“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
15-01-2023, 00:15
Rusiyaya qarşı görülən tədbirlər effektli olmadı - İbrahim Kalın

Rusiyaya qarşı görülən tədbirlər effektli olmadı - İbrahim Kalın

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiyaya qarşı tətbiq edilən sanksiyaların nəticəsiz qaldığını bildirib. Bu barədə o, Rusiya mətbuatına müsahibəsində deyib. O, vurğulayıb ki, Türkiyə münaqişə tərəflərinə bərabər mövqedən yanaşır. Kalının sözlərinə görə, Ankara Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Rusiyanın özündən çox Türkiyə iqtisadiyyatına ziyan vuracaq. “Qərbin Rusiyaya qarşı indiyədək gördüyü tədbirlər effektli olmayıb. Onlar nə Rusiyanın hərəkətlərini dəyişdirdilər, nə də ukraynalılara qəti hərbi qələbə qazanmaq imkanı verdilər", - deyə Kalın qeyd edib.
15-01-2023, 00:12
Ukraynaya atılan raket Moldovaya düşdü

Ukraynaya atılan raket Moldovaya düşdü

Moldovanın şimalında Ukrayna ilə sərhədə raket qalıqları düşüb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Raketin qalıqları Briceni rayonunun Largi kəndi yaxınlığında aşkar edilib. Hadisə yerində fövqəladə hallar xidməti araşdırma aparır. Məlumata görə, artıq üçüncü dəfədir Moldova ərazisinə raket qalıqları düşür. "Əvvəlki hallarda olduğu kimi, müvafiq qurumlar tərəfindən müəyyən edilmiş qaydada bütün zəruri tədbirlər görülür", - Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, bu gün Rusiya qoşunları Ukraynaya növbəti dəfə raket zərbələri endirib.
15-01-2023, 00:09
Çexiyada prezident seçkilərinin ikinci turu baş tutacaq

Çexiyada prezident seçkilərinin ikinci turu baş tutacaq

Çexiyada 13-14 yanvar tarixlərində baş tutan prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib. Butov.az xəbər verir ki, seçkilərin birinci turunda ən çox səs toplayan iki namizəd keçmiş baş nazir Andrey Babiş və NATO-nun hərbi komitəsinin keçmiş rəhbəri Petr Pavel olub. Seçkilərdə ümumilikdə 8 namizəd iştirak edib. İlkin nəticələrə görə, Babiş 37.8%, Pavel 32,7%, digər namizədlər 4-13% arası səs toplayıb. Mövcud qaydalara əsasən, heç bir namizəd 50% səsi keçə bilmədiyi üçün ən çox səs toplayan iki namizəd ikinci turda yarışacaq. İkinci tur yanvarın 27-28-də keçiriləcək.
15-01-2023, 00:06
Çində koronovirus dalğası kütləvi insan ölümünə səbəb olub

Çində koronovirus dalğası kütləvi insan ölümünə səbəb olub

Çində son bir ayda 60 min insan koronavirusdan vəfat edib. Bu barədə AFP Çin rəsmi qurumlarına istinadən məlumat yayıb. Bildirilib ki, Çində 8 dekabr 2022-ci il tarixindən 12 yanvara qədər 59 938 nəfər koronavirusa yoluxmadan ölüb. Bu rəqəm yalnız tibb müəssisələrində qeydə alınan ölüm hallarına aiddir. Məlumatlara birbaşa virus səbəbiylə tənəffüs çatışmazlığı səbəbindən 5503 və koronavirusla birlikdə müşayiət olunan xəstəliklər səbəbindən 54 435 nəfər ölüb.
15-01-2023, 00:03
Türkiyə Ukraynayla bağlı iddianı yalanladı

Türkiyə Ukraynayla bağlı iddianı yalanladı

“Türkiyənin Ukraynaya kassetli bomba göndərməsi ilə bağlı iddialar tamamilə yalandır". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib. Onun sözlərinə görə, məlumat Ukrayna tərəfi tərəfindən də təkzib edilib.
15-01-2023, 00:01
Britaniyadan İrana tələb mesajı

Britaniyadan İrana tələb mesajı

Böyük Britaniya İrana qarşı yeni sanksiya tətbiq edib. Bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli twitter hesabında yazıb. Nazir bildirib ki, bu addım İran müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edamı ilə bağlıdır: “Biz rejimin əməllərinə, o cümlədən insan haqlarını dəhşətli formada pozduğuna görə cavab verməsini tələb edirik”. Qeyd edək ki, Əlirza Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılıb. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.
14-01-2023, 23:59
Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldı

Məşhur futbolçunun “Qızıl top” mükafatı satıldı

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini satıb. Butov.az-ın məlumatına görə, 38 yaşlı hücumçunun mükafatı hərracda satılıb. İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan vəsait “Make-A-Wish” fonduna köçürülüb. Sözügedən fond ağır və ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir. Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.
14-01-2023, 19:30

14-01-2023, 16:56

14-01-2023, 16:50
Fransa Azərbaycanla dostdur və sülhü dəstəkləyir - Emmanuel Makron

Fransa Azərbaycanla dostdur və sülhü dəstəkləyir - Emmanuel Makron

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin prezidenti Emmanuel Makrona təqdim edib. Fransa prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır. Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub. Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!