəfindən əmlakı müsadirə olunarkən ələ keçirilərək məhv edilmişdir.
Ağa Şəfi əmi təhlükəsizlik qüvvələri tərəfindən Mirzə Bilalın kitabları, əlyazmaları ilə bərabər hətta onun sazının da aparıldığını bildirir. Bu gün sənətkarın bizə çatdırılan irsi yalnız yaddaşlardan toplanan nümunələrdir”.
Haqq aşığını qətlə yetirən totalitar rejim onun yaxınlarını, ailə üzvlərini rahat buraxmır. Mirzə Bilalın Şamaxının Quşçu kəndində məktəb direktoru işləyən qardaşı Ağasəlim müəllim dərhal məktəbdən uzaqlaşdırılır. Uzun illər keçəndən sonra o, digər məktəblərdə pedaqoji fəaliyyətini davam etdirir.
Bir vacib məqamı unutmaq olmaz ki, XX əsrdə Azərbaycanın bir çox tanınmış simalarının, intellektual mülkiyyət sahiblərinin mənəvi sərvətləri məhz ermənilər tərəfindən təcavüzə məruz qalıb. Həmin dövrdə istintaq orqanlarında işləyən şəxslərin demək olar ki, əksəriyyəti ermənilər və digər millətlərin nümayəndələri olub.

Araşdırma Qrupu


Paylaş



Bölmə: Sosial / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!